Keçmiş “kurort naziri” vəzifəsindən azad edildi
Keçmiş “kurort naziri” vəzifəsindən azad edildi

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədr müavini Əbil Ağasiyev vəzifəsindən azad edilib.

 

Sfera.az istinadən xəbər verir ki, Konfederasiyanın sədri Sahib Məmmədov bununla bağlı müvafiq əmr imzalayıb.

Qeyd edək ki, bir müddət əvvəl, Ə.Ağasiyevin rəhbərlik etdiyi "Kurort" Qapalı Səhmdar Cəmiyyəti "Turizm və Ekskursiyalar" Şurası ilə birləşdirilib. Qurumların bazasında Kurort-Turizm Mərkəzi yaradılıb və Ə.Ağasiyev rəhbərlikdən kənarlaşdırılıb. "Kurort" QSC-nin balansına "Abşeron" mədə-bağırsaq, "Bilgəh" kardioloji, "Qaranquş" uroloji, "Günəşli" nevroloji, "Şıx", "Naftalan", "Pirşağı", "Xəzər", "Şəki" İstirahət Mərkəzi, "Hacıkənd" İstirahət Evi, "Avtonəqliyyat" müəssisəsi, "Azərbkurorttikintitəmir" Birliyi, "Azərkurortlayihə", Azərbminsugeokaptaj" respublika ekspedisiyası, "Kurort" Səhmdar Cəmiyyətinin Təchizat Birliyi və "Miras" Məhdud Məsuliyyətli Cəmiyyəti daxil idi. Ona görə Ə.Ağasiyev mətbuatda "kurort naziri" adlandırılırdı.

Əbil Ağasiyev 1958-ci ildə anadan olub. 1982-ci ildə Azərbaycan Dövlət Tibb İnstitutunu bitirib. Əmək fəaliyyətinə 1978-ci ildə "Neftçilər" xəstəxanasında kiçik tibb qardaşı kimi başlayıb. 1981-1982-ci illərdə M.Ə.Əfəndiyev adına 2 nömrəli Şəhər Klinik Xəstəxanasında həkim-intern, ali məktəbi bitirdikdən sonra "Naftalan" Kurort Birliyində həkim və şöbə müdiri vəzifələrində işləyib. 1986-cı il tarixdən "Qaranquş" sanatoriyasının şöbə müdiri, 1987-ci ildən isə baş həkimi vəzifələrində çalışıb. 2007-2024-cü illərdə "Kurort" Səhmdar Cəmiyyətinin prezidenti vəzifəsində çalışıb. Əməkdar həkim, tibb elmləri doktorudur. Azərbaycan Respublikası Prezidentinin 21 oktyabr 2015-ci il tarixli Sərəncamına əsasən Əbil Rzaqulu oğlu Ağasiyev Azərbaycanda həmkarlar hərəkatının inkişafındakı xidmətlərinə görə "Tərəqqi" medalı ilə təltif edilib. Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının 2018-ci il fevralın 5-də keçirilən V qurultayında AHİK sədrinin (Səttar Möhbalıyev) müavini vəzifəsinə seçilib. O, konfederasiyanın 2024-cü ildə istefaya göndərilən sədri Səttar Möhbalıyevin ən yaxın kadrlarından olub. (Pravda.az)


OXŞAR XƏBƏRLƏR

İsrail Ordusu Qəzzada 1 km-lik tuneli belə məhv etdi – ANBAAN VİDEO

  İsrail ordusu Qəzzanın şimalında 1 km-lik tuneli dağıdıb.   Sfera.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələri məlumat yayıb....

Kişilər arasında işsizlər qadınlardan ÇOXDUR? – STATİSTİK MÜƏMMA

2025-ci il iyun ayının 1-i vəziyyətinə görə, Dövlət Məşğulluq Agentliyinin yerli qurumlarında qeydiyyata alınmış işsiz şəxslərin sayı 229,9 min nəfər olub. Dövl...

Ermənistan İstintaq Komitəsinin binası ətrafında saxlanılanlar var

Ermənistan İstintaq Komitəsinin binası yaxınlığında saxlanılanlar var.   Sfera.az xəbər verir ki, bu haqda “News.am” məlumat yayıb. &n...

Tramp Yaxın Şərqdə yeni sistem formalaşdırır - Kosaçev

ABŞ Prezidenti Donald Trampın İrana qarşı addımında məqsədi təkcə İsrailə deyil, həm də nüfuzlu monarxiyalar arasından əsas oyunçulara arxalanaraq Yaxın Şərqdə ...

Qəzzada atəşkəs üçün diplomatik səylər artıb

Yaxın Şərqdə gərginliyin artdığı bir vaxtda Qəzzada mümkün atəşkəslə bağlı intensiv danışıqlar aparılır.   Sfera.az xəbər verir ki, Qətər, Misir...

Putin: Rusiya ilə ABŞ arasında münasibətlər düzəlməyə başlayıb

Rusiya ilə ABŞ arasında münasibətlər düzəlməyə başlayıb, ilk addımlar atılıb.   Sfera.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin b...