Kiçik silindirin böyük fəlakəti: Sakinlərini Xərçəngə yoluxduran yaşayış binası

Kiçik silindirin böyük fəlakəti: Sakinlərini Xərçəngə yoluxduran yaşayış binası

Bəzən kiçik bir laqeydlik illərlə davam edən faciəyə çevrilə bilər. Ukraynanın Kramatorsk radioloji qəzası bunun ən ağrılı nümunələrindən biridir. Karxanada itən radioaktiv balon yaşayış binasının divarlarında gizlənmiş ölümcül tələ kimi üzə çıxıb. İllərdir gözə dəymədən insanların həyatını məhv edib.

 

Bəs, bu faciə necə diqqət çəkib?
 

Sfera.az bu barədə maraqlı yazı təqdim edir.
 

1970-ci illərin sonlarında Sovet İttifaqı qarşıdan gələn 1980-ci il Moskva Olimpiadası üçün böyük tikinti işlərinə başlayıb. Donetsk vilayətindəki karxana artan tələbatı ödəmək üçün tam gücü ilə işləyirdi.


Bu gərgin temp zamanı karxanada materialın sıxlığını ölçmək üçün istifadə edilən sezium-137 ehtiva edən radiasiya ölçən cihaz itirildi.
Kramatorskdakı 7 nömrəli bina sovet memarlığının təntənəsi hesab olunurdu. İsti suyu, müasir lifti və rahat mənzilləri ilə bir çox ailələrin arzusu idi.
 

Lakin 85 saylı mənzildə yaşayan ailələrin həyatı faciənin kölgəsində qalıb. Əvvəlcə 18 yaşlı qız leykozdan ölüb. Onun ardınca eyni xəstəlikdən dünyasını dəyişən 16 yaşlı qardaşı və anası gəlib. Əvvəlcə bu ölümlər təsadüfi və ya genetik meyl səbəbindən hesab olunurdu.
 

Mənzilə köçən ikinci ailə də oxşar aqibətlə üzləşib. 1987-ci ildə ailənin böyük oğlu leykozdan dünyasını dəyişib, kiçik oğlu isə xəstəxanada həyat mübarizəsi aparır. Ata faciələrin arxasındakı həqiqəti üzə çıxarmaq üçün hakimiyyətə təzyiq edib.
 

1989-cu ildə ekspertlər radiasiya ölçən cihazlarla mənzilə gələrək həqiqəti üzə çıxardılar. Uşaq otağında divarlardan yayılan radiasiyanın səviyyəsi ölçüyəgəlməz idi.
 

Mənbəni müəyyən edəndə şoka düşdülər. Divarların içərisinə sezium-137-dən ibarət kiçik bir silindr qoyulmuşdu... İllərdir ki, kiçik silindr mənzilin sakinlərinə öldürücü dozada qamma şüaları yaymışdı. Hər il təxminən 1800 rentgen şüası buraxan silindr 4 nəfərin ölümünə, daha 17 nəfərin isə səhhətində ciddi problemlərə səbəb olub.
 

85 saylı mənzilin divarları sökülərək Kiyev Nüvə Tədqiqat İnstitutuna göndərilib və təhlükəli silindr təhlükəsiz şəkildə məhv edilib. Lakin o kiçik silindrin yaratdığı dağıntının izləri hələ də yaddaşlarda qalıb.

 

Aysel


OXŞAR XƏBƏRLƏR

DünyaHindistanla müharibə 3 günə başlaya bilər - Pakistanın müdafiə naziri

Hindistanla 2-3 gün ərzində müharibə başlaya bilər.   Sfera.az xəbər verir ki, bunu Pakistanın müdafiə və aviasiya naziri Xavaca Məhəmməd Asif deyib....

SÜRÜCÜLƏRİN NƏZƏRİNƏ: 800 manatadək cərimələnə bilərsiniz

Son zamanlar sosial şəbəkələrdə qadağan olunan sayrışan işıq və xüsusi səs siqnalı kimi avtoaksesuarların satışı geniş yayılıb.   Hətta sayrışan işıq...

Ərdoğan zəlzələdən danışdı

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda binaların seysmik dayanıqlığının gücləndirilməsi və şəhərin mümkün güclü zəlzələlərə hazırlığı çərçivəsində a...

İran Prezidentinin Azərbaycana səfəri başa çatdı

İran Prezidenti Məsud Pezeşkianın Azərbaycana rəsmi səfəri aprelin 28-də başa çatıb.   Sfera.az xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının ...

Leyla Əliyevanın şeirlərinə bəstələnmiş mahnılar ifa olundu

II Beynəlxalq Opera Festivalının altıncı günündə Azərbaycanın xalq artisti Fidan Hacıyevanın “Arzu” adlı solo konserti olub. Opera müğənnisi Heydər ...

Bəzi məqamlar var ki, hələ yazılmayıb - İran Prezidenti

"Əziz qardaşım, Prezident İlham Əliyev böyük əzm və iradə nümayiş etdirir. Biz də öz tərəfimizdən, inamımıza, iradəmizə və əzmkarlığa əsaslanaraq, Allahın ...