Ermənistanda aprel döyüşlərinə görə seçkilər təxirə salınır

Ermənistanda aprel döyüşlərinə görə seçkilər təxirə salınır

Ermənistanda aprelin 2-nə təyin edilmiş parlament seçkilərinin təxirə salınması məsələsinə baxıla bilər.


Sfera.az virtualaz.org-a istinadən xəbər verir ki, bu barədə hakim Respublika partiyasının fraksiya rəhbəri Eduard Şarmazanov jurnalistlərə bildirib.

Ermənistanda seçkilər konstitusiyada müəyyən edilmiş normalara görə aprelin 2-nə təyin edilib. Lakin həmin gün Ermənistan üçün qara gündür-Azərbaycan ordusu məhz aprelin 2-də təmas xəttinin iki istiqamətindən əks-hücuma keçərək erməni ordusunun uzun illərdir möhkəmləndirilmiş müdafiə xəttini darmadağın edib, onu ciddi itkilərə məruz qoyub və müəyyən əraziləri işğaldan qurtarıb. Bu səbəbdən Ermənistanda bəzi siyasi qüvvələr seçkilərin aprelin 2-nə təyin edilməsindən narazılıq ifadə edirlər.

Şarmazanov hakim partiyanın Ali Şurasının iclasından sonra bildirib ki, əgər bütün siyasi qüvvələr istəsə seçkilərin təxirə salınması mümkündür. "Əgər istisnasız olaraq bütün siyasi oyunçular razılıq əldə etsələr ki, aprelin 2-nə təsadüf edən seçkilər iki gün, dörd gün və ya beş gün təxirə salınsın, o zaman Respublika partiyası bunda hansısa siyasi maneə görmür. Biz bu məsələni bütün siyasi qüvvələrlə müzakirə etməyə hazırıq”-o bildirib.

Xatırladaq ki, aprel döyüşlərinin nəticəsi olaraq Ermənistan Müdafiə Nazirliyinin bir neçə generalı işdən çıxarılıb, həbs olunub. Nəhayət müdafiə naziri Seyran Ohanyan istefaya göndərilib.


OXŞAR XƏBƏRLƏR

İran şirkətləri Azərbaycanda infrastruktur layihələrində iştiraka dəvət edildi

Dövlət xətti ilə Azərbaycanda bir çox infrastruktur layihələri həyata keçirilir. Biz İran şirkətlərini bu layihələrdə iştiraka dəvət edirik.   Sfera....

Şuşanın işğalı əməliyyatında iştirak etdiyini təsdiqləyib

Aprelin 28-də Bakı Hərbi Məhkəməsində davam etdirilən məhkəmə prosesində təqsirləndirilən şəxs Bako Sahakyan Ermənistan silahlı qüvvələrinin Şuşa rayonunu işğal...

84 yaşlı həkim itkin düşdü

Qusar rayonunda 84 yaşlı kişi itkin düşüb.   Sfera.az xəbər ki, 1941-ci il təvəllüdlü Arif Uluxan oğlu Uluxanov aprelin 26-da saat 14 radələrind...

Pezeşkian Bakının ən hündür nöqtəsində- FOTOLAR

Xəbər verdiyimiz kimi, Azərbaycanda rəsmi səfərdə olan İran Prezidenti Məsud Pezeşkian aprelin 28-də Şəhidlər xiyabanını ziyarət edib.   Sfera.az-ın&...

Bacılar Xatirəyə cavab verdilər: "Vulqar şəkildə geyinmirik..."

Sevil və Sevinc Səfərova bacıları Xatirə İslamın “Oğluma onları almazdım, qısa geyinirlər” sözlərini cavabsız qoymayıblar.   Əkiz müğənni...

Kanadada festival zamanı maşın izdihamın üzərinə çırpıldı - Ölənlər var

Kanadada aprelin 26-da axşam Vankuverdəki “Lapu Lapu Day Block Party”də faciəli hadisə baş verib. İlkin məlumatlara görə, avtomobilin bayram şənliyi...