Seyid Əzim Şirvaninin 190 illiyi qeyd ediləcək - SƏRƏNCAM


Seyid Əzim Şirvaninin 190 illiyi qeyd ediləcək - SƏRƏNCAM

Böyük söz ustası Seyid Əzim Şirvaninin 190 illiyi qeyd ediləcək.

 

Sfera.az AZƏRTAC-a istinadən xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb. 

 

Sənədə əsasən, Mədəniyyət Nazirliyi Azərbaycan Milli Elmlər Akademiyası ilə birlikdə böyük Azərbaycan şairi Seyid Əzim Şirvaninin 190 illiyinə dair tədbirlər planı hazırlayıb həyata keçirməlidir. 

 

Sərəncamda bildirilib ki, 2025-ci ildə Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, qüdrətli şair və böyük maarif xadimi Seyid Əzim Şirvaninin anadan olmasının 190 ili tamam olur.

 

Seyid Əzim Şirvani yaradıcılığı boyu həm Şərq poeziyasının çoxəsrlik ənənələrini yüksək sənətkarlıqla davam etdirib, həm də mühüm ictimai-siyasi dəyişikliklərin baş verdiyi bir şəraitdə Azərbaycan ədəbiyyatının yeni maarifçilik ideyaları ilə zənginləşməsində əhəmiyyətli rol oynayıb.

 

Dəyərli poetik nümunələrdən ibarət parlaq lirikasında mənəvi gözəlliyi tərənnüm edən şair, eyni zamanda, realist satiralarında dövrün aktual məsələlərinə kəskin münasibət bildirib, didaktik əsərlərində humanist ideyaların təbliğinə xüsusi diqqət yetirib.

 

Seyid Əzim Şirvani cəmiyyətin sosial-mədəni tərəqqisi uğrunda qabaqcıl ziyalıların apardığı mübarizənin daim ön sıralarında dayanıb. Onun xalqa xidmət naminə öz maarifçi düşüncələrini gerçəkləşdirmək arzusu ilə ana dilində açdığı yeni üsullu məktəb Azərbaycan təhsili tarixində dərin iz qoyub.

 


OXŞAR XƏBƏRLƏR

İsti hava ilə bağlı şəkər xəstələrinə XƏBƏRDARLIQ! - Bu qaydalara əməl edin

İsti hava şəkərli diabet xəstələrinin sağlamlığı üçün ciddi risklər yaranır.   Sfera.az-ın məlumatına görə, rusiyalı endokrinoloq Anas Əlfərrac TASS-...

Qaxda 8 yaşlı uşağıMAŞIN VURDU

Qaxda 8 yaşlı qızı maşın vurub. Sfera.az xəbər verir ki, Bizim.Media-nın yerli bürosunun məlumatına görə, hadisə Qaxın Tasmalı kəndində baş verib...

Elmi tədqiqatlarda da süni intellektdən istifadə ediləcək

Yeni araşdırmalara görə, süni intellekt artıq yalnız texniki vasitə deyil, elmi tədqiqatların bütün mərhələlərində fəal iştirak edən tərəfdaş rolunu oynamağa ba...

Pezeşkiandan Azərbaycanla bağlı çağırış

İran Prezidenti Məsud Pezeşkian bildirib ki, onun administrasiyasının xarici siyasət prioriteti qonşu ölkələrlə əlaqələri gücləndirməkdir.   Sfera.az...

Müəllim olmaq istəyən şəhid ailə üzvlərinin nəzərinə!

Müəllimlərin işə qəbulu üzrə müsabiqədə minimum tələbi ödəyən şəhid ailəsi üzvlərinin vakansiya seçimi mərhələsinə başlanılıb.   Sfera.az xəbər verir...

Lama qanından alınan zülal bu xəstəliyin dərmanı olacaq

Fransız alimlərinin apardığı yeni araşdırma lama qanından əldə edilən nanobadi adlı zülalın şizofreniyanın müalicəsində potensial vasitə ola biləcəyini ortaya q...