Nazir Moldova səfiri ilə görüşdü- FOTOLAR


Nazir Moldova səfiri ilə görüşdü- FOTOLAR

Kənd təsərrüfatı naziri Məcnun Məmmədov Moldovanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Aleksandr Esaulenko ilə görüşüb.

 

Sfera.az xəbər verir ki, qonaqları salamlayan naziri Azərbaycanda aqrar sektora dövlət dəstəyi barədə görüş iştirakçılarına ətraflı məlumat verib.

 

Bildirilib ki, iki ölkə arasında bütün sahələrdə əməkdaşlıq dinamik inkişaf edir. Tərəflər aqrar sahədə əməkdaşlığın genişləndirilməsində maraqlı olduqlarını vurğulayıblar.

 

Görüşdə iki ölkə arasında aqrar sahədə əməkdaşlıq və hüquq-müqavilə bazasının gücləndirilməsi, kənd təsərrüfatı və qida məhsullarının ticarət dövriyyəsinin artırılması, kənd təsərrüfatı sahəsində ən müasir texnologiyaların transferi, aqrar sektorda elmi-tədqiqat və təhsil sahələrində təcrübə proqramlarının həyata keçirilməsi, Azərbaycan-Moldova iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın fəaliyyəti, komissiyanın bu ilin aprelin 11-də Bakıda keçiriləcək altıncı iclası ilə və biznes forumun təşkili ilə bağlı məsələlər müzakirə olunub. Eyni zamanda, tərəflər iki ölkənin kənd təsərrüfatı, enerji, nəqliyyat, təhsil, turizm və digər sahələrdə əməkdaşlıq imkanları, bu sahələrdə imzalanmış və razılaşmada olan müqavilələr, gələcək əməkdaşlıq istiqamətləri ətrafında fikir mübadiləsi aparıblar.

 

Azərbaycan və Moldova arasında indiyədək müxtəlif istiqamətlərdə, o cümlədən iqtisadi sahədə bir çox sənədlərin imzalandığı qeyd olunub. Bildirilib ki, ticarət və investisiya əməkdaşlığının daha da genişləndirilməsi üçün böyük imkanlar var. Bu baxımdan, iş adamlarının iştirakı ilə müntəzəm olaraq biznes forumların və sərgilərin keçirilməsinin xüsusi əhəmiyyət kəsb etdiyi diqqətə çatdırılıb. Ölkəmizdə etibarlı və əlverişli biznes mühiti və böyük tranzit potensialının olduğunu xatırladan nazir Məcnun Məmmədov qeyd edib ki, moldovalı sahibkarlar Azərbaycanın investisiya imkanlarını dəyərləndirə və ölkəmizin nəqliyyat-tranzit potensialından daha geniş istifadə edə bilərlər.

 

Görüş zamanı qarşılıqlı maraq doğuran məsələlər barədə geniş fikir mübadiləsi aparılıb.

 




OXŞAR XƏBƏRLƏR

Mehriban Əliyevadan Silahlı Qüvvələr Günü münasibətilə paylaşım

Birinci vitse-prezident Mehriban Əliyeva sosial şəbəkə hesablarında 26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə paylaşım edib.   Sfera.az xəbər veri...

Polkovnik Etibar Məhərrəmov yüksək vəzifəyə təyin olundu

Əlahiddə Ümumqoşun Ordusu Komandanının birinci müavini - Qərargah rəisi vəzifəsinə yeni təyinat olub.   Sfera.az-ın məlumata görə, müvafiq əmrə əsasə...

52 il bağırsaqlarından çıxarılan qəribə əşyadan xəbərsiz yaşayıb - FOTO

Çinin şərqindəki Anhui əyalətinin Yanq adlı 64 yaşlı sakini cəmi 12 yaşında olarkən bədənində yad cisim əmələ gəlib. O, bundan xəbərsiz 52 il yaşayıb.  ...

Aktiv vulkan kraterinə düşən qadının 3 gün sonra sağ olduğu məlum olub - FOTO

26 yaşlı braziliyalı rəqqasə Culiana Marins İndoneziyada təxminən 300 metr hündürlükdən yıxılaraq aktiv vulkanın kraterində ilişib qalıb. Xilasedicilər üçüncü g...

Evindən ona 76 min dollar qazandıran kitab tapdı - FOTO

Bir britaniyalı evdə nadir kitab tapıb.    Belə ki, İngiltərənin cənubunda yaşayan sakin gözlənilmədən onilliklər ərzində rəfdə toz yığan uşaq k...

Çində yarasalardan insanlara ötürülə bilən iki yeni virus aşkarlandı

Alimlər Çində yarasalardan insanlara keçə bilən yeni infeksiyalar aşkar ediblər. Onlar ağır beyin iltihabına və tənəffüs xəstəliklərinə səbəb ola bilər. &nbs...