Azərbaycan və Çinin yaxınlaşması nə vəd edir?

Azərbaycan və Çinin yaxınlaşması nə vəd edir?

Azərbaycanla Çin arasında əlaqələrin genişlənməsi müşahidə olunur. Apreldə Azərbaycan prezidenti Çinə rəsmi səfər də edəcək. 

 

Çinlə siyasi və iqtisadi əlaqələrin güclənməsi Azərbaycana nə qazandıracaq?

 

Mövcud sualla bağlı Sfera.az-a açıqlama verən politoloq Oqtay Qasımov keçən il Azərbaycan ilə Çin arasındakı strateji tərəfdaşlıq haqqında memorandum imzalandığını vurğulayıb. 


O bildirib ki, Azərbaycan müstəqillik qazandıqdan sonra xüsusilə Çinlə iqtisadi sahədə əlaqələr genişlənməkdədir:

 

“Ötənilki bəyannamə tərəflər arasında siyasi münasibətlərin daha da yaxınlaşmasına gətirib çıxaracaq. Bir müddət əvvəl Çin rəsmisi Azərbaycanda səfərdə olub və bir çox görüşlər keçirib. Azərbaycan prezidentinin də Çinə səfəri, əlbəttə ki, iki tərəfli münasibətlərin qurulması baxımından vacib bir səfər olmalıdır. Həmçinin, Pekin dünyanın artıq ikinci qlobal gücünə çevrilir. Onun iqtisadi göstəriciləri ABŞ ilə artıq yaxınlaşmaqdadır və hazırda dünyadakı gedən qlobal mübarizələrdə ilkin rol oynayır.

 

Bunu nəzərə alaraq, Çin və Azərbaycan arasında iqtisadi sahədə qurulan münasibətlər mövcuddur. Bununla yanaşı, Çinin “Bir kəmər, bir yol” qlobal layihəsinin çəkildiyi coğrafiyalardan biri də Azərbaycandır və Bakı bu layihəni dəstəkləyir. Bu baxımdan Çin və Azərbaycan arasındakı münasibətlərin normallaşması hər iki tərəfin mənafeyi ilə uyğundur. Çin həm də Zəngəzur dəhlizinin açılması ilə bağlı buna mane olan ölkələrə, xüsusən də Ermənistan və İran üzərində təsir göstərə biləcək ölkələrdən biri olaraq müsbət nəticələr əldə edilə bilər”.

 

Fidan Hacızadə


OXŞAR XƏBƏRLƏR

Mehriban Əliyevadan Silahlı Qüvvələr Günü münasibətilə paylaşım

Birinci vitse-prezident Mehriban Əliyeva sosial şəbəkə hesablarında 26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə paylaşım edib.   Sfera.az xəbər veri...

Polkovnik Etibar Məhərrəmov yüksək vəzifəyə təyin olundu

Əlahiddə Ümumqoşun Ordusu Komandanının birinci müavini - Qərargah rəisi vəzifəsinə yeni təyinat olub.   Sfera.az-ın məlumata görə, müvafiq əmrə əsasə...

52 il bağırsaqlarından çıxarılan qəribə əşyadan xəbərsiz yaşayıb - FOTO

Çinin şərqindəki Anhui əyalətinin Yanq adlı 64 yaşlı sakini cəmi 12 yaşında olarkən bədənində yad cisim əmələ gəlib. O, bundan xəbərsiz 52 il yaşayıb.  ...

Aktiv vulkan kraterinə düşən qadının 3 gün sonra sağ olduğu məlum olub - FOTO

26 yaşlı braziliyalı rəqqasə Culiana Marins İndoneziyada təxminən 300 metr hündürlükdən yıxılaraq aktiv vulkanın kraterində ilişib qalıb. Xilasedicilər üçüncü g...

Evindən ona 76 min dollar qazandıran kitab tapdı - FOTO

Bir britaniyalı evdə nadir kitab tapıb.    Belə ki, İngiltərənin cənubunda yaşayan sakin gözlənilmədən onilliklər ərzində rəfdə toz yığan uşaq k...

Çində yarasalardan insanlara ötürülə bilən iki yeni virus aşkarlandı

Alimlər Çində yarasalardan insanlara keçə bilən yeni infeksiyalar aşkar ediblər. Onlar ağır beyin iltihabına və tənəffüs xəstəliklərinə səbəb ola bilər. &nbs...