"Bu şəxslər psixi pozuntu yaşayacaq" - Alimlərdən HƏYƏCAN TƏBİLİ

"Bu şəxslər psixi pozuntu yaşayacaq" - Alimlərdən HƏYƏCAN TƏBİLİ

Dünya əhalisinin təxminən yarısı 75 yaşına qədər ən az bir psixi pozuntu ilə üzləşəcək. 

 

Sfera.az xarici mediaya istinadən xəbər verir ki, “Queensland” Universiteti və “Harvard” Tibb Məktəbi tərəfindən aparılan araşdırma depressiya, narahatlıq və asılılıq kimi pozuntuların qlobal miqyasda sürətlə artdığını ortaya qoyulub.

 

Tədqiqat Ümumdünya Səhiyyə Təşkilatının 29 ölkədə 150 min nəfərlə keçirdiyi 20 illik sorğu məlumatlarına əsaslanır. Nəticələr göstərir ki, bu pozuntular adətən uşaqlıq, yeniyetməlik və ya erkən yetkinlik dövründə başlayır. Kişilərdə orta yaş 19, qadınlarda isə 20-dir.

 

Araşdırma zamanı qadınlar arasında ən çox yayılan psixi pozuntular depressiya, travma sonrası stress pozuntusu və gündəlik həyata ciddi təsir edən fobiyalar olub. Kişilərdə isə alkoqol asılılığı, depressiya və spesifik fobiyalar ön plandadır.

 

Tədqiqatın əsas müəllifi professor Con Makqrat bildirib ki, “Ən geniş yayılmış pozuntular əsas depressiya və narahatlıqdır. Bu pozuntuların yayılma riski cinsiyyətə görə də fərqlənir”.

 

Professor Brett Emmerson isə vurğulayıb ki, “Əgər əhalinin yarısı psixi pozuntu yaşayacaqsa, bu, müalicə və erkən müdaxilə strategiyalarının yenidən nəzərdən keçirilməsini zəruri edir”.

 

Araşdırma psixi sağlamlıq məsələlərinin qlobal prioritetə çevrilməli olduğunu bir daha xatırladır. Erken diaqnoz və müvafiq dəstək mexanizmləri olmadan bu pozuntular geniş yayıla və ciddi sosial nəticələrə səbəb ola bilər.

 

Fidan Hacızadə
 


OXŞAR XƏBƏRLƏR

DünyaHindistanla müharibə 3 günə başlaya bilər - Pakistanın müdafiə naziri

Hindistanla 2-3 gün ərzində müharibə başlaya bilər.   Sfera.az xəbər verir ki, bunu Pakistanın müdafiə və aviasiya naziri Xavaca Məhəmməd Asif deyib....

SÜRÜCÜLƏRİN NƏZƏRİNƏ: 800 manatadək cərimələnə bilərsiniz

Son zamanlar sosial şəbəkələrdə qadağan olunan sayrışan işıq və xüsusi səs siqnalı kimi avtoaksesuarların satışı geniş yayılıb.   Hətta sayrışan işıq...

Ərdoğan zəlzələdən danışdı

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda binaların seysmik dayanıqlığının gücləndirilməsi və şəhərin mümkün güclü zəlzələlərə hazırlığı çərçivəsində a...

İran Prezidentinin Azərbaycana səfəri başa çatdı

İran Prezidenti Məsud Pezeşkianın Azərbaycana rəsmi səfəri aprelin 28-də başa çatıb.   Sfera.az xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının ...

Leyla Əliyevanın şeirlərinə bəstələnmiş mahnılar ifa olundu

II Beynəlxalq Opera Festivalının altıncı günündə Azərbaycanın xalq artisti Fidan Hacıyevanın “Arzu” adlı solo konserti olub. Opera müğənnisi Heydər ...

Bəzi məqamlar var ki, hələ yazılmayıb - İran Prezidenti

"Əziz qardaşım, Prezident İlham Əliyev böyük əzm və iradə nümayiş etdirir. Biz də öz tərəfimizdən, inamımıza, iradəmizə və əzmkarlığa əsaslanaraq, Allahın ...