Ermənistan Azərbaycana mina xəritələrini nə üçün vermir?

Ermənistan Azərbaycana mina xəritələrini nə üçün vermir?

Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin bağlanması üçün danışıqlarda müsbət nəticələr var. Hətta hər iki tərəfin mövqeləri xeyli yaxınlaşıb. 

 

Maraqlıdır, belə olan halda Ermənistan mina xəritələrini verməməkdə niyə təkid edir?

 

Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən deputat Elçin Mirzəbəyli bildirib ki, Ermənistanın mina xəritələrinin Azərbaycana verməməsinin əsas səbəbləri siyasi məqsədlər, dəqiq məlumatın olmaması və qarşılıqlı etimadsızlıqdır.

 

 

Millət vəkilinin sözlərinə görə, Ermənistan mina xəritələrini siyasi təzyiq aləti kimi saxlayır. Belə ki, xəritələri hissə-hissə verərək Azərbaycandan müəyyən güzəştlər almağa çalışır. 

 

E.Mirzəbəyli qeyd edib ki, Ermənistanda bəzi ərazilər üzrə mina xəritələri var, amma bunların bir çoxu dəqiqlik baxımından zəifdir:

 

“30 ilə yaxın işğal dövründə minaların çoxu sistemsiz şəkildə basdırılıb. Yəni, döyüş şəraitində və ya müxtəlif dəstələr tərəfindən sistemsiz, dağınıq basdırılmış minalar var. Bu da dəqiq xəritələrin mövcud olmamasına səbəb olub. Azərbaycan rəsmilərinin açıqlamalarına görə, Ermənistandan alınan bəzi xəritələrin dəqiqliyi 25% civarındadır. Yəni, verilmiş xəritələrdə göstərilən yerlərin yalnız az bir hissəsində real minalar aşkarlanır. Həmçinin, qeyri-rəsmi silahlı qruplar və könüllü dəstələr tərəfindən basdırılmış minaların heç bir xəritəsi yoxdur”.

 

Deputat vurğulayıb ki, bu vəziyyət bölgədə dinc əhalinin həyatı üçün ciddi təhlükə yaradır.

 

Firuzə Əliyeva
 


OXŞAR XƏBƏRLƏR

DünyaHindistanla müharibə 3 günə başlaya bilər - Pakistanın müdafiə naziri

Hindistanla 2-3 gün ərzində müharibə başlaya bilər.   Sfera.az xəbər verir ki, bunu Pakistanın müdafiə və aviasiya naziri Xavaca Məhəmməd Asif deyib....

SÜRÜCÜLƏRİN NƏZƏRİNƏ: 800 manatadək cərimələnə bilərsiniz

Son zamanlar sosial şəbəkələrdə qadağan olunan sayrışan işıq və xüsusi səs siqnalı kimi avtoaksesuarların satışı geniş yayılıb.   Hətta sayrışan işıq...

Ərdoğan zəlzələdən danışdı

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda binaların seysmik dayanıqlığının gücləndirilməsi və şəhərin mümkün güclü zəlzələlərə hazırlığı çərçivəsində a...

İran Prezidentinin Azərbaycana səfəri başa çatdı

İran Prezidenti Məsud Pezeşkianın Azərbaycana rəsmi səfəri aprelin 28-də başa çatıb.   Sfera.az xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının ...

Leyla Əliyevanın şeirlərinə bəstələnmiş mahnılar ifa olundu

II Beynəlxalq Opera Festivalının altıncı günündə Azərbaycanın xalq artisti Fidan Hacıyevanın “Arzu” adlı solo konserti olub. Opera müğənnisi Heydər ...

Bəzi məqamlar var ki, hələ yazılmayıb - İran Prezidenti

"Əziz qardaşım, Prezident İlham Əliyev böyük əzm və iradə nümayiş etdirir. Biz də öz tərəfimizdən, inamımıza, iradəmizə və əzmkarlığa əsaslanaraq, Allahın ...