BMT Ağdamdakı mina partlayışını araşdıracaq


BMT Ağdamdakı mina partlayışını araşdıracaq

Minalar səbəbindən insanların yaralanmasından çox narahatıq.

 

Bunu BMT Baş katibinin sözçüsü Stefan Düjarrik “Report”un ABŞ bürosunun sualını cavablandırarkən deyib.

 

S.Düjarrik bu gün Ağdam rayon sakininin piyada əleyhinə minanın partlaması nəticəsində xəsarət alması ilə bağlı araşdırma aparacağını bildirib.

 

“Bu məsələni nəzərdən keçirəcəyəm. Biz dünən yenidən piyada əleyhinə minalara qarşı beynəlxalq müqavilələrin əhəmiyyətinə toxunduq. 4 aprel – Beynəlxalq Mina Xəbərdarlığı Günü ərəfəsində bu mövzu ilə bağlı mətbuat konfranslarımız olacaq”, - sözçü qeyd edib.

 

Xatarladaq ki, BMT Baş katibi Antonio Quterreş ötən ilin noyabr ayında “Report”un ABŞ bürosuna müsahibəsində Azərbaycanın Qarabağ regionunda minatəmizləmə səylərinin BMT üçün əsas prioritetlərdən biri olduğunu vurğulayıb. O bildirib ki, uzun illərdir BMT-nin İnkişaf Proqramı (UNDP) bölgədə bu istiqamətdə fəaliyyət göstərir.

 

UNDP-nin bölgəni minalardan təmizləmə səyləri və baş verən insidentlər barədə heç bir məlumat verməməsi sual doğurur.

 

Qeyd edək ki, bu gün Ağdam rayonunun işğaldan azad edilmiş Çəmənli kəndi ərazisində mina hadisəsi baş verib. Daxili İşlər Nazirliyi, Baş Prokurorluq və Minatəmizləmə Agentliyinin (ANAMA) mətbuat xidmətlərinin yaydığı birgə məlumata görə, 1968-ci il təvəllüdlü Ağdam rayon sakini Nurəddin Feyzi oğlu Abbasov heyvan otararkən keçmiş təmas xəttində minalardan təmizlənməmiş əraziyə daxil olaraq piyada əleyhinə minanın partlayışı nəticəsində ayağından xəsarət alıb. Xəsarət alan şəxs xəstəxanaya təxliyə edilib.

 

Faktla bağlı Ağdam Rayon Prokurorluğunda araşdırma aparılır.


OXŞAR XƏBƏRLƏR

Sahibə Qafarova Cenevrəyə getdi

İyulun 27-də Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə Azərbaycan parlament nümayəndə heyəti Parlament Sədrlərinin 6-cı Dünya Konfransında və Parlam...

Laçındakı çörək zavodundan REPORTAJ - VİDEO

  Laçında fəaliyyət göstərən çörək zavodu insanların gündəlik qida ehtiyacını təmin etməklə yanaşı, bir çox şəxslər üçün iş yerinə çevrilib.   ...

100 il yaşamaq üçün nə etmək lazımdır? - Hər gün edilməli olan faydalı məşq

Fiziki fəaliyyətin sağlamlığa faydalı olması mübahisə doğurmur. Daha da önəmlisi, müəyyən məşqlərin müntəzəm yerinə yetirilməsi ömrə illər əlavə edə bilər. ...

Ərdoğan Makronla telefonla danışdı

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Fransa Prezidenti Emmanuel Makronla telefon danışığı aparıb.   Sfera.az “Anadolu” agentliyinə ist...

Polis çimərliklərdə vətəndaşlara bunu məsləhət görür - FOTO

İsti hava şəraiti ilə əlaqədar insanların çimərliklərə axını nəzərə alınaraq həmin məkanlarda vətəndaşların təhlükəsizliyinin təmin olunması məqsədilə polis əmə...

Baş həkimdən Arif Babayevin vəziyyəti ilə bağlı açıqlama

Xalq artisti Arif Babayevin vəziyyəti ağır stabil olaraq qalır.   Sfera.az xəbər verir ki, bu barədə Mərkəzi Klinik Xəstəxanasının Baş həkimi Kamran ...