Çin “süni Günəş” yaratdı: İstilik dəyəri rekordu keçdi

Çin “süni Günəş” yaratdı: İstilik dəyəri rekordu keçdi

Çinli alimlər “süni Günəş” adlandırılan nüvə sintez reaktorunu uğurla sınaqdan keçiriblər. “Huanliu-3” (HL-3) adlı reaktorun ion istilik dəyərinin 117 milyon dərəcəyə, elektron istilik dəyərinin isə 160 milyon dərəcəyə çatdığı bildirilib.

 

Sfera.az "CNN Türk"ə istinadən xəbər verir ki, Çin dövlət televiziyası CCTV-nin məlumatına görə, reaktor Sıçuan əyalətinin Çendu şəhərində yerləşir və Günəşdəki nüvə sintez reaksiyasına bənzər prosesləri təqlid edə bilir.


Reaktorun baş konstruktoru Conq Vulu HL-3-ün Çin üçün mühüm bir elmi nailiyyət olduğunu vurğulayıb:


“Bu təcrübədə böyük bir irəliləyiş əldə edərək ikiqat 100 milyon dərəcə hədəfinə çatdıq. Bu, Çinin nüvə sintez tədqiqatlarında yeni mərhələyə keçdiyini göstərir”.
Mütəxəssislərin sözlərinə görə, “Tokamak” adlanan bu tip reaktorlar plazmanı yüksək temperaturda maqnit sahəsində saxlayaraq, hidrogen atomlarını helium atomlarına çevirir. Bu proses nəticəsində böyük miqdarda enerji əldə edilir.


HL-3 reaktorunun istilik, idarəetmə və diaqnostika sistemlərinin tamamilə Çində inkişaf etdirildiyi qeyd olunub. Layihənin uğurla davam etdirilməsi gələcəkdə nüvə sintezi texnologiyasının enerji mənbəyi kimi istifadəsini mümkün edə bilər.


Bəsti Rəfizadə


OXŞAR XƏBƏRLƏR

İsrail Qəzzaya humanitar yardımı yenidən dayandırıb

İsrail Qəzzaya yardım çatdırılmasını dayandırıb.   Sfera.az bu barədə "The Times of Israel”a istinadən xəbər verir.   Baş Nazirlikd...

“07” ilə toqquşan motosikletçi öldü

Bu gün saat 14 radələrində Göyçay şəhərində ağır yol qəzası baş verib.   Sfera.az xəbər verir ki, şəhər ərazisində “VAZ-2107” markalı avt...

Azərbaycan Respublikası Silahlı Qüvvələr Günü”nə həsr olunmuş tədbir keçirildi - FOTO

Abşeron rayonunun Pirəkəşkül qəsəbəsində yerləşən N saylı hərbi hissədə baş tutan tədbirdə RİH başçısı Abdin Fərzəliyev, hərbi hissənin rəhbər heyəti, şəhid ail...

Mirkamil ikinci əməliyyatından sonra...- VİDEO

Uzun müddətdir səhhətində problem olduğu üçün sənətdən uzaqlaşan Mirkamil Kamilovun yeni görüntüsü yayılıb.   Sfera.az Axşam.az-a istinadən xəbər ver...

"Çinli diplomat Tehranı yanlış addımdan çəkindirməyə çalışıb" - Politoloq

İyulun 6-7-də Braziliyanın Rio-de-Janeyro şəhərində keçiriləcək BRİCS-in zirvə toplantısında Rusiya və Çin liderlərinin iştirak etməyəcəklərinə dair xəbərlər ya...

Xamanei İran xalqını təbrik etdi

İranın ali dini lideri Ayətulla Seyid Əli Xamanei xeyli vaxt sonra paylaşım edib.   Sfera.az xəbər verir ki, o, “X” hesabında İran xalqın...