Dinozavr izləri tapıldı - 167 milyon il əvvəl yaşayıb - FOTO

Dinozavr izləri tapıldı - 167 milyon il əvvəl yaşayıb - FOTO

Şotlandiyanın Skay adasında aparılan araşdırmalar nəticəsində yeni dinozavr ayaq izləri aşkar edilib. Tapıntılar 167 milyon il əvvəl ət yeyən və ot yeyən dinozavrların birlikdə yaşadığını sübut edib.


Sfera.az xəbər verir ki, Edinburq Universitetindən olan tədqiqatçılar, Skay adasındakı Prens Çarlz Nöqtəsində yerləşən 131 dinozavr ayaq izini təhlil ediblər.

 

Araşdırmada, T-Rexin əcdadlarından olan ət yeyən meqalozavrların nadir izləri ilə nəhəng ot yeyən sauropodların dairəvi izlərinə rast gəlinib. Alimlər bildiriblər ki, bu kəşf Orta Jura dövründə dinozavrların əsasən su mənbələri ətrafında toplandığını və lagünləri yaşayış yeri kimi seçdiklərini göstərir.


Tədqiqatçılar ayaq izlərinin düzülüşünü və dinozavrların hərəkət tərzini təhlil edərək bu canlıların su kənarlarında toplandığını müəyyən ediblər.


Tədqiqat rəhbəri Ton Blaksli bildirib ki, ayaq izləri bizə ət yeyən teropodlarla uzun boyunlu ot yeyən sauropodların necə davrandığını və hansı mühitlərdə yaşadıqlarını daha yaxşı başa düşməyə kömək edir.


Beş il əvvəl bölgədə tapılan ilk üç ayaq izindən sonra aparılan araşdırmalar Skay adasının Şotlandiyanın ən geniş dinozavr ayaq izi sahələrindən biri olduğunu ortaya çıxarıb.


Alimlər ərazini daha dəqiq öyrənmək üçün minlərlə hava fotosu çəkərək fotogrammetriya üsulu ilə 3D modellər hazırlayıblar. Mütəxəssislər bu bölgədə aparılan araşdırmaların Jura dövrünün ekosistemi haqqında daha çox məlumat verəcəyini düşünürlər.


Bəsti Rəfizadə


OXŞAR XƏBƏRLƏR

İsrail Qəzzaya humanitar yardımı yenidən dayandırıb

İsrail Qəzzaya yardım çatdırılmasını dayandırıb.   Sfera.az bu barədə "The Times of Israel”a istinadən xəbər verir.   Baş Nazirlikd...

“07” ilə toqquşan motosikletçi öldü

Bu gün saat 14 radələrində Göyçay şəhərində ağır yol qəzası baş verib.   Sfera.az xəbər verir ki, şəhər ərazisində “VAZ-2107” markalı avt...

Azərbaycan Respublikası Silahlı Qüvvələr Günü”nə həsr olunmuş tədbir keçirildi - FOTO

Abşeron rayonunun Pirəkəşkül qəsəbəsində yerləşən N saylı hərbi hissədə baş tutan tədbirdə RİH başçısı Abdin Fərzəliyev, hərbi hissənin rəhbər heyəti, şəhid ail...

Mirkamil ikinci əməliyyatından sonra...- VİDEO

Uzun müddətdir səhhətində problem olduğu üçün sənətdən uzaqlaşan Mirkamil Kamilovun yeni görüntüsü yayılıb.   Sfera.az Axşam.az-a istinadən xəbər ver...

"Çinli diplomat Tehranı yanlış addımdan çəkindirməyə çalışıb" - Politoloq

İyulun 6-7-də Braziliyanın Rio-de-Janeyro şəhərində keçiriləcək BRİCS-in zirvə toplantısında Rusiya və Çin liderlərinin iştirak etməyəcəklərinə dair xəbərlər ya...

Xamanei İran xalqını təbrik etdi

İranın ali dini lideri Ayətulla Seyid Əli Xamanei xeyli vaxt sonra paylaşım edib.   Sfera.az xəbər verir ki, o, “X” hesabında İran xalqın...