Bu ərazilər Azərbaycana təhvil veriləcək - Aprelin 15-dən sonra...

Bu ərazilər Azərbaycana təhvil veriləcək - Aprelin 15-dən sonra...

Azərbaycan-Ermənistan sərhədinin Qazax-Tavuş istiqamətində demarkasiya işlərinə hazırlıq aparılır. Ermənistan tərəfi Əskipara-Bağanis yolu boyunca tikanlı məftillər çəkir. Bu o deməkdir ki, Ermənistan qoşunları hazırki mövqelərindən ən azı 500-600 metr geri çəkiləcək.

 

Sfera.az xəbər verir ki, bu barədə Açarkurt icma şurasının keçmiş üzvü Karen Qazaryan deyib.

 

O qeyd edib ki, aprelin 15-dən sonra demarkasiya işlərinə start veriləcək və erməni qoşunları mövqlərindən çıxarılacaq.


"Bu haqda hələ yanvar ayında məlumat almışdım. Hazırda qoşunlar eyni yerdə dayanıb, sadəcə müəyyən hazırlıq işləri aparılır. Son günlər Voskepar - Bağanis yolunda tikanlı məftillər çəkilir.

 

Anklav olan Yuxarı Əskiparanın təhvil veriləcəyini bilirik, lakin hazırda İcevan, Bərxudarlı, Sofulu yolunda müəyyən işlər görülür. Bu işlər başa çatdırılacaq və minaların təmizlənməsinə strat veriləcək. Əldə etdiyim məlumata görə, aprelin 15-dən sonra qoşunların çıxarılması həyata keçiriləcək", - deyə o yekunlaşdırıb.


Qeyd edək ki, Azərbaycan Ermənistanla sərhədin delimitasiyasının şimal istiqamətində (Qazax-Tavuş) davam etdirilməsi ilə bağlı razılığa gəlib. /Publika.az 


OXŞAR XƏBƏRLƏR

Füzulidə həkimin məktəbli oğlu kanalda batdı - FOTO

Füzuli rayonunda məktəbli kanalda batıb.   Sfera.az xəbər verir ki, hadisə rayonun Kərimbəyli kəndi ərazisindən keçən beton kanalda baş verib. &nb...

İran ABŞ-ni BMT-yə şikayət edəcək

Rəsmi Tehran İranın obyektlərinə ziyan vurduğuna görə Birləşmiş Ştatlara qarşı BMT-yə şikayət verməyə hazırlaşır. Sfera.az "Mehr"ə istinadən xə...

Bakıda hərbi orkestrlərin müşayiəti ilə yürüşlər başladı

Bu gün Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının 107 ili tamam olur.   Sfera.az xəbər verir ki, bu münasibətlə Bakının müxtəlif mərkəzi küçə və pr...

Bütün sosial ödənişlər verildi

İyun ayının müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımları bu gün tam ödənilib.   Bu barədə Sfera.az-a  Dövlət Sosial Müdafiə Fondundan mə...

Kamaləddin Qafarov: “Azərbaycan ordusu regional sülhün və təhlükəsizliyin əsas qarantıdır”

“Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən ölkəmizin dövlət müstəqilliyinin bəyan olunmasından az müddət sonra- 1918-ci il iyunun 26-da milli hökumətin qəra...

Kəlbəcərdə yük avtomobili dərəyə aşdı, ölən var

Kəlbəcərdə yük avtomobili dərəyə aşıb, ölən var.   Sfera.az-ın məlumatına görə, Tovuz rayon sakini 1998-ci il təvəllüdlü Orxan Mustafayev Kəlbəcər ra...