Azərbaycanda borcu olan bu şəxslərə SMS göndəriləcək


Azərbaycanda borcu olan bu şəxslərə SMS göndəriləcək

Azərbaycanda ölkədən getmək hüquqi məhdudlaşdırılan borclu fiziki şəxsə və hüquqi şəxsin icra orqanının rəhbərinə bu barədə məlumat verilməsi qaydası dəyişir.

 

Sfera.az xəbər verir ki, bununla bağlı "İcra haqqında" qanuna dəyişiklik təklif edilir.

 

Sənəd Milli Məclisin aprelin 11-də keçiriləcək plenar iclasında müzakirə ediləcək.

 

Dəyişikliyə əsasən, borclu fiziki şəxsin və ya borclu hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəmə qərarı dərhal "Elektron məhkəmə" informasiya sistemindən "Elektron icra" informasiya sisteminə ötürülür. "Elektron icra" informasiya sistemi vasitəsilə bu barədə dərhal "Giriş-çıxış və qeydiyyat" idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sisteminə məlumat ötürülür və həmin məlumat-axtarış sistemində borclu fiziki şəxs və ya borclu hüquqi şəxsin icra orqanının rəhbəri barədə məhdudiyyət tətbiq edilir, bununla bağlı "Elektron icra" informasiya sistemi vasitəsilə borclu fiziki şəxsə və ya borclu hüquqi şəxsin icra orqanının rəhbərinə və tələbkara məlumat verilir, cümlədən borclu fiziki şəxsin və ya borclu hüquqi şəxsin icra orqanının rəhbərinin adına qeydə alınmış mobil telefon nömrəsinə (nömrələrinə) SMS göndərilir.

 

Borclu fiziki şəxsin və ya borclu hüquqi şəxsin icra orqanının rəhbərinin hüququnun ölkədən getmək müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsaslar aradan qalxdıqda bu barədə məlumat dərhal "Elektron icra" informasiya sisteminə daxil edilir və "Giriş-çıxış idarələrarası və qeydiyyat" avtomatlaşdırılmış məlumat-axtarış sisteminə ötürülür və həmin məlumat-axtarış sistemində borclu fiziki şəxsin və ya borclu hüquqi şəxsin icra orqanının rəhbərinin barəsində tətbiq edilmiş məhdudiyyət götürülür və bununla bağlı "Elektron icra" informasiya sistemi vasitəsilə borclu fiziki şəxsin və ya borclu hüquqi şəxsin icra orqanının rəhbərinin adına qeydə alınmış mobil telefon nömrəsinə (nömrələrinə) SMS göndərilir.  (Report)


OXŞAR XƏBƏRLƏR

İsrail Ordusu Qəzzada 1 km-lik tuneli belə məhv etdi – ANBAAN VİDEO

  İsrail ordusu Qəzzanın şimalında 1 km-lik tuneli dağıdıb.   Sfera.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələri məlumat yayıb....

Kişilər arasında işsizlər qadınlardan ÇOXDUR? – STATİSTİK MÜƏMMA

2025-ci il iyun ayının 1-i vəziyyətinə görə, Dövlət Məşğulluq Agentliyinin yerli qurumlarında qeydiyyata alınmış işsiz şəxslərin sayı 229,9 min nəfər olub. Dövl...

Ermənistan İstintaq Komitəsinin binası ətrafında saxlanılanlar var

Ermənistan İstintaq Komitəsinin binası yaxınlığında saxlanılanlar var.   Sfera.az xəbər verir ki, bu haqda “News.am” məlumat yayıb. &n...

Tramp Yaxın Şərqdə yeni sistem formalaşdırır - Kosaçev

ABŞ Prezidenti Donald Trampın İrana qarşı addımında məqsədi təkcə İsrailə deyil, həm də nüfuzlu monarxiyalar arasından əsas oyunçulara arxalanaraq Yaxın Şərqdə ...

Qəzzada atəşkəs üçün diplomatik səylər artıb

Yaxın Şərqdə gərginliyin artdığı bir vaxtda Qəzzada mümkün atəşkəslə bağlı intensiv danışıqlar aparılır.   Sfera.az xəbər verir ki, Qətər, Misir...

Putin: Rusiya ilə ABŞ arasında münasibətlər düzəlməyə başlayıb

Rusiya ilə ABŞ arasında münasibətlər düzəlməyə başlayıb, ilk addımlar atılıb.   Sfera.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin b...