Moskvadan Lənkərana birbaşa reyslərə başlanılır

Moskvadan Lənkərana birbaşa reyslərə başlanılır

“Utair” aviaşirkəti aprelin 5-dən Moskvadan (Vnukovo hava limanı) Lənkərana birbaşa reyslərə başlayır.

 

Sfera.az Report-a istinadən xəbər verir ki, bu barədə “Utair”in rəsmi saytında yerləşdirilən məlumatda deyilir.

 

Uçuşlar həftədə bir dəfə şənbə günləri həyata keçiriləcək. Qrafikə əsasən, Moskvadan uçuş saat 15:45-ə, Lənkərandan isə saat 21:25-ə nəzərdə tutulub. Uçuş vaxtı 3 saat 40 dəqiqə olacaq.

 

Biletləri artıq rəsmi “utair.ru” saytında və “Rahat Səma” mobil proqramında əldə etmək olar.


OXŞAR XƏBƏRLƏR