Deputat: "Bu səfər iki ölkə arasındakı münasibətlərin inkişafına müsbət təsir edəcək"

Deputat: "Bu səfər iki ölkə arasındakı münasibətlərin inkişafına müsbət təsir edəcək"

“Azərbaycan və Almaniya Federativ Respublikası arasındakı münasibətlər yaranandan bəri dinamik inkişaf edib”.

 

Sfera.az bildirir ki, bunu 1news.az-a açıqlamasında Milli Məclisin deputatı Vüqar İsgəndərov deyib.

 

O, bildirib ki, Almaniya Prezidentinin Azərbaycana ilk rəsmi səfəri bir sıra mühüm hadisələrlə yadda qalıb.

 

“Görüşlər müsbət atmosferdə keçib, Azərbaycan Prezidenti Almaniya Prezidentinin ölkəmizə səfərlərini yüksək qiymətləndirib və bu səfərlərin iki ölkə arasındakı münasibətlərin inkişafına müsbət təsir edəcəyini vurğuladı. Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ölkəsinin Azərbaycanın suverenliyini daim dəstəklədiyini bəyan edib, o cümlədən Qarabağın Azərbaycanın ərazisi olduğunu vurğulayaraq rəsmi mövqeyini ifadə edib. Bu açıqlama, Avropa İttifaqında bəzi ölkələrin, xüsusilə Fransanın və digər qüvvələrin iki ölkə arasındakı münasibətlərə təsir göstərmək cəhdlərinə cavab olaraq mühüm bir bəyanat kimi qiymətləndirilib”.

 

Deputat bildirib ki, Almaniya Avropanın iqtisadi cəhətdən güclü dövlətlərindən biri kimi Azərbaycan üçün cəlbedici tərəfdaşdır.

 

“Eyni zamanda, Azərbaycan da Avropanın enerji təhlükəsizliyində sabit və etibarlı tərəfdaş kimi Almaniya üçün mühüm əhəmiyyət kəsb edib. Azərbaycanın strateji coğrafi mövqeyi və enerji resursları Almaniya üçün vacib amillərdən biridir. Xüsusilə, Avropada enerji çatışmazlığının mövcud olduğu dövrdə Azərbaycan etibarlı qaz təchizatçısı kimi özünü təsdiqləyib. Almaniya Prezidentinin səfəri çərçivəsində müxtəlif ikitərəfli və çoxtərəfli görüşlər keçirilib, işgüzar nahar və şəhər gəzintisi təşkil edilib. Almaniya və Azərbaycan mədəniyyət xadimlərinin birgə konsertində iştirak edən Almaniya Prezidenti, Azərbaycanın inkişafına dair müsbət fikirlər səsləndirib. Bu səfər, Almaniyanın Azərbaycanı Cənubi Qafqazın lider dövləti və Avropanın əvəzolunmaz tərəfdaşı kimi qəbul etdiyini bir daha təsdiqləyib. İki ölkə arasında imzalanacaq gələcək sənədlər və əməkdaşlıq layihələri strateji tərəfdaşlığın daha da möhkəmlənməsinə töhfə verəcək. Bu səfər və onun nəticələri, Azərbaycan və Almaniya arasında münasibətlərin daha da möhkəmlənməsi üçün əhəmiyyətli zəmin yaradıb”.


OXŞAR XƏBƏRLƏR

Aeroport yolunda maşın aşdı- Ölən və yaralananlar var - VİDEO

Ötən gecə Bakıda ağır yol qəzası baş verib.   Sfera.az xəbər verir ki, Heydər Əliyev prospektinin Suraxanı rayonu ərazisindən keçən hissəsində 77 YF ...

Füzulidə həkimin məktəbli oğlu kanalda batdı - FOTO

Füzuli rayonunda məktəbli kanalda batıb.   Sfera.az xəbər verir ki, hadisə rayonun Kərimbəyli kəndi ərazisindən keçən beton kanalda baş verib. &nb...

İran ABŞ-ni BMT-yə şikayət edəcək

Rəsmi Tehran İranın obyektlərinə ziyan vurduğuna görə Birləşmiş Ştatlara qarşı BMT-yə şikayət verməyə hazırlaşır. Sfera.az "Mehr"ə istinadən xə...

Bakıda hərbi orkestrlərin müşayiəti ilə yürüşlər başladı

Bu gün Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının 107 ili tamam olur.   Sfera.az xəbər verir ki, bu münasibətlə Bakının müxtəlif mərkəzi küçə və pr...

Bütün sosial ödənişlər verildi

İyun ayının müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımları bu gün tam ödənilib.   Bu barədə Sfera.az-a  Dövlət Sosial Müdafiə Fondundan mə...

Kamaləddin Qafarov: “Azərbaycan ordusu regional sülhün və təhlükəsizliyin əsas qarantıdır”

“Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən ölkəmizin dövlət müstəqilliyinin bəyan olunmasından az müddət sonra- 1918-ci il iyunun 26-da milli hökumətin qəra...