Binaların həyətində maşını düzgün saxlamayanlar cərimə olunacaq

Binaların həyətində maşını düzgün saxlamayanlar cərimə olunacaq

Binaların həyətində  avtomobili düzgün park etməyənlər cərimə olunacaq.

Sfera.az xezerxeber.az-a istinadən bildirir ki, söhbət avtomobili necə gəldi saxlayaraq digərlərinin qarşısını kəsənlər, hərəkətinə mane olan, ya da yolu bağlayan sürücülərdən gedir. Belə halla qarşılaşanlar vaxt itirir və səs siqnalını verməklə evlərində oturanları da narahat edirlər. Hətta düzgün saxlanılmamış avtomobilin nömrəsini elan edənlər də olur.

Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov isə deyir ki, həmin sürücülər bina sakinlərinin şikayəti əsasında cərimələnəcəklər. Dayanma və durma qaydasını pozduğuna görə onların cəriməsi 20 manat olacaq.

Vaqif Əsədov cərimə olunmamaq üçün onlara maraqlı bir ideya da verib.

Bununla belə, avtomobil sahibləri bilməlidirlər ki, həyətlərdə keçidləri bağlamaqla onlar həm də fövqəladə hallarda yardımlara da mane ola bilərlər.


OXŞAR XƏBƏRLƏR

İran şirkətləri Azərbaycanda infrastruktur layihələrində iştiraka dəvət edildi

Dövlət xətti ilə Azərbaycanda bir çox infrastruktur layihələri həyata keçirilir. Biz İran şirkətlərini bu layihələrdə iştiraka dəvət edirik.   Sfera....

Şuşanın işğalı əməliyyatında iştirak etdiyini təsdiqləyib

Aprelin 28-də Bakı Hərbi Məhkəməsində davam etdirilən məhkəmə prosesində təqsirləndirilən şəxs Bako Sahakyan Ermənistan silahlı qüvvələrinin Şuşa rayonunu işğal...

84 yaşlı həkim itkin düşdü

Qusar rayonunda 84 yaşlı kişi itkin düşüb.   Sfera.az xəbər ki, 1941-ci il təvəllüdlü Arif Uluxan oğlu Uluxanov aprelin 26-da saat 14 radələrind...

Pezeşkian Bakının ən hündür nöqtəsində- FOTOLAR

Xəbər verdiyimiz kimi, Azərbaycanda rəsmi səfərdə olan İran Prezidenti Məsud Pezeşkian aprelin 28-də Şəhidlər xiyabanını ziyarət edib.   Sfera.az-ın&...

Bacılar Xatirəyə cavab verdilər: "Vulqar şəkildə geyinmirik..."

Sevil və Sevinc Səfərova bacıları Xatirə İslamın “Oğluma onları almazdım, qısa geyinirlər” sözlərini cavabsız qoymayıblar.   Əkiz müğənni...

Kanadada festival zamanı maşın izdihamın üzərinə çırpıldı - Ölənlər var

Kanadada aprelin 26-da axşam Vankuverdəki “Lapu Lapu Day Block Party”də faciəli hadisə baş verib. İlkin məlumatlara görə, avtomobilin bayram şənliyi...