Azərbaycan seçim qarşısında: Ermənistan zəmanəti və ya...

Azərbaycan seçim qarşısında: Ermənistan zəmanəti və ya...

Razılaşdırılmış sülh müqaviləsi layihəsinin mətnindən ayrı tutulan, lakin sülh üçün vacib olan iki mühüm komponent proseslərə təsir dinamikasını qoruyub saxlayır. Bu, Zəngəzur dəhlizinin açılması, və Qərbi azərbaycanlıların geri qayıdışı ilə əlaqədar çoxbəndli təfərrüatlarla əlaqəlidir. 

 

Sfera.az xəbər verir ki, bu sözləri politoloq Aqşin Kərimov deyib.

 

Onun sözlərinə görə, Azərbaycan üçün iki variant var: ya Ermənistan dövləti qərbi azərbaycanlıların geri dönüşündən sonra onların təhlükəsizliyinə zəmanət verir, ya da həmin qarantiyanı Bakı ilə Ankaranın strateji müttəfiqliyi təmin edir.

 

“İkinci variant Bakı üçün daha məqbul ssenari kimi səslənə bilər, çünki İrəvanın Azərbaycanlı icması üçün zəmanətinin etibarlılığı yoxdur. İcma və onun üzərindən qurulan dövlət siyasəti təkcə regionun demoqrafiyasını dəyişdirmir, həm də bölgədə geosiyasi tendensiyalara təsir edir. Bu cəhətdən Azərbaycanın “Qərbi Azərbaycan icması” çox böyük əhəmiyyətə malikdir və rəsmi Bakının regional siyasətində fərqli dönüş nöqtəsi təqdim edir.  Digər tərəfdən, Qərbi Azərbaycanlıların qayıdışı daha çox Zəngəzur dəhlizinin açılması ilə düz mütənasiblik təşkil edir. Yəni Zəngəzur dəhlizinin açılması qərbi azərbaycanlıların geri dönüşünə maneə yaradan qapını aralayır”.- A.Kərimov qeyd edib.

 

Ekspertin fikrincə, sərhəddəki silahlı təxribatlar daha çox Azərbaycanın böyüyən planına qarşı qurulmuş tələdir və həmin provakasiyaların müəlliflərinin kimliyinə baxmaq da lazımdır:

 

“Saziş layihəsinin mətninə möhür vuran iki razılaşdırılmamış maddənin razılaşdırılması idi. Həmin iki maddə sərhəddə hər hansı üçüncü tərəfin iştirakının olmaması və beynəlxalq məhkəmələrdən qarşılıqlı iddiaların geri götürülməsi ilə bağlıdır. Görünən odur ki, Ermənistanın baş naziri Nikol Paşinyan təhlükəsizlik qüvvələri ilə məsləhətləşmələrdən sonra “hazırkı məzmun Ermənistan üçün məqbul olan kompromis variantı sayıla bilər” deyib.  Ancaq bundan sonra sərhəddə Ermənistanın təxribatlarının intensivləşməsi üç məsələni aktullaşdırır: ya Paşinyan ordunun Azərbaycan mövqelərinə qarşı resurslarını və döyüş potensialını test edir, ya ordu daxilində Paşinyanın əmr və təlimatlarına məhəl qoymayan qüvvələr qalmaqdadır, ya Avropa İttifaqının Missiyası sərhəddə qalıcılığını təmin etmək üçün müxtəlif cür təxribat üsulları hazırlayıb erməniləri silahlı insidentlərə şirnikləndirir”.

 

Politoloq qeyd edib ki, başqa yandan, hadisələr ABŞ-nin İrana təzyiqlərinin artması, ABŞ ilə Rusiya arasında müzakirələrin irəliləməsi fonunda baş verir:

 

“Paşinyanın sülh mətninin razılaşdırılmasından dərhal sonra Rusiya, Fransa və İran prezidentləri ilə telefon danışığı Ermənistanın ABŞ tərəfindən irəliyə sürülən yeni siyasətə verdiyi reaksiya idi. Buna görə də, sərhəddə toqquşmalar kənar oyunçuların hər birinin marağında ola bilər, lakin İrəvanın manevr etmək üçün sahəsi yoxdur”.

 

Firuzə Əliyeva 
 


OXŞAR XƏBƏRLƏR

İran ABŞ-ni BMT-yə şikayət edəcək

Rəsmi Tehran İranın obyektlərinə ziyan vurduğuna görə Birləşmiş Ştatlara qarşı BMT-yə şikayət verməyə hazırlaşır. Sfera.az "Mehr"ə istinadən xə...

Bakıda hərbi orkestrlərin müşayiəti ilə yürüşlər başladı

Bu gün Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının 107 ili tamam olur.   Sfera.az xəbər verir ki, bu münasibətlə Bakının müxtəlif mərkəzi küçə və pr...

Bütün sosial ödənişlər verildi

İyun ayının müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımları bu gün tam ödənilib.   Bu barədə Sfera.az-a  Dövlət Sosial Müdafiə Fondundan mə...

Kamaləddin Qafarov: “Azərbaycan ordusu regional sülhün və təhlükəsizliyin əsas qarantıdır”

“Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən ölkəmizin dövlət müstəqilliyinin bəyan olunmasından az müddət sonra- 1918-ci il iyunun 26-da milli hökumətin qəra...

Kəlbəcərdə yük avtomobili dərəyə aşdı, ölən var

Kəlbəcərdə yük avtomobili dərəyə aşıb, ölən var.   Sfera.az-ın məlumatına görə, Tovuz rayon sakini 1998-ci il təvəllüdlü Orxan Mustafayev Kəlbəcər ra...

Mehriban Əliyevadan Silahlı Qüvvələr Günü münasibətilə paylaşım

Birinci vitse-prezident Mehriban Əliyeva sosial şəbəkə hesablarında 26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə paylaşım edib.   Sfera.az xəbər veri...