Ermənistan ordusu öz əsgərlərini girov saxlayır – ŞOK SƏBƏB
00:09 / 27.01.2017
1086
Ermənistan ordusunda əsgərlərin qul kimi işlədilməsi faktı ortaya çıxıb.
Publika.az xəbər verir ki, Avetik İsaakyanın 16 gün əvvəl təxris olunma əmri çıxsa da, komandiri onu evə buraxmayıb.
Əsgərin atası İsxan İsaakyan "Aykakan jamanak” qəzetinə bildirib ki, komandiri oğlundan hərbi hissəyə aid olan "ZİL” avtomobilini təmir etməyi tələb edərək, onu evə buraxmaqdan imtina edib.
"Müdafiə Nazirliyində bizə dedilər ki, hərbi komissarlığa gedin. Hərbi komissarlıq da deyir ki, biz əsgərləri xidmətə göndəririk, ondan sonra olanlar bizlik deyil. 16 gün keçib, amma oğlumu evə gəlməyə qoymurlar. Biz bilmirik nə edək, kimə müraciət edək. Hərbi hissəyə məxsus olan avtomobili başqası əzib, amma oğlumun üzərinə yıxırlar. Deyirlər ki, təmir etməyənə qədər evə getməyəcəksən. Bizdə olan məlumata görə, bu qərarı hərbi hissə komandirinin müavini verib. Bu o deməkdir ki, mən hərbi hissə komandirliyinə pul göndərməliyəm, sonra oğlumu buraxmalıdırlar. Mənim pul vermək imkanım yoxdur, banklara kreditim var, özüm də işləmirəm. İndi mən nə etməliyəm, oğurluq etməliyəm?! Ordu həbsxanadır, yoxsa xidmət yeri? Mənim yeganə oğlumu girov saxlayırlar”, - deyə əsgərin atası qəzetə bildirib.