Əcnəbilərlə ailə quran azərbaycanlıların sayı azalıb

Əcnəbilərlə ailə quran azərbaycanlıların sayı azalıb

2016-cı il ərzində ölkə vətəndaşları ilə əcnəbilər və vətəndaşlığı olmayan şəxslər arasında 2431 nikah qeydə alınıb.

Sfera.az xəbər verir ki, bu haqda Ədliyyə Nazirliyindən modern.az-ın sorğusuna cavab olaraq bildirilib.

Məlumata görə, əcnəbilərlə və vətəndaşlığı olmayan şəxslərlə ailə quran azərbaycanlı kişilərin sayı 1213 olub. Əcnəbiyə ərə gedən xanım azərbaycanlılar isə 1218 nəfərdir.

Rəsmi məlumata görə, Azərbaycan vətəndaşları ilə nikaha daxil olan xarici ölkə vətəndaşları əsasən Rusiya, Gürcüstan, Türkiyə və Ukrayna vətəndaşlarıdır.

Qeyd edək ki, azərbaycanlıların ailə qurduğu əcnəbilər arasında Türkiyə vətəndaşları üstünlük təşkil edir. Belə ki, 2015-ci ilin statistikasına görə, türkiyəli kişilərlə evlənən azərbaycanlı gəlinlərin sayı 1653 nəfər olub. Türkiyə qızlarının ərə getdiyi azərbaycanlı kişilərin sayı isə cəmi 85 nəfər təşkil edib.

Qeyd edək ki, 2015-ci ildə Azərbaycan vətəndaşları ilə əcnəbi şəxslər arsında 2680 nikah bağlanıb. 2014-cü ildə isə bu rəqəm 1816 olub.

Əcnəbilərlə ailə quran azərbaycanlıların sayı 2013-cü ildə 2 780, 2012-ci ildə 2688 təşkil edib.


OXŞAR XƏBƏRLƏR

İran şirkətləri Azərbaycanda infrastruktur layihələrində iştiraka dəvət edildi

Dövlət xətti ilə Azərbaycanda bir çox infrastruktur layihələri həyata keçirilir. Biz İran şirkətlərini bu layihələrdə iştiraka dəvət edirik.   Sfera....

Şuşanın işğalı əməliyyatında iştirak etdiyini təsdiqləyib

Aprelin 28-də Bakı Hərbi Məhkəməsində davam etdirilən məhkəmə prosesində təqsirləndirilən şəxs Bako Sahakyan Ermənistan silahlı qüvvələrinin Şuşa rayonunu işğal...

84 yaşlı həkim itkin düşdü

Qusar rayonunda 84 yaşlı kişi itkin düşüb.   Sfera.az xəbər ki, 1941-ci il təvəllüdlü Arif Uluxan oğlu Uluxanov aprelin 26-da saat 14 radələrind...

Pezeşkian Bakının ən hündür nöqtəsində- FOTOLAR

Xəbər verdiyimiz kimi, Azərbaycanda rəsmi səfərdə olan İran Prezidenti Məsud Pezeşkian aprelin 28-də Şəhidlər xiyabanını ziyarət edib.   Sfera.az-ın&...

Bacılar Xatirəyə cavab verdilər: "Vulqar şəkildə geyinmirik..."

Sevil və Sevinc Səfərova bacıları Xatirə İslamın “Oğluma onları almazdım, qısa geyinirlər” sözlərini cavabsız qoymayıblar.   Əkiz müğənni...

Kanadada festival zamanı maşın izdihamın üzərinə çırpıldı - Ölənlər var

Kanadada aprelin 26-da axşam Vankuverdəki “Lapu Lapu Day Block Party”də faciəli hadisə baş verib. İlkin məlumatlara görə, avtomobilin bayram şənliyi...