Fərdadan ŞOK AÇIQLAMA: "İntihar etmək istədim, evim kredit, borclarım çox..."

Fərdadan ŞOK AÇIQLAMA:
Ötən gün məşhur psixoloq Dəyanət Rzayevin intihar etməsi ölkədə gündəmin əsas mövzusuna çevrilib.

Mərhumun faciəvi şəkildə həyatına son qoyması məşhurlar tərəfindən də olduqca ciddi müzakirə edilib. D.Rzayevin intihar etməsinə aktyor, şoumen Fərda Xudaverdiyev də münasibət bildirib. Aktyor bu barədə BiG.AZ-a xüsusi açıqlama verib. O bildirib ki, mərhumla bir çox monoloqu olub və onun ölümündən olduqca sarsılıb:

"Psixoloqların daima oxuyub öyrənməyə çalışdığı fəlsəfə elmi vr. Biri var fəlsəfəni üzdən oxuyasan, biri də var dərinliyinə gedəsən. Psixologiya da odur. ola bilər ki, qardaşımız çox fəlsəfənin çox dərinliyinə gedib.

Normal düşünəndə onsuz da həyat boşdur. Çoxlarımız bu gün sadəcə vaxt öldürür, üzü yaşlanmağa doğru gedir, gününü boş yerə itirir. Mən sadəcə o barədə sevinirəm ki, bir şoxlarından fərqli olaraq mənim həyatım dolğun keçir. Elə insanlar var ki işi yox, gücü yox. İnsanları intihara sürükləyən səbəblərdən ən başlıcası da elə budur. Yəqin ki, Dəyanət depressiyaya düşüb və fikirləşib ki, mən olmasam da həyat davam edər".

F.Xudaverdiyev bildirib ki, onun da həyatında intihar etmək istədiyi vaxtlar olub. Aktyor həmin günləri belə xatırlayıb:

"5 il efirdə olmadım. Bu müddət ərzində borclarım çoxaldı, maşınım, evimlə bağlı problemlərim oldu. Həmin vaxt evim də kredit idi. Banklarla bağlı çox problem yaşadım. Sırf maddiyyat baxımından intihar etmək barədə düşündüm. Çünki heç elə vəziyyətdə idim ki, heç yerdən köməyim yox idi. İndi isə min şükür. Hər şey öz qaydasındadır."

OXŞAR XƏBƏRLƏR

İran şirkətləri Azərbaycanda infrastruktur layihələrində iştiraka dəvət edildi

Dövlət xətti ilə Azərbaycanda bir çox infrastruktur layihələri həyata keçirilir. Biz İran şirkətlərini bu layihələrdə iştiraka dəvət edirik.   Sfera....

Şuşanın işğalı əməliyyatında iştirak etdiyini təsdiqləyib

Aprelin 28-də Bakı Hərbi Məhkəməsində davam etdirilən məhkəmə prosesində təqsirləndirilən şəxs Bako Sahakyan Ermənistan silahlı qüvvələrinin Şuşa rayonunu işğal...

84 yaşlı həkim itkin düşdü

Qusar rayonunda 84 yaşlı kişi itkin düşüb.   Sfera.az xəbər ki, 1941-ci il təvəllüdlü Arif Uluxan oğlu Uluxanov aprelin 26-da saat 14 radələrind...

Pezeşkian Bakının ən hündür nöqtəsində- FOTOLAR

Xəbər verdiyimiz kimi, Azərbaycanda rəsmi səfərdə olan İran Prezidenti Məsud Pezeşkian aprelin 28-də Şəhidlər xiyabanını ziyarət edib.   Sfera.az-ın&...

Bacılar Xatirəyə cavab verdilər: "Vulqar şəkildə geyinmirik..."

Sevil və Sevinc Səfərova bacıları Xatirə İslamın “Oğluma onları almazdım, qısa geyinirlər” sözlərini cavabsız qoymayıblar.   Əkiz müğənni...

Kanadada festival zamanı maşın izdihamın üzərinə çırpıldı - Ölənlər var

Kanadada aprelin 26-da axşam Vankuverdəki “Lapu Lapu Day Block Party”də faciəli hadisə baş verib. İlkin məlumatlara görə, avtomobilin bayram şənliyi...