Bakı heç kimin gözləmədiyini edərsə... - Ərazilərin azad olunması üçün DÖRD AMİL

Bakı heç kimin gözləmədiyini edərsə... - Ərazilərin azad olunması üçün DÖRD AMİL
Bir neçə gün öncə "Washington Times” nəşri ABŞ prezidenti Donald Trampın Dağlıq Qarabağ münaqişəsini həll edərək, Nobel mükafatı almaq imkanının olduğunu yazdı. Nəşrin bu məqaləsindən sonra Trampın Qarabağ münaqişəsi ilə bağlı hansı siyasi xətti izləyəcəyi haqqında suallar yaranıb.

Publika.az xəbər verir ki, rusiyalı politoloq Pavel Klaçkov Trampın Qarabağla bağlı siyasətini proqnozlaşdırarkən, bir neçə amilə diqqət çəkib.

"Birinci amil: əminəm ki, Trampın xarici siyasəti sərt praqmatizm üzərində qurulacaq. Barak Obama idealist və xəyalpərəst idi, Tramp isə praqmatikdir.

İkinci amil: Dağlıq Qarabağla bağlı danışıqlarda ABŞ Rusiya ilə əlaqələndirilmiş addımlar atacaq. Heç şübhəsiz ki, Vaşinqton Moskva ilə dialoq apararaq, bu məsələni həll edəcək. Çünki ABŞ və Çin arasında qarşıdurma artır, bu baxımdan, indi Moskvanın neytral mövqe tutması Vaşinqton üçün əhəmiyyətlidir.

Üçüncü amil: Trampın iş üslubu da Qarabağ münaqişəsindəki vəziyyətə təsir edə bilər. Tramp improvizasiya etməyi sevir. Mümkündür ki, o, başqa regiondakı problemlərin həllinin yolunu tapa bilsin. İlk növbədə Tramp münaqişə ətrafında gərginliyin azalmasına çalışacaq. Bu, münaqişənin nizama salınması üçün yaxşı perspektiv vəd edir. Dağlıq Qarabağın timsalında Tramp Vaşinqtonun belə münaqişələri həll etmək potensialını nümayiş etdirə bilər. Lakin onu da qeyd etməliyik ki, Dağlıq Qarabağ münaqişəsi Tramp üçün birinci prioritet olmayacaq. Bu baxımdan, onun münaqişənin həllini tamamilə öz üzərinə götürəcəyini demək çətindir. Onun əsas prioriteti Yaxın Şərq, İsrail-Fələstin münaqişəsi, Meksika, Avropa İttifaqı və İranla bağlı məsələlər olacaq.

Dördüncü amil: Ötən ilin dekabrında İsrailin baş naziri Benyamin Netanyahu Azərbaycana səfər etdi. Bu gün İsrail-Azərbaycan əlaqələri, o cümlədən Netanyahu-İlham Əliyev münasibətləri çox gözəldir. Mən bura diqqət çəkmək istəyirəm. Netanyahu dünyada kifayət qədər nüfuzlu şəxsdir. Artıq qeyd etdiyimiz kimi, Tramp üçün Yaxın Şərq əhəmiyyətli məsələdir. Burada ABŞ-İsrail-Azərbaycan üçbucağı meydana çıxa bilər. Çünki Tramp Yaxın Şərqə baxanda burada İsrail və Azərbaycana bel bağlaya bilər. İsrail də Azərbaycanın maraqlarının lobbiçiliyini edə bilər. Azərbaycan Prezidenti İlham Əliyev çox gözəl diplomatdır və güman ki, o, bu kartı oynayacaq”, - deyə politoloq bildirib.

Politoloq qeyd edib ki, bu amillər Trampın Dağlıq Qarabağla bağlı siyasətində əsas ola və münaqişənin həllinə təsir edə bilər.

Onun fikrincə, rəsmi Bakı sonuncu amildən – ABŞ-İsrail-Azərbaycan üçbucağı – yararlanaraq, vəziyyəti tamamilə dəyişə bilər.


OXŞAR XƏBƏRLƏR

İran şirkətləri Azərbaycanda infrastruktur layihələrində iştiraka dəvət edildi

Dövlət xətti ilə Azərbaycanda bir çox infrastruktur layihələri həyata keçirilir. Biz İran şirkətlərini bu layihələrdə iştiraka dəvət edirik.   Sfera....

Şuşanın işğalı əməliyyatında iştirak etdiyini təsdiqləyib

Aprelin 28-də Bakı Hərbi Məhkəməsində davam etdirilən məhkəmə prosesində təqsirləndirilən şəxs Bako Sahakyan Ermənistan silahlı qüvvələrinin Şuşa rayonunu işğal...

84 yaşlı həkim itkin düşdü

Qusar rayonunda 84 yaşlı kişi itkin düşüb.   Sfera.az xəbər ki, 1941-ci il təvəllüdlü Arif Uluxan oğlu Uluxanov aprelin 26-da saat 14 radələrind...

Pezeşkian Bakının ən hündür nöqtəsində- FOTOLAR

Xəbər verdiyimiz kimi, Azərbaycanda rəsmi səfərdə olan İran Prezidenti Məsud Pezeşkian aprelin 28-də Şəhidlər xiyabanını ziyarət edib.   Sfera.az-ın&...

Bacılar Xatirəyə cavab verdilər: "Vulqar şəkildə geyinmirik..."

Sevil və Sevinc Səfərova bacıları Xatirə İslamın “Oğluma onları almazdım, qısa geyinirlər” sözlərini cavabsız qoymayıblar.   Əkiz müğənni...

Kanadada festival zamanı maşın izdihamın üzərinə çırpıldı - Ölənlər var

Kanadada aprelin 26-da axşam Vankuverdəki “Lapu Lapu Day Block Party”də faciəli hadisə baş verib. İlkin məlumatlara görə, avtomobilin bayram şənliyi...