Azərbaycan-Çin strateji tərəfdaşlığına həsr olunan konfrans keçirilib - FOTOLAR

Azərbaycan-Çin strateji tərəfdaşlığına həsr olunan konfrans keçirilib - FOTOLAR

Bakıda "Azərbaycan – Çin strateji tərəfdaşlığı: Qlobal Cənubda konsolidasiya və əməkdaşlığın təşviqi" mövzusunda konfrans keçirilib.

 

Sfera.az reporta istinadən xəbər verir verir ki, Yeni Azərbaycan Partiyasının (YAP) təşkilatçılığı ilə keçirilən konfransda YAP Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov, Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin üzvü və Beynəlxalq əlaqələr şöbəsinin müdiri Liu Jianchao, YAPSədrinin müavini, Milli Məclis sədrinin birinci müavini Əli Əhmədov, Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti İsa Həbibbəyli, Azərbaycan Respublikasının Prezidenti Yanında Dövlət İdarəçilik Akademiyasının rektoru Urxan Ələkbərov, Milli Məclisinin deputatı Fariz İsmayılzadə çıxış ediblər.

 

Onlar Azərbaycan və Çin arasındakı münasibətlərin dostluq, qarşılıqlı faydalı əməkdaşlıq və etibarlı strateji tərəfdaşlığa əsaslandığını vurğulayıblar.

 

Konfransda bildirilib ki, BMT Təhlükəsizlik Şurasının beş daimi üzvündən biri olan Çinin Azərbaycanın haqlı və ədalətli mövqeyini müdafiə etməsi Azərbaycan xalqı tərəfindən yüksək dəyərləndirilir. Həmçinin, vurğulanıb ki, Çinin Azərbaycanın BRICS platformasında təmsilçiliyinə və Şanxay Əməkdaşlıq Təşkilatı ilə əlaqələrinin inkişafına dəstək göstərməsi də səmimi dostluq və tərəfdaşlıq nümunəsidir.

 

Tədbirdə Milli Məclisin deputatı Pərvin Kərimzadənin moderatorluğu və çıxışçıların iştirakı ilə panel müzakirə də keçirilib. Azərbaycan və Çin arasındakı strateji tərəfdaşlığa həsr olunan müzakirələr sual-cavabla davam edib.

 


OXŞAR XƏBƏRLƏR

İran ABŞ-ni BMT-yə şikayət edəcək

Rəsmi Tehran İranın obyektlərinə ziyan vurduğuna görə Birləşmiş Ştatlara qarşı BMT-yə şikayət verməyə hazırlaşır. Sfera.az "Mehr"ə istinadən xə...

Bakıda hərbi orkestrlərin müşayiəti ilə yürüşlər başladı

Bu gün Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının 107 ili tamam olur.   Sfera.az xəbər verir ki, bu münasibətlə Bakının müxtəlif mərkəzi küçə və pr...

Bütün sosial ödənişlər verildi

İyun ayının müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımları bu gün tam ödənilib.   Bu barədə Sfera.az-a  Dövlət Sosial Müdafiə Fondundan mə...

Kamaləddin Qafarov: “Azərbaycan ordusu regional sülhün və təhlükəsizliyin əsas qarantıdır”

“Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən ölkəmizin dövlət müstəqilliyinin bəyan olunmasından az müddət sonra- 1918-ci il iyunun 26-da milli hökumətin qəra...

Kəlbəcərdə yük avtomobili dərəyə aşdı, ölən var

Kəlbəcərdə yük avtomobili dərəyə aşıb, ölən var.   Sfera.az-ın məlumatına görə, Tovuz rayon sakini 1998-ci il təvəllüdlü Orxan Mustafayev Kəlbəcər ra...

Mehriban Əliyevadan Silahlı Qüvvələr Günü münasibətilə paylaşım

Birinci vitse-prezident Mehriban Əliyeva sosial şəbəkə hesablarında 26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə paylaşım edib.   Sfera.az xəbər veri...