Bu müəllimlərin əmək funksiyasına xitam veriləcək

Bu müəllimlərin əmək funksiyasına xitam veriləcək

Attestasiya prosesi maksimum şəffaf və sahənin peşəkarlarından ibarət komissiyalar tərəfində aparılıb, eyni zamanda, müvafiq videoçəkilişlər qeydə alınıb.

 

Sfera.az xəbər verir ki, bu barədə APA-nın sorğusuna cavab olaraq Mədəniyyət Nazirliyindən bildirilib.

 

“Məlum olduğu kimi, Mədəniyyət Nazirliyinin tabeliyindəki təhsil müəssisələrində çalışan müəllimlərin attestasiyası keçirilib. Attestasiyanın əsas məqsədi sahə üzrə müəllimlərin peşə, səriştə və bacarıqlarının ölçülməsidir. Komissiyalarda Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti, Bakı Musiqi Akademiyası, Azərbaycan Milli Konservatoriyası, Konservatoriya nəznində Musiqi Kolleci, Bakı Xoreoqrafiya Akademiyası, digər bədii təhsil ocaqlarından peşəkar mütəxəsislər təmsil olunub”, - açıqlamada bildirilib.

 

Qeyd olunub ki, komissiyalar tərəfindən hər hansı müəllimin səriştə bacarığı tam yararsız kimi qiymətləndirilibsə, yəni 5 mümkün balldan heç birini yığa bilməyibsə, o zaman həmin müəllimin əmək funksiyasına xitam veriləcək:

 

“Komissiya üzvləri tərəfindən müsbət göstəriciləri qeyd olunan 2 leyhinə və 3 əleyhinə səs yığmış müəllimlər üçün isə Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi Metodik və İxtisasartırma mərkəzində müvafiq təlimlərin təşkili nəzərdə tutulub. Həmin müəllimlər bu təlimləri keçdikdən sonra təkrar attestasiya olunacaq. Onu da qeyd etmək lazımdır ki, attestasiyadan keçə bilməyən müəllimlərin müvafiq sahələr üzrə işə qəbul imtahanlarında iştirak etmək hüquqları saxlanılır. Onlar bu imtahanlarda iştirak edə bilərlər”.

 

Qeyd edək ki, sosial şəbəkələrdə musiqi, incəsənət məktəb və mərkəzlərində çalışan müəllimlərin bəzilərinin etirazlarını ehtiva edən, habelə mədəniyyət nazirinin müşaviri Cəsarət Valehovun çıxışlarını əsas tutaraq dilə gətirdikləri narazılıqları özündə əks etdirən videolar yayımlanıb. Videoda bildirilir ki, müəllimlər etiraz üçün nazirliyin binasına da üz tutublar. Onların bəziləri prosedurdan və imtahanın təşkil olunmasından narazıdırlar.


OXŞAR XƏBƏRLƏR

Fidan: İstanbulda Rusiya – Ukrayna danışıqları konstruktiv keçib

Türkiyənin xarici işlər naziri Hakan Fidan iyunun 2-də İstanbulda Ukrayna üzrə birbaşa danışıqların ikinci mərhələsinin konstruktiv şəraitdə keçdiyini bildirib....

Zelenski: Ukrayna tam atəşkəs tələb edir

Ukrayna bütün cəbhə xətti boyunca tam, qeyd-şərtsiz atəşkəs tələb etməkdə davam edir.   Sfera.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Ze...

Ceyhun Bayramov rəsmi səfərə yollandı

Xarici işlər naziri Ceyhun Bayramov Keniyaya rəsmi səfərə yola düşüb.   Sfera.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb. &...

Dələduzlar sizi “QR” kodla aldada bilər – XƏBƏRDARLIQ

Dələduzluğun yeni növü peyda olub. Artıq ictimai məkanlarda saxta QR-lar vasitəsilə vətəndaşlar aldadılır.   Sfera.az bildirir ki, Elektron Təhlükəsi...

Koloradoda antisemit hücumu: Adam mitinqdə yəhudi icmasının üzvlərini yandırmağa çalışdı

Qəzza zolağında israilli girovlara dəstək məqsədilə Kolorado ştatı Boulderdə keçirilən aksiyaya gələn azı 8 nəfər yaralanıb. Mohamed Sabri Soliman adlı bir nəfə...

Prezidentə o kitab hədiyyə edildi - FOTO

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Bakı Ekspo Mərkəzində Bakı Enerji Həftəsi çərçivəsində keçirilən 30-cu Yubiley Beynəlxalq Xəzər Neft və Qaz Sərgis...