Gələn həftə dünyanın diqqəti Türkiyədə olacaq

Gələn həftə dünyanın diqqəti Türkiyədə olacaq

Diplomatiya dünyasının diqqəti gələn həftə Türkiyəyə yönələcək.

 

Sfera.az Türkiyə mediyasına istinadən xəbər verir ki, prezident Rəcəb Tayyib Ərdoğanın himayəsi və Türkiyə Xarici İşlər Nazirliyinin təşəbbüsü ilə təşkil olunan 4-cü Antalya Diplomatiya Forumu 11 aprel  başlayacaq. 

 

Bu il forumun mövzusu “Müxtəlifləşən dünyada diplomatiyanı sahiblənmək”  olaraq müəyyən edilib.

 

Forumda 140-dan çox ölkədən nümayəndələrin iştirakı gözlənilir. Tədbirə 20-yə yaxın dövlət və hökumət başçısı, 60-dan artıq xarici işlər naziri, 60-dan çox beynəlxalq təşkilat təmsilçisi qatılacaq. Azərbaycan Prezidenti İlham Əliyev, Macarıstan Baş naziri Viktor Orban, Fələstin Baş naziri Məhəmməd Mustafa, Misir, İran və İraqın xarici işlər nazirləri iştirakçı ölkələr arasında yer alır. İsrailə isə bu il dəvət göndərilməyib.

 

Forumda ümumilikdə 5 minədək şəxsin – 150 akademikin, 400 tələbənin və 1000-ə yaxın jurnalistin iştirakı nəzərdə tutulur. Açılış nitqləri xarici işlər naziri Hakan Fidan və  Rəcəb Tayyib Ərdoğan tərəfindən ediləcək.

 

Üç gün davam edəcək tədbir çərçivəsində 50-dən çox panel keçiriləcək. Orta Şərq, Asiya-Sakit okean, Afrika və Latın Amerikası bölgələrinə aid məsələlərlə yanaşı, iqlim dəyişikliyi, terrorla mübarizə, ərzaq təhlükəsizliyi və kosmos diplomatiyası kimi qlobal mövzular müzakirə olunacaq. Xarici İşlər Naziri Hakan Fidan forum çərçivəsində tələbələrlə, həmçinin ikitərəfli və çoxtərəfli diplomatik görüşlər keçirəcək.

 

Forumun mədəni hissəsində Antalya Simfonik Orkestrinin konserti və qonaqlara diplomatiya tarixini interaktiv şəkildə təqdim edən “diplomatiya tuneli” sərgisi yer alacaq.

 

Antalya Diplomatiya Forumu, müasir dünyada dərinləşən ayrılıqlar fonunda beynəlxalq dialoqu gücləndirmək üçün önəmli bir platforma olaraq qiymətləndirilir.

 

Fidan Hacızadə
 


OXŞAR XƏBƏRLƏR

Enginlə Afra tərəf müqabili oldu

Türkiyəli aktyor Engin Akyürek sonuncu dəfə "Yalı çapkını" serialında rol alan həmkarı Afra Saraçoğlu ilə tərəf müqabili olub.   Sfera.az x...

Ballıca və Sarıcalıya böyük köç - 237 nəfər doğma yurduna qayıtdı

Prezident İlham Əliyevin tapşırığına əsasən, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış prosesi planlı şəkildə davam etdirilir.   Sfera.az xəbər v...

Kirayə yolu ilə mənzil almaq, yoxsa ipoteka: Hansı daha sərfəlidir?

Ev almaq arzusunda olub, lakin qiymətlərin yüksək olması səbəbindən planlarını bir müddət təxirə salan şəxslər üçün bir neçə seçim mövcuddur. Bunlara ipoteka və...

İcazəsiz Həccə gedənlər cəzalanacaq - 26 min, 10 il giriş qadağası...

Səudiyyə Ərəbistanı builki Həcc mövsümündə qaydalara əməl etməyənlərə qarşı ağır cərimələrin tətbiq ediləcəyini açıqlayıb.   Sfera.az xəbər verir ki,...

DünyaHindistanla müharibə 3 günə başlaya bilər - Pakistanın müdafiə naziri

Hindistanla 2-3 gün ərzində müharibə başlaya bilər.   Sfera.az xəbər verir ki, bunu Pakistanın müdafiə və aviasiya naziri Xavaca Məhəmməd Asif deyib....

SÜRÜCÜLƏRİN NƏZƏRİNƏ: 800 manatadək cərimələnə bilərsiniz

Son zamanlar sosial şəbəkələrdə qadağan olunan sayrışan işıq və xüsusi səs siqnalı kimi avtoaksesuarların satışı geniş yayılıb.   Hətta sayrışan işıq...