İngiltərəyə giriş qaydaları dəyişdi - Hökmən ETA əldə edilməlidir

İngiltərəyə giriş qaydaları dəyişdi - Hökmən ETA əldə edilməlidir

İngiltərə hökuməti ölkəyə giriş qaydalarında yeni dəyişikliklər edib. Avropa İttifaqı da daxil olmaqla, dünyanın 48 ölkəsinin vətəndaşları artıq İngiltərəyə səfər etmək üçün Elektron Səyahət İcazəsi (ETA) almalı olacaqlar.

 

Sfera.az xəbər verir ki, yeni sistemə əsasən, vizaya ehtiyac duymayan sərnişinlər səyahətdən əvvəl rəqəmsal qeydiyyat proqramı vasitəsilə ETA əldə etməlidirlər.

 

Bu dəyişiklik Böyük Britaniyaya vizasız səfər edən bütün şəxslərə şamil ediləcək.


Sistem ilk dəfə 2024-cü ildə Körfəz Əməkdaşlıq Şurasına üzv ölkələrin vətəndaşları üçün tətbiq edilib. Daha sonra ABŞ, Kanada və Avstraliyadan İngiltərəyə səyahət edən altı milyon ziyarətçi də bu qaydaya tabe olub.


Proqram turizm, işgüzar səfərlər və altı aydan az müddətli digər qısamüddətli ziyarətlər üçün keçərlidir. Eyni zamanda, qısamüddətli təhsil və müəyyən ödənişli fəaliyyətlər üçün də ETA tələb olunur.


ETA-nın hansı ölkələrə tətbiq ediləcəyi ilə bağlı dəqiq siyahı Böyük Britaniya hökumətinin rəsmi veb saytında yer alır. 


Bəsti Rəfizadə


OXŞAR XƏBƏRLƏR

İnsan DNT-si sıfırdan yaradılır: Laboratoriyada “insan istehsalı” başlayır

Böyük Britaniyada insan DNT-sini sıfırdan yaratmağa yönələn yeni və mübahisəli layihəyə start verilib. Dünyanın ən böyük tibbi yardım təşkilatlarından biri olan...

İsrailin müdafiə naziri: Xameneini öldürmək istəyirdik, imkan tapa bilmədik

İsrail 12 günlük müharibə zamanı İranın Ali Rəhbəri Ayətullah Seyid Əli Xameneini öldürmək niyyətində olub, lakin bunun üçün imkan tapmayıb.   Sfera....

Zərdabda qanunsuz saxlanılan silahlar polisə təhvil verildi

Zərdab Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan silahların aşkarlanması və könüllü təhvil verilməsi istiqamətində profilaktiki tədbirlər...

“Amerikaya sərt zərbə endirdik” - Ayətullah Xamenei

İranın ali dini lideri Ayətullah Əli Xamenei, İsraillə əldə olunan atəşkəsdən sonra çıxış edərək ABŞ-nin bu müharibədən heç nə qazanmadığını, İranın isə bölgədə...

Toyu üçün Venesiya şəhərini bağlatdırdı

"Amazon"un qurucusu Ceff Bezos jurnalist nişanlısı Lauren Sançezlə bu gün ailə quracaq.   Sfera.az xəbər verir ki, İtaliyanın Ven...

Vladimir Putin Belarusa səfər etdi

Rusiya Prezidenti Vladimir Putin Belarusa səfər edib.   Sfera.az xəbər verir ki, Putinin təyyarəsi Minsk hava limanına enib.   Kreml...