Astroloqlardan XƏBƏRDARLIQ- "Həftənin bu günləri..."

Astroloqlardan XƏBƏRDARLIQ- "Həftənin bu günləri..."

Bu həftə göy qüvvələrinin əsas enerjisi Venera planetinin təsiri altında olacaq. Həftəyə Veneranın Saturnla qovuşması ilə başlayırıq ki, bu da ikili münasibətlərdə sevgi və qayğı gözləntilərinin qarşılanmasında çətinlik yarada bilər. Bu gərgin enerji sosial və romantik sahələrdə narahatlıq hissi doğura bilər.

 

Sfera.az Türkiyə mediasına istinadla xəbər verir ki, həftənin ikinci yarısında Veneranın Uranla 60 dərəcəlik harmonik bucağı münasibətlərə sürpriz, əyləncəli və pozitiv enerjilər gətirəcək. Venera şənbə günü Saturnun təsirindən çıxaraq irəliləməyə başlayacaq. Bu da münasibətlər sahəsindəki durğunluğun sona çatmasına işarədir.

 

Eyni zamanda, ünsiyyət və qərar qəbuluna təsir edən Merkuri də bu həftə irəliləməyə başlayacaq. Beləliklə, son zamanlar yaşanan anlaşılmazlıqlar, təxirə salınan danışıqlar və təkrarlanan mövzular tədricən aradan qalxacaq. Növbəti həftə Mars Xərçəng bürcündən çıxacaq və bu da əlavə rahatlama və irəliləyiş yaradacaq.

 

Gündəlik astroloji təsirlər:

 

Çərşənbə axşamı – Ay günə Şir bürcündə başlayır, günortadan sonra Qız bürcünə keçir. Səhər saatları daha enerjili və sosial, günortadan sonra isə məsuliyyətli və işgüzar enerji ilə müşayiət olunacaq.

 

Çərşənbə – Ay Qız bürcündə hərəkət edir. Təmizlik, iş və sağlamlıqla bağlı məsələlərə fokuslanmaq üçün əlverişli, səmərəli və sakit bir gündür.

 

Cümə axşamı – Ay Qız bürcündə qalır. Gün ərzində ünsiyyətdə çətinliklər, sosial və iş əlaqələrində gərginlik müşahidə oluna bilər.

 

Cümə – Ay Tərəzi bürcünə keçir. Ortaq işlər, dərin və transformativ söhbətlər üçün uyğun bir gündür.

 

Şənbə – Ay Tərəzi bürcündədir. Həftənin ən pozitiv və şanslı günü sayılır. Sosiallaşma, xarici əlaqələr və macərapərəst fəaliyyətlər üçün əlverişli enerjilər ön plandadır.

 

Bazar – Günün sonunda Ay Əqrəb bürcünə keçir. Günün ilk yarısı sosial baxımdan aktiv keçə bilər, lakin axşam saatlarında emosional həssaslıq və gərginlik arta bilər. Alınqanlıq, mübahisələr və diqqətsizlik səbəbilə baş verə biləcək kiçik qəzalara qarşı ehtiyatlı olmaq tövsiyə olunur.

 

Fidan Hacızadə 


OXŞAR XƏBƏRLƏR

DünyaHindistanla müharibə 3 günə başlaya bilər - Pakistanın müdafiə naziri

Hindistanla 2-3 gün ərzində müharibə başlaya bilər.   Sfera.az xəbər verir ki, bunu Pakistanın müdafiə və aviasiya naziri Xavaca Məhəmməd Asif deyib....

SÜRÜCÜLƏRİN NƏZƏRİNƏ: 800 manatadək cərimələnə bilərsiniz

Son zamanlar sosial şəbəkələrdə qadağan olunan sayrışan işıq və xüsusi səs siqnalı kimi avtoaksesuarların satışı geniş yayılıb.   Hətta sayrışan işıq...

Ərdoğan zəlzələdən danışdı

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda binaların seysmik dayanıqlığının gücləndirilməsi və şəhərin mümkün güclü zəlzələlərə hazırlığı çərçivəsində a...

İran Prezidentinin Azərbaycana səfəri başa çatdı

İran Prezidenti Məsud Pezeşkianın Azərbaycana rəsmi səfəri aprelin 28-də başa çatıb.   Sfera.az xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının ...

Leyla Əliyevanın şeirlərinə bəstələnmiş mahnılar ifa olundu

II Beynəlxalq Opera Festivalının altıncı günündə Azərbaycanın xalq artisti Fidan Hacıyevanın “Arzu” adlı solo konserti olub. Opera müğənnisi Heydər ...

Bəzi məqamlar var ki, hələ yazılmayıb - İran Prezidenti

"Əziz qardaşım, Prezident İlham Əliyev böyük əzm və iradə nümayiş etdirir. Biz də öz tərəfimizdən, inamımıza, iradəmizə və əzmkarlığa əsaslanaraq, Allahın ...