Həddən artıq xoşbəxtlik də ziyan imiş...

Həddən artıq xoşbəxtlik də ziyan imiş...

Dopamin insanın motivasiya, əhval-ruhiyyə və davranışlarını tənzimləyən əsas neyromodulyatorlardan biridir. 


Sfera.az “NTV”yə istinadən xəbər verir ki, amerikalı nevroloq Şaheen Lakhan, dopamin səviyyəsini artırmağın sadə yollarını açıqlayıb. O qeyd edib ki, gözəl yemək yemək, sosiallaşmaq və ya fiziki yaxınlıq kimi fəaliyyətlər beyində dopaminin ifrazını artırır. Lakin dopaminin tarazlanması vacibdir, çünki həddindən artıq yüksək və ya aşağı səviyyələr insanın psixi sağlamlığına mənfi təsir göstərə bilər.

 

Dopaminin beyində normadan artıq olması şizofreniya və bipolyar pozuntu kimi psixi xəstəliklərin simptomlarını gücləndirə bilər. Əksinə, dopamin çatışmazlığı depressiya, diqqət çatışmazlığı, xroniki yorğunluq, ağrı, asılılıq və Parkinson xəstəliyi kimi ciddi problemlərə yol aça bilər.

 

Dopamin çatışmazlığının əlamətləri:

 

    •    Əzələ ağrıları
    •    Əl titrəməsi
    •    Həddindən artıq yuxululuq
    •    Cinsi istəyin azalması
    •    Yorğunluq və tükənmişlik
    •    Motivasiya azlığı
    •    Diqqət dağınıqlığı
    •    Marağın itməsi
    •    Qəbizlik
    •    Əvvəllər zövq alınan fəaliyyətlərdən uzaqlaşma

 

Dopamin səviyyəsini aşağı salan əsas amillər bunlardır:
  

   •    Parkinson xəstəliyi, depressiya və maddə asılılığı
   •    Yüksək şəkərli və qidalanma dəyəri aşağı olan qidalarla qidalanma (xüsusilə tirozin çatışmazlığı)
   •    Alkoqol və narkotik istifadəsi
   •    Antidepressant və antipsixotik dərmanların təsiri

 

“Verywell Mind” platformasında yayımlanan məlumatlara görə, dopamin səviyyəsini artırmağın 8 effektiv üsulu var:
 

 

   •    Sevdiyiniz musiqiləri dinləmək
    •    Badam, yumurta, balıq və toyuq kimi tirozinlə zəngin qidalar yemək
    •    Mütəmadi idmanla məşğul olmaq
    •    Sosial münasibətləri gücləndirmək
    •    Meditasiya etmək
    •    Şəkərdən uzaq durmaq
    •    Stressdən çəkinmək
    •    Gündə orta hesabla 7 saat yuxu yatmaq

 

Dopaminin beyində necə işlədiyi hələ də alimlər tərəfindən araşdırılır. Lakin onun emosional vəziyyət və motivasiya üzərindəki təsiri danılmazdır. Sağlam həyat tərzi və düzgün qidalanma ilə dopamin balansını qorumaq mümkündür.

 

Fidan Hacızadə 
 


OXŞAR XƏBƏRLƏR

İsrail Qəzzaya humanitar yardımı yenidən dayandırıb

İsrail Qəzzaya yardım çatdırılmasını dayandırıb.   Sfera.az bu barədə "The Times of Israel”a istinadən xəbər verir.   Baş Nazirlikd...

“07” ilə toqquşan motosikletçi öldü

Bu gün saat 14 radələrində Göyçay şəhərində ağır yol qəzası baş verib.   Sfera.az xəbər verir ki, şəhər ərazisində “VAZ-2107” markalı avt...

Azərbaycan Respublikası Silahlı Qüvvələr Günü”nə həsr olunmuş tədbir keçirildi - FOTO

Abşeron rayonunun Pirəkəşkül qəsəbəsində yerləşən N saylı hərbi hissədə baş tutan tədbirdə RİH başçısı Abdin Fərzəliyev, hərbi hissənin rəhbər heyəti, şəhid ail...

Mirkamil ikinci əməliyyatından sonra...- VİDEO

Uzun müddətdir səhhətində problem olduğu üçün sənətdən uzaqlaşan Mirkamil Kamilovun yeni görüntüsü yayılıb.   Sfera.az Axşam.az-a istinadən xəbər ver...

"Çinli diplomat Tehranı yanlış addımdan çəkindirməyə çalışıb" - Politoloq

İyulun 6-7-də Braziliyanın Rio-de-Janeyro şəhərində keçiriləcək BRİCS-in zirvə toplantısında Rusiya və Çin liderlərinin iştirak etməyəcəklərinə dair xəbərlər ya...

Xamanei İran xalqını təbrik etdi

İranın ali dini lideri Ayətulla Seyid Əli Xamanei xeyli vaxt sonra paylaşım edib.   Sfera.az xəbər verir ki, o, “X” hesabında İran xalqın...