Həbsə düşən gözəllik kraliçası: "Yoldaşım evdə otururdu, mən gedib narkotik gətirirdim" - VİDEO - FOTO

Həbsə düşən gözəllik kraliçası:

Gözəllik kraliçalarından acı etiraflar.

Sfera.az xəbər verir ki, ARB TV-də yayımlanan "Rezonans" verilişində bu dəfə həbsə düşən gözəllik kraliçaları həyat hekayələrini bölüşüblər. 

Dinara Məmmədova (6 il): "İki dəfə Azərbaycan gözəli olmuşam. Bu hamı üçün şok oldu. Çünki bizim ailədən həbsə düşən olmayıb. Heç kim buna inanmırdı ki, mən həbsə düşərəm. Elə insanlar oldu ki, məndən üz döndərdi. Amma yaxın qohumlarım yanımda olub, mənə dəstək oldular. Ailəmlə birgə Rusiyaya köçüb öz biznesimi qurmağa qərar verdim. Orada məktəb açıb, Şərq dillərindən dərs deyirdim. Sənədlərdə problemlər var idi. Rusiya vətəndaşı olmadığım üçün sənədlərdə sıxıntı var idi. Bir rəfiqəm dedi ki, sənədləri mənim adıma edək və mən formal direktor olum. Etiraz etmədim.

İşlərimiz yaxşı gedirdi, Moskvada filial açmaq qərarına gəldik. Mən Moskvaya gedib işlərlə məşğul olmağa başladım. Mən bu işlərin dalınca gedəndə, o, tələbələrə demişdi ki, guya mən qaçıb gizlənmişəm, daha gəlməyəcəm. Moskvadan qayıdanda isə artıq əleyhimə polisə 40-a yaxın şikayət ərizəsi daxil olmuşdu. Dəhşətə gəldim. Nə deyəcəyimi bilmirdim. Mən o adamlardan aldığım pulları boş yerə götürməmişdim. Amma heç kim mənə inanmadı. Bundan sonra tanışlarım içərisində qadın rəfiqəm olmayacaq. Gələcəyə dair planlarım çoxdur. Buradan çıxandan sonra yenə məktəb açacam və həmin səhvləri etməyəcəm".

Qalina Babayeva (9 il) : "16 yaşım olanda ad günüm günü valideynlərimi qəzada itirdim. 1995-ci ildə ərə getmişəm. Qızım oldu. 4 il sonra boşandım. 2002-ci ildə Türkiyədə gözəllik müsabiqəsində 1-ci yeri tutmuşam. Jurnallara çəkilməyə başladım. 2003-cü ildə 2-ci dəfə ərə getdim və 2 uşağım oldu. Sponsorumla aramda problemlər yaşandı. O, məni aldatdı. Evində hər şeyin yerini bilirdim. Onun qızıllarını, antikvar əşyalarını götürdüm. Heç fikrləşmirdi ki, mən götürmüşdüm. Bir tanış qız var idi, onunla da tanış etmişdim. Təsadüfən bu qızla şəhərdə görüşdük, əlimdə antik üzüyü görüb məni ona satdı.

Daha sonra narkotik maddələrdən istifadə etdim. Yoldaşım istifadə edirdi. Bir gün buna dedim ki, bu nədir ki sən bundan əl çəkə bilmirsən. Dedim, mənə də vur və qolumu uzatdım. Vurdu qoluma. Sonradan bu hal davamlı oldu. Elə olurdu ki, yoldaşım evdə otururdu, mən gedib narkotik tapıb gəlirdim. 2-3 il narkotikanın üstündə oturdum. Bacım müalicəyə apardı məni. Xeyri olmadı. Yoldaşım tutuldu, 8 aylıq hamilə idim. Onun dalınca getdim. 5 gündən bir yanına gedirdim. Kürdəxanıda onun yolunu çox gözləmişəm. Amma gəlmədi. Vəfasız çıxdı. Qızlarıma görə o qədər də yox, sırf oğluma görə narahatam. Oğlum deyir ki, mən hakim olacam. İstəmirəm ki, kiminsə anasına 1 ildən çox iş kəsim. Heç kimi anasız qoymaq istəmirəm".

Milli.Az


OXŞAR XƏBƏRLƏR

İran şirkətləri Azərbaycanda infrastruktur layihələrində iştiraka dəvət edildi

Dövlət xətti ilə Azərbaycanda bir çox infrastruktur layihələri həyata keçirilir. Biz İran şirkətlərini bu layihələrdə iştiraka dəvət edirik.   Sfera....

Şuşanın işğalı əməliyyatında iştirak etdiyini təsdiqləyib

Aprelin 28-də Bakı Hərbi Məhkəməsində davam etdirilən məhkəmə prosesində təqsirləndirilən şəxs Bako Sahakyan Ermənistan silahlı qüvvələrinin Şuşa rayonunu işğal...

84 yaşlı həkim itkin düşdü

Qusar rayonunda 84 yaşlı kişi itkin düşüb.   Sfera.az xəbər ki, 1941-ci il təvəllüdlü Arif Uluxan oğlu Uluxanov aprelin 26-da saat 14 radələrind...

Pezeşkian Bakının ən hündür nöqtəsində- FOTOLAR

Xəbər verdiyimiz kimi, Azərbaycanda rəsmi səfərdə olan İran Prezidenti Məsud Pezeşkian aprelin 28-də Şəhidlər xiyabanını ziyarət edib.   Sfera.az-ın&...

Bacılar Xatirəyə cavab verdilər: "Vulqar şəkildə geyinmirik..."

Sevil və Sevinc Səfərova bacıları Xatirə İslamın “Oğluma onları almazdım, qısa geyinirlər” sözlərini cavabsız qoymayıblar.   Əkiz müğənni...

Kanadada festival zamanı maşın izdihamın üzərinə çırpıldı - Ölənlər var

Kanadada aprelin 26-da axşam Vankuverdəki “Lapu Lapu Day Block Party”də faciəli hadisə baş verib. İlkin məlumatlara görə, avtomobilin bayram şənliyi...