Tramp Putinlə danışmaq istəyir - YENİLƏNİB

Tramp Putinlə danışmaq istəyir - YENİLƏNİB

10:53

ABŞ prezidenti Donald Tramp həftəsonu rusiyalı həmkarı Vladimir Putinlə söhbət etmək niyyətindədir.

Azvision.az xəbər verir ki, bu barədə Tramp "Fox News" telekanalına müsahibəsində bildirib. 

Tramp vurğulayıb ki, Vladimir Putin ona seçkilərdə qalib gəldikdən sonra zəng edib: "Bizdə hələ müzakirələr olmayıb, amma bildiyimə görə tezliklə olacaq".

"NBC" telekanalının əməkdaşı Helli Cekson ABŞ administrasiyasında olan mənbələrə istinadən xəbər verir ki, telefon danışığı 28-29 yanvar tarixlərində baş tutacaq. 

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Vladimir Putinlə ABŞ prezidenti Donald Tramp arasında telefon danışığı şənbə günü baş tuta bilər.

----------

08:33

ABŞ prezidenti Donald Tramp yaxın günlərində Rusiya prezidenti Vladimir Putin ilə telefonla danışmaq niyyətindədir.

Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, bu barədə NBC kanalının korrespondeti Helli Cekson "Twitter"dəki səhifəsində ABŞ-ın administrasiyasındakı mənbələrə istinadən yazıb.

H.Cekson yazıb: "Prezident Tramp və Vladimir Putin, administrasiyadakı mənbəyə əsasən, bu həftəsonu, gözlənildiyi kimi, telefonla danışacaqlar. Bu andiçmədən sonra ilk zəng olacaq".

Sfera.az


OXŞAR XƏBƏRLƏR

Bakıda villada güclü yanğın - Hadisə yerindən GÖRÜNTÜLƏR

Bakıda villada güclü yanğın olub.   Sfera.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.   Bildir...

Azərbaycanın "İbrahim sazişləri"nə qoşulması... - ABŞ

Azərbaycan yaxın zamanda “İbrahim Sazişləri”nə (ərəb ölkələrinin İsraillə münasibətlərinin normallaşdırılması haqqında sazişlərə) qoşulması geosiyas...

Uşaq peçenyesinin içindən dəmir parçası çıxıb? - FOTOLAR

Bakıda mağazadan alınan uşaq peçenyesinin içindən dəmir parçasının çıxdığı iddia olunur.   Sfera.az xəbər verir ki, bu barədə Mirəli Süleymanov ...

Xəstəxanaya yerləşdirilən Xalq artistinin son durumu AÇIQLANDI

"Atam 10 gündür ki, Dövlət Gömrük Hospitalında reanimasiyadadır. Həkimlərin qərarına əsasən, sabah palataya köçürülə bilər".   Sfera.a...

Bakıda kişi iki arvadı ilə birləşib qonşusunu döydü

Bakıda kişi iki arvadı ilə birləşib qonşunu döyüb.   Sfera.az bildirir ki, hadisə paytaxtın Nərimanov rayonu ərazisində baş verib.   Həmin...

65 yaşına çatan müəllimlərlə bağlı RƏSMİ AÇIQLAMA

Azərbaycanda ümumi təhsil müəssisələrində çalışmanın yaş həddinə, yəni 65 yaşına çatmış müəllimlərin həmin müəssisədə çalışma müddəti Əmək Məcəlləsini...