SOCAR istiqrazları ilə bağlı yeni kampaniya - KOMİSSİYA TUTULMAYACAQ

SOCAR istiqrazları ilə bağlı yeni kampaniya - KOMİSSİYA TUTULMAYACAQ

Azərbaycanın qiymətli kağızlar bazarında maraqlı aksiya başlayıb. "AzFinans" İnvestisiya Şirkəti ölkədə ən çox alınıb-satılan qiymətli kağız olan SOCAR istiqrazları ilə bağlı kampaniya elan edib. Bu barədə şirkətin direktor müavini İntiqam Səfərəliyev bildirib. Kampaniyaya əsasən, qarşıdakı 2 həftə ərzində bu şirkətdən SOCAR istiqrazı alan şəxslər komissiya ödəməyəcəklər.

Direktor müavininin sözlərinə görə, bu kampaniya SOCAR istiqrazları almaq üçün şirkətə müraciət edən müştərilərin maraqlarını təmin etmək məqsədi daşıyır. Belə ki, müraciət edənləri ən çox maraqlandıran məsələ SOCAR istiqrazlarını alarkən nə qədər komissiya ödəyəcəkləridir: İnvestorlar istiqrazın net gəlirini bank depoziti ilə müqayisə etmək üçün komissiya haqları ilə maraqlanırlar. Ona görə də biz 2 həftəlik kampaniya elan etmişik".

2 həftə davam edəcək kampaniya çərçivəsində SOCAR istiqrazı alan müştərilərin bütün komissiyalarını "AzFinans" şirkəti ödəyəcək. "Kampaniya 3 fevraladək davam edəcək. Bu, şirkət olaraq müştəri qazanmaq üçün bizə dəyər qatır".

Şirkət rəsmisinin sözlərinə görə, SOCAR istiqrazları üzrə aparılmış PR kampaniyası öz işini görüb. İnsanlar istiqrazlar üzrə bütün vacib məqamları bilir və investisiya etmək üçün müraciət edirlər. Prosesi ilk dəfə həyata keçirən şəxslər ikinci dəfə daha böyük məbləğlə müraciət edirlər.

Xatırladaq ki, Dövlət Neft Şirkətinın (SOCAR) daxili bazar üçün nəzərdə tutulmuş SOCAR istiqrazları 2016-cı ilin oktyabrında buraxılıb.

İstiqrazlar 100 milyon dollar həcmində, 5 illik müddətə və illik 5% gəlirliklə emissiya edilib. İlkin olaraq abunə yazılışı yolu ilə satılan istiqrazlara investorlar tərəfindən tələbat 2 dəfə artıq olub.

Oktyabr ayının 17-dən isə SOCAR istiqrazlarının təkrar bazarda dövriyyəsinə başlanıb. Faiz ödənişləri ildə 4 dəfə həyata keçiriləcək. İlk faiz ödənişi 17 yanvar 2017-cı ildə həyata keçirilib.


OXŞAR XƏBƏRLƏR

Rusiyanın beş qonşusu Ottava Konvensiyasından çıxır

Estoniya, Latviya, Litva, Finlandiya və Polşa Mina Qadağası Müqaviləsindən çıxaraq mülki şəxsləri uzunmüddətli təhlükə ilə üz-üzə qoyub.   Sfera.az x...

Külək, yağış, şimşək... - Bu günün hava proqnozu

İyulun 2-də Azərbaycanın bəzi yerlərində güclü külək əsəcək, yağış yağacaq, şimşək çaxacaq.   Bu barədə Sfera.az-a Milli Hidrometeorologiya Xidmətind...

Son 1 ildə neçə qohum evliliyi qeydə alınıb?

Ötən il iyulun 23-dən 2025-ci il iyulun 1-dək 2599 qohum nikahı qeydə alınıb.   Sfera.az xəbər verir ki, bu barədə Report-un sorğusuna cavab olaraq Ə...

Məhkəmə qadının ətəyini cinayət silahı kimi müsadirə etdi - TƏFƏRRÜATLAR

Finlandiyada oğurluqda təqsirləndirilən iki qaraçı qadının ətəkləri cinayət silahı sayıldıqları üçün müsadirə edilib.   Sfera.az xəbər verir ki, 2023...

Məşhur bloqqer oğurlanan qiymətli əşyalarını 1 il sonra geri qaytardı

Videobloqqer və keçmiş hərbçi, Lord Miles kimi tanınan Miles Routledge ötən il BƏƏ-yə səfəri zamanı əvvəllər itirilmiş simsiz qulaqlıqlarını tapa bilib. Əzmkarl...

Şıxlinskinin azadlığa çıxması üçün o xahiş edib -FOTO

Xəbər verdiyimiz kimi, Yekaterinburqda saxlanılan Azərbaycan diaspor lideri Şahin Şıxlinski azadlığa buraxılıb.   Sfera.az xəbər verir ki, Yeni ...