Rəsmi Bakı Fransanın xarici işlər nazirinə cavab verdi


Rəsmi Bakı Fransanın xarici işlər nazirinə cavab verdi

2 aprel 2025-ci il tarixində Fransanın Avropa və xarici işlər naziri Jan Noel Barronun Milli Assambleyanın Xarici İşlər Komissiyasında çıxışı zamanı Azərbaycan-Ermənistan sülh prosesi və erməni əsilli şəxslərin məhkəmə işi ilə bağlı səsləndirdiyi iddiaları qətiyyətlə rədd edirik.

 

Sfera.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə bildirib.

 

Onun sözlərinə görə, Azərbaycan ərazilərinə qarşı iddiaların mövcud olduğu Ermənistan konstitusiyasının dəyişdirilməsi kimi son 2 ildən artıq müddətdə müzakirə edilən legitim tələbin sual altına alınması və bunun yeni şərt kimi təqdim edilməsi qəbuledilməzdir: "Əgər Fransa iddia etdiyi kimi həqiqətən də sülh sazişinin tezliklə imzalanmasını dəstəkləyirsə, o zaman Ermənistan tərəfindən müvafiq addımların atılmasını təşviq etməlidir".

 

Müharibə cinayətləri, etnik təmizləmə, hərbi təcavüz, işgəncə və digər ağır cinayətlərdə ittiham olunan və ya məhkum olunmuş erməni əsilli şəxslərin azadlığa buraxılması çağırışlarına gəldikdə, XİN rəsmisi vurğulayıb ki, bu cinayətləri araşdırmaq və mühakimə etmək Azərbaycanın haqqıdır: "BMT-nin İnsan Hüquqları Şurasının Əsassız Həbslər üzrə İşçi Qrupunun 13 mart 2025-ci il tarixində dərc olunmuş rəyi də bunu bir daha təsdiqləyib və məhkəmə prosesinə qarşı aparılan qarayaxma kampaniyasının əsassız olduğunu sübut edib.

 

Ümumiyyətlə, digər ölkələrdə məhkəmə prosesinə müdaxiləyə cəhd edən Fransa tərəfinin ilk növbədə Fransada siyasi təqibləri və müxtəlif aksiyalarda etirazçıların öldürülməsi, Fransanın neokolonial siyasəti nəticəsində dənizaşırı ərazilərdə yerli əhaliyə qarşı işgəncələri, Fransa parlamentində rüşvətxorluq və korrupsiya hallarının yayılması kimi faktları araşdırması daha uyğun olardı. Misal üçün, eyni iclasda bir deputatın Fransada məhkəmə sistemindən siyasi rəqiblərə qarşı təzyiq vasitəsi kimi istifadə edildiyi halda qanunun aliliyi ilə bağlı digər dövlətlərə müdaxilənin qəbuledilməzliyi ilə bağlı sualına cavabda Fransa nazirinin Fransa məhkəməsinin qərarını şərh edə bilməyəcəyi cavabı da Fransa tərəfinin ikili standartlarının bir göstəricisidir.

 

Fransadan sülhə xidmət etməyən və regionda sabitliyi pozan addımlarına son qoymağı tələb edirik".


OXŞAR XƏBƏRLƏR

Bütün sosial ödənişlər verildi

İyun ayının müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımları bu gün tam ödənilib.   Bu barədə Sfera.az-a  Dövlət Sosial Müdafiə Fondundan mə...

Kamaləddin Qafarov: “Azərbaycan ordusu regional sülhün və təhlükəsizliyin əsas qarantıdır”

“Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən ölkəmizin dövlət müstəqilliyinin bəyan olunmasından az müddət sonra- 1918-ci il iyunun 26-da milli hökumətin qəra...

Kəlbəcərdə yük avtomobili dərəyə aşdı, ölən var

Kəlbəcərdə yük avtomobili dərəyə aşıb, ölən var.   Sfera.az-ın məlumatına görə, Tovuz rayon sakini 1998-ci il təvəllüdlü Orxan Mustafayev Kəlbəcər ra...

Mehriban Əliyevadan Silahlı Qüvvələr Günü münasibətilə paylaşım

Birinci vitse-prezident Mehriban Əliyeva sosial şəbəkə hesablarında 26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə paylaşım edib.   Sfera.az xəbər veri...

Polkovnik Etibar Məhərrəmov yüksək vəzifəyə təyin olundu

Əlahiddə Ümumqoşun Ordusu Komandanının birinci müavini - Qərargah rəisi vəzifəsinə yeni təyinat olub.   Sfera.az-ın məlumata görə, müvafiq əmrə əsasə...

52 il bağırsaqlarından çıxarılan qəribə əşyadan xəbərsiz yaşayıb - FOTO

Çinin şərqindəki Anhui əyalətinin Yanq adlı 64 yaşlı sakini cəmi 12 yaşında olarkən bədənində yad cisim əmələ gəlib. O, bundan xəbərsiz 52 il yaşayıb.  ...