Bu şirkət vətəndaşın evini icazəsiz dağıdıbmış - “Prorab” cəzalandırıldı

Bu şirkət vətəndaşın evini icazəsiz dağıdıbmış - “Prorab” cəzalandırıldı

“Pilot-16” MMC-nin iş icraçısı vətəndaşın evini icazəsiz sökdüyü üçün cəzalandırılıb.

 

Sfera.az “qafqazinfo.az”a istinadən xəbər verir ki, Nəsimi Rayon Məhkəməsi araşdırma sonrası belə hökm çıxarıb.

 

66 yaşlı Əlisahib Əzizov vəzifə səlahiyyətlərindən sui-istifadə etməkə özgə əmlakını qəsdən məhv etməkdə təqsirli bilinib.
 

İş materiallarında yazılıb ki, təqsirləndirilən şəxs “Pilot-16” MMC-də iş icraçısı vəzifəsində işləyərkən heç bir rəsmi sənəd olmadan vətəndaş Məhbubə Quliyevaya məxsus 68 kvadratmetr evi və həyətdəki hamam-tualeti sökdürüb. Ağır texnika vasitəsilə söküntü aparılan zaman xoşbəxtlikdən evdə heç kim olmayıb.

 

Söküntü zamanı evdəki kondisioner, soyuducu, televizor və başqa əşyalar da sıradan çıxıb. Ekspertiza nəticəsində zərərçəkmişə ümumilikdə 61 min manat zərər dəydiyi təsdiq edilib.
 

Barəsində həbslə bağlı olmayan qətimkan tədbiri seçilmiş “prorab” məhkəmədə özünü təqsirli bilməyib. İfadəsində deyib ki, Novruzov qardaşları küçəsində “Pilot-16” MMC tərəfindən alınan evlərin söküntüsü aparılarkən iki evin boş və dağıntı halında olduğunu görüb. Bu səbəbdən ekskavator sürənə göstəriş verib ki, həmin evləri söksün. Bir ev tam sökülüb. Hazırki zərərçəkmişin evinin söküntüsü yeni başlayan vaxt ona rəsmi icazələri olmadığı barədə məlumat veriblər. Bundan sonra söküntü dərhal dayandırılıb. Şirkətin hüquqşünası Nicat onunla əlaqə saxlayaraq həmin evin söküntüsünə razılıq olmadığını bir daha təsdiq edib.
 

Təqsirləndirilən şəxs Nicatın iş başlamamışdan əvvəl hansı evin sökülüb, hansının qalacağını demədiyini də etiraf edib.
 

O, son sözündə məhkəmədən bəraət istəyib. Amma maraqlıdır ki, Ə.Əzizov vətəndaşa dəymiş 61 min manatlıq ziyanı tam ödəyib. Vəsait Baş Prokurorluğun depozit hesabına oturulub. Pulun onun əvəzinə “Pilot-16” MMC tərəfindən ödənilib-ödənilmədiyi açıqlanmayıb.

 

Məhkəmə ziyanın tam ödənilməsini nəzərə alaraq, müttəhimi həbsə göndərməyib. Ona 4 il müddətinə şərti cəza verilib.


Hazırda hökmdən apellyasiya şikayəti verilib. Şikayət Bakı Apellyasiya Məhkəməsində araşdırılır.


Qeyd edək ki, bu yaxınlarda da bənzər hadisə baş verib. Bir vətəndaşın evi “Melissa Group” tikinti şirkəti tərəfindən ailə evin içində ola-ola sökülüb. Bu səbəbdən şirkətin rəhbəri Qalib Məmmədov həbs edilib.


Məlumat üçün bildirək ki, ötən il Nəsimi rayonunda adıçəkilən şirkət tərəfindən qanunsuz söküntü işləri aparılması haqda vətəndaş şikayəti daxil olmuşdu. Bundan başqa, “Pilot-16” MMC-nin adı müxtəlif tikinti qalmaqallarında, eyni zamanda obyektlərin söküntüsü işlərində də hallanıb.
 

Mediada “Pilot-16” MMC-nin sabiq deputat Əsabil Qasımova aid olduğu deyilir.


OXŞAR XƏBƏRLƏR

Aeroport yolunda maşın aşdı- Ölən və yaralananlar var - VİDEO

Ötən gecə Bakıda ağır yol qəzası baş verib.   Sfera.az xəbər verir ki, Heydər Əliyev prospektinin Suraxanı rayonu ərazisindən keçən hissəsində 77 YF ...

Füzulidə həkimin məktəbli oğlu kanalda batdı - FOTO

Füzuli rayonunda məktəbli kanalda batıb.   Sfera.az xəbər verir ki, hadisə rayonun Kərimbəyli kəndi ərazisindən keçən beton kanalda baş verib. &nb...

İran ABŞ-ni BMT-yə şikayət edəcək

Rəsmi Tehran İranın obyektlərinə ziyan vurduğuna görə Birləşmiş Ştatlara qarşı BMT-yə şikayət verməyə hazırlaşır. Sfera.az "Mehr"ə istinadən xə...

Bakıda hərbi orkestrlərin müşayiəti ilə yürüşlər başladı

Bu gün Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının 107 ili tamam olur.   Sfera.az xəbər verir ki, bu münasibətlə Bakının müxtəlif mərkəzi küçə və pr...

Bütün sosial ödənişlər verildi

İyun ayının müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımları bu gün tam ödənilib.   Bu barədə Sfera.az-a  Dövlət Sosial Müdafiə Fondundan mə...

Kamaləddin Qafarov: “Azərbaycan ordusu regional sülhün və təhlükəsizliyin əsas qarantıdır”

“Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən ölkəmizin dövlət müstəqilliyinin bəyan olunmasından az müddət sonra- 1918-ci il iyunun 26-da milli hökumətin qəra...