Bakıda 50 ailəyə evlərini tərk etmək üçün bir neçə saat vaxt verildi – VİDEO

Bakıda 50 ailəyə evlərini tərk etmək üçün bir neçə saat vaxt verildi – VİDEO

Yaşayış binasında olan 50 ailənin elektrik xətti kəsilib. Sakinlərə evlərini tərk eləmək üçün bir neçə saat vaxt verilib. Səbəb kimi binanın qəzalı vəziyyətdə olması göstərilib.

Sfera.az  Xezerxeber.az-a istinadən məlumat verir ki, paytaxtın Suraxanı rayonu Zığ qəsəbəsi Zığ küçəsi bina 43-də yaşayan sakinlər, Suraxanı rayon İcra Hakimiyyəti tərəfindən köçürülməyə etiraz edirlər.

Onların sözlərinə görə, kirayədə qalmaq üçün hər ailə başına 200-300 manat pul təklif edilir.

Lakin bununla razılaşmayan sakinlər qəzalı binadan köçürülmə ilə bağlı onlara əvvəlcədən xəbərdarlığın edilməməsindən narazıdırlar.

Suraxanı rayon İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Barxudar Barxudarov bildirib ki, bina sürüşmə zonasında yerləşdiyi üçün sakinlər köçürülür.

O qeyd edib ki, baş verə biləcək hər hansı bir faciənin qarşısını almaq üçün bütün kommunal xidmətlər dayandırılıb və sakinlərə köçürüləcəkləri barədə bir həftə əvvəl xəbərdarlıq edilib.


OXŞAR XƏBƏRLƏR

İran şirkətləri Azərbaycanda infrastruktur layihələrində iştiraka dəvət edildi

Dövlət xətti ilə Azərbaycanda bir çox infrastruktur layihələri həyata keçirilir. Biz İran şirkətlərini bu layihələrdə iştiraka dəvət edirik.   Sfera....

Şuşanın işğalı əməliyyatında iştirak etdiyini təsdiqləyib

Aprelin 28-də Bakı Hərbi Məhkəməsində davam etdirilən məhkəmə prosesində təqsirləndirilən şəxs Bako Sahakyan Ermənistan silahlı qüvvələrinin Şuşa rayonunu işğal...

84 yaşlı həkim itkin düşdü

Qusar rayonunda 84 yaşlı kişi itkin düşüb.   Sfera.az xəbər ki, 1941-ci il təvəllüdlü Arif Uluxan oğlu Uluxanov aprelin 26-da saat 14 radələrind...

Pezeşkian Bakının ən hündür nöqtəsində- FOTOLAR

Xəbər verdiyimiz kimi, Azərbaycanda rəsmi səfərdə olan İran Prezidenti Məsud Pezeşkian aprelin 28-də Şəhidlər xiyabanını ziyarət edib.   Sfera.az-ın&...

Bacılar Xatirəyə cavab verdilər: "Vulqar şəkildə geyinmirik..."

Sevil və Sevinc Səfərova bacıları Xatirə İslamın “Oğluma onları almazdım, qısa geyinirlər” sözlərini cavabsız qoymayıblar.   Əkiz müğənni...

Kanadada festival zamanı maşın izdihamın üzərinə çırpıldı - Ölənlər var

Kanadada aprelin 26-da axşam Vankuverdəki “Lapu Lapu Day Block Party”də faciəli hadisə baş verib. İlkin məlumatlara görə, avtomobilin bayram şənliyi...