Bakıda ər boşanmaq istəyən arvadının qulağını kəsib? - AÇIQLAMA

Bakıda ər boşanmaq istəyən arvadının qulağını kəsib? - AÇIQLAMA

Bakının Sabunçu rayonunda ər arvadının üzünə bıçaqla xəsarət yetirib, qulağını kəsib.

 

Sfera.az xəbər verir ki, bu haqda “Gununsesi.info” məlumat yayıb.

 

Məlumata görə, hadisə aprelin 4-də Bilgəh qəsəbəsində baş verib.

 

1995-ci il təvəllüdlü Bayramova Zəhra Ramiz qızı yaşadığı evdə həyat yoldaşı ilə mübahisə edib. Mübahisəyə səbəb isə qadının boşanmaq istəyi olub. Bundan hiddətlənən əri Z.Bayramovanın əvvəlcə qulağını kəsib, daha sonra onun üzünə bıçaqla xəsarətlər yetirib. Ər qadının kəsilmiş qulağını onun cibinə qoyub.

 

Məsələ ilə bağlı TƏBİB-dən  bildirilib ki, 04.04.2025-ci il tarixində saat 17:10 radələrində 1995-ci il təvəllüdlü şəxs (qadın cinsli) Sabunçu Tibb Mərkəzinin Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub:

 

“Qulağın kəsilmiş-deşilmiş yarası diaqnozu ilə pasiyentə zəruri tibbi yardımlar göstərilib. Vəziyyəti stabil qiymətləndirilən şəxs ambulator müalicə üçün evə buraxılıb”.

 

Faktla bağlı araşdırma aparılır.


OXŞAR XƏBƏRLƏR

Həftəsonu 4 bürc üçün mühüm olacaq - BUNLARI EDİN

Bu gün göy üzündəki enerjilər həm fürsətlər, həm də sınaqlarla doludur. Merkuri Buğa bürcünə keçərək düşüncələrimizi sabitləşdirir, Ay isə axşam saatlarında Əqr...

1 milyon fələstinli Liviyaya köçə bilər

ABŞ Prezidenti Donald Trampın administrasiyası fələstinlilərin Qəzza zolağından Liviyaya köçürülməsi ilə bağlı plan hazırlayır.   Sfera.az xəbər veri...

Heydər Əliyev Mərkəzində “Əbədiyyətin ifadəsi” sərgisi - VİDEO

Mayın 16-da Heydər Əliyev Mərkəzində tanınmış braziliyalı rəssam-heykəltaraş Luiz de Souzanın sərgisinin açılışı olub.   Sfera.az xəbər verir ki, &ld...

Aygün Səmədzadəyə vəzifə verildi

Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasına yeni direktor təyinatı olub.   Sfera.az xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyi məlumat yayıb...

Bu yol bağlandı

Böyükşor-Pirşağı yolunun bir hissəsində hərəkət müvəqqəti məhdudlaşdırılıb.    Sfera.az xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları D...

Hitler harada "yoxa çıxıb”? - Stalin niyə Fürerin şəxsi diş həkimini axtarırdı?

Hitlerin ölümü ilə bağlı həqiqət haradadır? O qaçıb, yoxsa ölüb və KQB-nin tapıntılarına inanmaq olarmı?   Sfera.az uzun illərdir hələ də mübahisə və m...