Aİ-Türkiyə münasibətləri gərginləşir? - AÇIQLAMA

Aİ-Türkiyə münasibətləri gərginləşir? - AÇIQLAMA

Avropa İttifaqı İstanbul şəhər bələdiyyəsinin sədri Əkrəm İmamoğlunun həbsindən sonra Türkiyə ilə əməkdaşlığı diqqətlə nəzərdən keçirəcəyini açıqlayıb. Aİ-nin sözçüsü Markus Lammert Türkiyənin Avropa dəyərlərinə sadiq qalmasını istəyib.

 

Maraqlıdır, bundan sonra onsuz da soyuq olan Aİ-Türkiyə münasibətləri daha da pisləşə bilərmi?    

 

Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən siyasi şərhçi Kənan Novruzov bildirib ki, Aİ İmamoğlu məsələsindən Türkiyəyə qarşı təsir vasitəsi kimi istifadə edə bilər.  

 

Onun sözlərinə görə, son vaxtlar ABŞ ilə Avropa İttifaqı arasında münasibətlər soyuqlaşmaqdadır. Buna görə də ABŞ ilə Türkiyə arasında münasibətlərin inkişafı Aİ-də rəsmi Ankaraya qarşı neqativ mövqeyə səbəb ola bilər. Aİ isə İmamoğlu məsələsindən bəhanə kimi istifadə edə bilər.  

 

K.Novruzovun fikrincə, bütün hallarda, münasibətlər kəskin dərəcədə pisləşməyəcək:

 

“ABŞ ilə münasibətlərin pisləşməsi və Rusiya-Ukrayna müharibəsi fonunda Türkiyə Aİ-yə lazımdır. Aİ hazırda oyundankənar vəziyyətdədir. Türkiyənin isə Rusiya və Ukrayna ilə normal münasibəti var. Aİ Türkiyənin köməyi ilə proseslərə daxil ola bilər”. 

 

Firuzə Əliyeva


OXŞAR XƏBƏRLƏR

Aeroport yolunda maşın aşdı- Ölən və yaralananlar var - VİDEO

Ötən gecə Bakıda ağır yol qəzası baş verib.   Sfera.az xəbər verir ki, Heydər Əliyev prospektinin Suraxanı rayonu ərazisindən keçən hissəsində 77 YF ...

Füzulidə həkimin məktəbli oğlu kanalda batdı - FOTO

Füzuli rayonunda məktəbli kanalda batıb.   Sfera.az xəbər verir ki, hadisə rayonun Kərimbəyli kəndi ərazisindən keçən beton kanalda baş verib. &nb...

İran ABŞ-ni BMT-yə şikayət edəcək

Rəsmi Tehran İranın obyektlərinə ziyan vurduğuna görə Birləşmiş Ştatlara qarşı BMT-yə şikayət verməyə hazırlaşır. Sfera.az "Mehr"ə istinadən xə...

Bakıda hərbi orkestrlərin müşayiəti ilə yürüşlər başladı

Bu gün Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının 107 ili tamam olur.   Sfera.az xəbər verir ki, bu münasibətlə Bakının müxtəlif mərkəzi küçə və pr...

Bütün sosial ödənişlər verildi

İyun ayının müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımları bu gün tam ödənilib.   Bu barədə Sfera.az-a  Dövlət Sosial Müdafiə Fondundan mə...

Kamaləddin Qafarov: “Azərbaycan ordusu regional sülhün və təhlükəsizliyin əsas qarantıdır”

“Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən ölkəmizin dövlət müstəqilliyinin bəyan olunmasından az müddət sonra- 1918-ci il iyunun 26-da milli hökumətin qəra...