Husilər ABŞ-nin iki PUA-sını vurub - Qırmızı dənizdə gərginlik artır

Husilər ABŞ-nin iki PUA-sını vurub - Qırmızı dənizdə gərginlik artır

Yəməndəki Husi qüvvələri Qırmızı dənizdə ABŞ-yə aid "Truman" təyyarə gəmisi ilə vuruşduqlarını açıqlayıb. Husilərin Hərbi sözcüsü Yahya Seri, toqquşmalarda çox sayda qanadlı raket və PUA istifadə edildiyini və əməliyyatların məqsədinə çatdığını bildirib.


Sfera.az "Hürriyet"ə istinadən xəbər verir ki, ABŞ Yəməndə son bir neçə saat ərzində Sana, Sada və digər bölgələrə ən az 36 hava hücumu həyata keçirib. Bu hücumlar nəticəsində çox sayda insan ölüb və yaralanıb. 


ABŞ-nin hücumlarına cavab olaraq Husilər, Qırmızı dənizin şimalında ABŞ-nin təyyarə daşıyan gəmisinı hücum ediblər.


Bundan əlavə, Husilər Yəmənin qərbindəki Hudeydə şəhəri üzərində ABŞ-yə aid "MQ-9" model PUA-nı yerli istehsal olan raketlə vurduqlarını açıqlayıb. Bu, son 72 saatda vurulan ikinci "MQ-9" PUA-sıdır.


Qeyd edək ki, ABŞ Prezidenti Donald Trump martda verdiyi açıqlamada, Yəməndəki Husilərə qarşı böyük bir hücum başlatmağı əmr etdiyini söyləmişdi. Buna cavab olaraq Husilərin lideri Abdulmelik el-Husi ABŞ-yə aid təyyarə və müharibə gəmilərinin hədəfi olacağını vurğulamışdı.


Bəsti Rəfizadə


OXŞAR XƏBƏRLƏR

Ballıca və Sarıcalıya böyük köç - 237 nəfər doğma yurduna qayıtdı

Prezident İlham Əliyevin tapşırığına əsasən, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış prosesi planlı şəkildə davam etdirilir.   Sfera.az xəbər v...

Kirayə yolu ilə mənzil almaq, yoxsa ipoteka: Hansı daha sərfəlidir?

Ev almaq arzusunda olub, lakin qiymətlərin yüksək olması səbəbindən planlarını bir müddət təxirə salan şəxslər üçün bir neçə seçim mövcuddur. Bunlara ipoteka və...

İcazəsiz Həccə gedənlər cəzalanacaq - 26 min, 10 il giriş qadağası...

Səudiyyə Ərəbistanı builki Həcc mövsümündə qaydalara əməl etməyənlərə qarşı ağır cərimələrin tətbiq ediləcəyini açıqlayıb.   Sfera.az xəbər verir ki,...

DünyaHindistanla müharibə 3 günə başlaya bilər - Pakistanın müdafiə naziri

Hindistanla 2-3 gün ərzində müharibə başlaya bilər.   Sfera.az xəbər verir ki, bunu Pakistanın müdafiə və aviasiya naziri Xavaca Məhəmməd Asif deyib....

SÜRÜCÜLƏRİN NƏZƏRİNƏ: 800 manatadək cərimələnə bilərsiniz

Son zamanlar sosial şəbəkələrdə qadağan olunan sayrışan işıq və xüsusi səs siqnalı kimi avtoaksesuarların satışı geniş yayılıb.   Hətta sayrışan işıq...

Ərdoğan zəlzələdən danışdı

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda binaların seysmik dayanıqlığının gücləndirilməsi və şəhərin mümkün güclü zəlzələlərə hazırlığı çərçivəsində a...