Tramp indi də bu qurumda ixtisarlara başlayıb - 10 min nəfər işdən çıxarılır

Tramp indi də bu qurumda ixtisarlara başlayıb - 10 min nəfər işdən çıxarılır

ABŞ Prezidenti Donald Trampın rəhbərliyi altında Səhiyyə Nazirliyinə bağlı qurumlarda işdən çıxarılmalar başlayıb. Rəsmi məlumatlara görə, təxminən 10 min işçiyə işdən azad edilmələri ilə bağlı bildirişlər göndərilib.


Sfera.az "Sözcü"yə istinadən xəbər verir ki, "Washington Post" qəzetinin əldə etdiyi e-poçtlara əsasən, 48 milyard dollarlıq büdcəyə malik olan Milli Səhiyyə İnstitutunda (NIH) ən azı 5 yüksək vəzifəli rəhbər inzibati məzuniyyətə göndərilib. Bildirilib ki, onlara Alyaska, Montana və Oklahoma kimi ştatlarda yeni vəzifələr təklif olunub.


Eyni zamanda, aşağı departamentlərdə çalışan 10 minə yaxın işçinin işdən çıxarılması prosesi də başlanıb. ABŞ mediasında yayılan xəbərlərə görə, bu səhiyyə qurumlarında çalışan bir çox işçinin bina giriş kartları ləğv edilib və onlardan iş yerinə məxsus sənədləri, telefonları və digər əşyaları təhvil vermələri tələb olunub.
Səhiyyə Nazirliyinin rəsmi açıqlamasına görə, federal səhiyyə qurumlarında çalışanların sayı 82 mindən 62 minə endiriləcək. Nazirlikdən bildirilib ki, 20 min işçinin yarısı daha əvvəl təklif edilən erkən təqaüd variantını qəbul edərək işdən ayrılıb, qalan 10 min nəfərin isə işinə xitam veriləcək.


Açıqlamada bu ixtisarlardan sonra illik 1,8 milyard dollarlıq qənaət əldə ediləcəyi vurğulanıb.


Digər tərəfdən, 23 ştatın baş prokuroru Tramp administrasiyasının federal səhiyyə qurumlarına ayırdığı 11 milyard dollarlıq maliyyəni kəsməsi qərarını məhkəməyə verib.


Nyu-York və Nyu-Cersi də daxil olmaqla bir neçə ştatın baş prokurorları Rod-Aylend Federal Məhkəməsinə müraciət edərək, bu qəfil və genişmiqyaslı ixtisarların federal qanunları pozduğunu, ictimai sağlamlığa ciddi təhlükə yaratdığını və ölkə üzrə cəmiyyətlər üçün dağıdıcı nəticələrə səbəb ola biləcəyini bildiriblər.
Məlumata görə, ABŞ Prezidenti Donald Tramp, milyarder İlon Maskın rəhbərlik etdiyi Hökumət Səmərəliliyi Departamentinin planı çərçivəsində ölkədəki federal qurumlarda işçi sayını və maliyyələşməni azaltmağa çalışır.


Bəsti Rəfizadə


OXŞAR XƏBƏRLƏR

İsrail Qəzzaya humanitar yardımı yenidən dayandırıb

İsrail Qəzzaya yardım çatdırılmasını dayandırıb.   Sfera.az bu barədə "The Times of Israel”a istinadən xəbər verir.   Baş Nazirlikd...

“07” ilə toqquşan motosikletçi öldü

Bu gün saat 14 radələrində Göyçay şəhərində ağır yol qəzası baş verib.   Sfera.az xəbər verir ki, şəhər ərazisində “VAZ-2107” markalı avt...

Azərbaycan Respublikası Silahlı Qüvvələr Günü”nə həsr olunmuş tədbir keçirildi - FOTO

Abşeron rayonunun Pirəkəşkül qəsəbəsində yerləşən N saylı hərbi hissədə baş tutan tədbirdə RİH başçısı Abdin Fərzəliyev, hərbi hissənin rəhbər heyəti, şəhid ail...

Mirkamil ikinci əməliyyatından sonra...- VİDEO

Uzun müddətdir səhhətində problem olduğu üçün sənətdən uzaqlaşan Mirkamil Kamilovun yeni görüntüsü yayılıb.   Sfera.az Axşam.az-a istinadən xəbər ver...

"Çinli diplomat Tehranı yanlış addımdan çəkindirməyə çalışıb" - Politoloq

İyulun 6-7-də Braziliyanın Rio-de-Janeyro şəhərində keçiriləcək BRİCS-in zirvə toplantısında Rusiya və Çin liderlərinin iştirak etməyəcəklərinə dair xəbərlər ya...

Xamanei İran xalqını təbrik etdi

İranın ali dini lideri Ayətulla Seyid Əli Xamanei xeyli vaxt sonra paylaşım edib.   Sfera.az xəbər verir ki, o, “X” hesabında İran xalqın...