70-ə yaxın müəllimin iştirakı ilə tədbir keçirildi - Fotolar

70-ə yaxın müəllimin iştirakı ilə tədbir keçirildi - Fotolar

Azərbaycanın müxtəlif regionlarından olan 70-ə yaxın müəllimin və ölkə ziyalılarının iştirakı ilə “Ziyalı qılıncı, qələbə yolu” adlı tədbir keçirilib. 

 

Milli-mənəvi dəyərləri əks etdirən bu zəfər görüşü qələbəmizin təməli qoyulan aprel döyüşlərinə həsr olunub. Tədbirin bütün iştirakçıları milli geyimlər geyinərək dəyərlərimizin təbliğinin əhəmiytətini vurğulayıb. 

 

Əvvəlcə Dövlət himni səsləndirilib, Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərimizin əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə Azərbaycanın xalq artisti, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının aparıcı səhnə ustası Nurəddin Mehdixanlı, tarix üzrə fəlsəfə doktoru, yazıçı publisist İradə Əlili, Azərbaycan Dillər Universitetinin müəllimi, BDU-nun doktorantı, tanınmış jurnalist, teleaparıcı Günel İlqar (Qəribova), gənc aktyor Ağaəli Kərimzadə çıxış edub,  tədbirin təşkilatçılarına təşəkkürlərini bildiriblər. Qeyd ediblər ki, xüsusilə qələbə ruhunu yaşayan Azərbaycan müəlliminin üzərinə böyük məsuliyyət düşür və onlar müharibədən əvvəl olduğu kimi post-müharibə dövründə də bütövləşən Azərbaycan üçün layiqli kadrların hazırlanmasında uğurlu fəaliyyət nümayiş etdirəcəklər.

 

Daha sonra tarix üzrə fəlsəfə doktoru Gülzadə Abdulovanın Azərbaycan tarixinin qadın geyimlərində əks olunan təqdimatı izlənilib. 

 

Həmçinin, milli-mənəvi dəyərlərin təbliğinə yönələn müxtəlif oyunlar oyunlar keçirilib. Tədbir iştirakçıları 

 

Tədbir iştirakçıları təşkilatçı Rasimə Abbasova və Afət Nəbiyeva, İlhamə Axundovaya dərin minnətdarlığını bildiriblər. Qeyd ediblər ki, tarixi qələbəmizdə payı olan müəllimlərimiz üçün bu cür şəbəkələşmə tədbirləri günü-gündən inkişaf edən Azərbaycanın parlaq gələcəyinə işıq salmaq baxımından çox vacibdir. Dünyaya səs salan tarixi qələbəmiz də məhz ziyalı qılıncı ilə tanınıb və tanınır. İnanırıq ki, müəllimlərimiz hər zaman üzərlərindəki bu tarixi və müqəddəs missiyanı şərəflə yerinə yetirəcəklər.


OXŞAR XƏBƏRLƏR

Fidan: İstanbulda Rusiya – Ukrayna danışıqları konstruktiv keçib

Türkiyənin xarici işlər naziri Hakan Fidan iyunun 2-də İstanbulda Ukrayna üzrə birbaşa danışıqların ikinci mərhələsinin konstruktiv şəraitdə keçdiyini bildirib....

Zelenski: Ukrayna tam atəşkəs tələb edir

Ukrayna bütün cəbhə xətti boyunca tam, qeyd-şərtsiz atəşkəs tələb etməkdə davam edir.   Sfera.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Ze...

Ceyhun Bayramov rəsmi səfərə yollandı

Xarici işlər naziri Ceyhun Bayramov Keniyaya rəsmi səfərə yola düşüb.   Sfera.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb. &...

Dələduzlar sizi “QR” kodla aldada bilər – XƏBƏRDARLIQ

Dələduzluğun yeni növü peyda olub. Artıq ictimai məkanlarda saxta QR-lar vasitəsilə vətəndaşlar aldadılır.   Sfera.az bildirir ki, Elektron Təhlükəsi...

Koloradoda antisemit hücumu: Adam mitinqdə yəhudi icmasının üzvlərini yandırmağa çalışdı

Qəzza zolağında israilli girovlara dəstək məqsədilə Kolorado ştatı Boulderdə keçirilən aksiyaya gələn azı 8 nəfər yaralanıb. Mohamed Sabri Soliman adlı bir nəfə...

Prezidentə o kitab hədiyyə edildi - FOTO

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Bakı Ekspo Mərkəzində Bakı Enerji Həftəsi çərçivəsində keçirilən 30-cu Yubiley Beynəlxalq Xəzər Neft və Qaz Sərgis...