Tramp Çinə xəbərdarlıq etdi


Tramp Çinə xəbərdarlıq etdi

ABŞ Prezidenti Donald Tramp Çinə xəbərdarlıq edib.

 

Sfera.az xəbər verir ki, o bildirib ki, Çin ikitərəfli tariflərə cavab olaraq elan etdiyi 34 faizlik gömrük rüsumlarını geri götürməsə ABŞ bu ölkəyə 50 faiz əlavə rüsum tətbiq edəcək. Bu barədə Tramp “Truth” sosial media hesabında paylaşım edib. ABŞ-yə cavab verən hər hansı ölkənin daha yüksək tariflərlə üzləşəcəyi barədə xəbərdarlığını xatırladan Trump bildirib ki, Çin ABŞ-dən indiyə qədər istifadə edib. Onun sözlərinə görə, Çin geri addım atmasa, ABŞ Pekinin Vaşinqtonla tələb etdiyi bütün danışıqları dayandıracaq. Tramp danışıqlar tələb edən digər ölkələrlə isə danışıqlara başlayacağını bildirib.

 

Qeyd edək ki, Donald Tramp ABŞ-nin digər ölkələrə qarşılıqlı tariflər tətbiq edəcəyini və baza tarif dərəcəsinin 10 faiz olacağını açıqlamışdı. ABŞ Maliyyə Naziri Scott Bessent ölkələri tariflərə cavab verməməyə çağırmışdı. O bildirib ki, cavab tədbiri olmasa, daha yüksək tarif dərəcələri tətbiq edilməyəcək, əks halda dərəcələr qalxacaq.


OXŞAR XƏBƏRLƏR

Azərbaycan XİN İranın Ermənistandakı səfirinin əsassız iddialarına cavab verib

İran İslam Respublikasının Ermənistan Respublikasındakı səfiri Mehdi Sobhaninin guya Azərbaycan ərazisindən İrana qarşı istifadə edilməsi, yəni İsrail dronların...

İsrail Ordusu Qəzzada 1 km-lik tuneli belə məhv etdi – ANBAAN VİDEO

  İsrail ordusu Qəzzanın şimalında 1 km-lik tuneli dağıdıb.   Sfera.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələri məlumat yayıb....

Kişilər arasında işsizlər qadınlardan ÇOXDUR? – STATİSTİK MÜƏMMA

2025-ci il iyun ayının 1-i vəziyyətinə görə, Dövlət Məşğulluq Agentliyinin yerli qurumlarında qeydiyyata alınmış işsiz şəxslərin sayı 229,9 min nəfər olub. Dövl...

Ermənistan İstintaq Komitəsinin binası ətrafında saxlanılanlar var

Ermənistan İstintaq Komitəsinin binası yaxınlığında saxlanılanlar var.   Sfera.az xəbər verir ki, bu haqda “News.am” məlumat yayıb. &n...

Tramp Yaxın Şərqdə yeni sistem formalaşdırır - Kosaçev

ABŞ Prezidenti Donald Trampın İrana qarşı addımında məqsədi təkcə İsrailə deyil, həm də nüfuzlu monarxiyalar arasından əsas oyunçulara arxalanaraq Yaxın Şərqdə ...

Qəzzada atəşkəs üçün diplomatik səylər artıb

Yaxın Şərqdə gərginliyin artdığı bir vaxtda Qəzzada mümkün atəşkəslə bağlı intensiv danışıqlar aparılır.   Sfera.az xəbər verir ki, Qətər, Misir...