Trampın yeni tarifi: Bahalaşma ya ucuzlaşma gözlənilir?

Trampın yeni tarifi: Bahalaşma ya ucuzlaşma gözlənilir?

ABŞ ölkəyə idxal olunan müxtəlif mallara qarşı yeni tarif siyasəti həyata keçirəcək. Tramp administrasiyasının aprelin 2-də tətbiq etdiyi yeni tariflərin bütün ölkələrə təsir edəcəyi bildirilib.

 

Bu siyasət qlobal səviyyədə qiymətlərə necə təsir edəcək? Bahalaşma və ya ucuzlaşma olacaq?

 

Bu barədə Sfera.az-a açıqlama verən politoloq Yalçın Hacızadə bildirib ki, Trampın prezident seçki zamanı şüarı “Amerikanı yenidən ən güclü edəcəyi” idi. Buna görə də ABŞ prezidenti iqtisadiyyatla bağlı bir neçə plan həyata keçirəcəyini bildirirdi:

 

“Onlardan əsası qanunsuz miqrantları ölkədən qovacağı və bəzi ölkələrdən Amerikaya daxil olan malların gömrük rüsumlarını artıracağı ilə bağlı idi. Tramp birinci prezidentliyi müddətində də idxal olunan müəyyən mallara əlavə gömrük rüsumları tədbiq etmişdi. Amma bu dəfə daha çox, o cümlədən uzun müddətdir ABŞ ilə strateji müttəfiq olan ölkələr də var. Trampın bu siyasəti dünyada iqtisadi mübarizəni daha da artırır. Çünki beynəlxalq münasibətlər həm də yeni bazarların və ona gedən yolların əldə edilməsi üzərində qurulub. Tramp hakimiyyəti Amerikanın ən böyük ticarət tərəfdaşı olan Meksika, Kanada və Çinə qarşı daha yüksək rüsumlar tətbiq edəcəyini bildirir. O bunu tətbiq etməklə hər ölkəyə qarşı ayrı-ayrı məqsəd güdür”. 

 


Politoloq ABŞ-nin əlavə gömrük rüsumları tətbiqinin daxili bazarda qiymət artımına səbəb olaraq istehsalı azaldacağını vurğulayaraq eyni zamanda digər ölkələrin  yeni bazarlar tapmağa yönələcəyini və qlobal ticarət əlaqələrinin dəyişəcəyini qeyd edib:


Y.Hacızadənin sözlərinə görə, Tramp qanunsuz miqrantların qarşısını almaq səbəbilə Meksikaya təsir etmək üçün əlavə gömrük rüsumları tədbiq edirsə, Kanadanı özünün dediyi kimi 51-ci ştat olaraq gördüyü və Kanadanı buna razı salmaq üçün edir:

 

“Çinin də sürətlə artan iqtisadiyyatı Amerikanı daha çox narahat edir və müxtəlif variantlarla bunun qarşısını almağa çalışır. Bütün bunların fonunda isə Amerikadan kənarda istehsalla məşğul olan ABŞ şirkətlərinin ölkəyə qayıtmasını təmin etmək istəyir. Çünki amerikan mənşəlli bir çox şirkət ucuz işçi kütləsi, ucuz xərclər səbəbi ilə ABŞ-dən kənarda, əsasən də Meksika və Çində istehsal fəaliyyəti ilə məşğul olaraq dünyaya, o cümlədən də Amerikaya mal satırlar. Əlavə gömrük rüsumlarının tətbiq edilməsi ABŞ bazarında həmin malların qiymətini yüksəldəcək. Bu da ABŞ-də satışı zəiflədəcək. Lakin əlavə gömrük rüsumu tədbiq edilən ölkələr daha münasib şərtlərlə yeni bazarlar axtarmağa məcbur qalacaqlarına görə həmin malların dünya bazarında qiymətlərinin aşağı düşmə ehtimalı var”.

 

Fidan Hacızadə 


OXŞAR XƏBƏRLƏR

İsrail Qəzzaya humanitar yardımı yenidən dayandırıb

İsrail Qəzzaya yardım çatdırılmasını dayandırıb.   Sfera.az bu barədə "The Times of Israel”a istinadən xəbər verir.   Baş Nazirlikd...

“07” ilə toqquşan motosikletçi öldü

Bu gün saat 14 radələrində Göyçay şəhərində ağır yol qəzası baş verib.   Sfera.az xəbər verir ki, şəhər ərazisində “VAZ-2107” markalı avt...

Azərbaycan Respublikası Silahlı Qüvvələr Günü”nə həsr olunmuş tədbir keçirildi - FOTO

Abşeron rayonunun Pirəkəşkül qəsəbəsində yerləşən N saylı hərbi hissədə baş tutan tədbirdə RİH başçısı Abdin Fərzəliyev, hərbi hissənin rəhbər heyəti, şəhid ail...

Mirkamil ikinci əməliyyatından sonra...- VİDEO

Uzun müddətdir səhhətində problem olduğu üçün sənətdən uzaqlaşan Mirkamil Kamilovun yeni görüntüsü yayılıb.   Sfera.az Axşam.az-a istinadən xəbər ver...

"Çinli diplomat Tehranı yanlış addımdan çəkindirməyə çalışıb" - Politoloq

İyulun 6-7-də Braziliyanın Rio-de-Janeyro şəhərində keçiriləcək BRİCS-in zirvə toplantısında Rusiya və Çin liderlərinin iştirak etməyəcəklərinə dair xəbərlər ya...

Xamanei İran xalqını təbrik etdi

İranın ali dini lideri Ayətulla Seyid Əli Xamanei xeyli vaxt sonra paylaşım edib.   Sfera.az xəbər verir ki, o, “X” hesabında İran xalqın...