Vanqanın bu proqnozu düz çıxdı - Bu il başqa nə yaşanılacaq?

Vanqanın bu proqnozu düz çıxdı - Bu il başqa nə yaşanılacaq?

Gerçək adı Vangeliya Pandeva Guşterova olan və gələcəyi görə bilmək qabiliyyəti ilə tanınan Baba Vanga, 1996-cı ildə vəfat etsə də, dünyada baş verən bir çox mühüm hadisəni əvvəlcədən proqnozlaşdırdığı iddia edilir. 

 

Sfera.az “Daily Mail” nəşrinə istinadən xəbər verir ki, o, 11 sentyabr terror aktlarını, şahzadə Diananın ölümünü və Çinin yüksəlişini də öncədən xəbər verdiyi deyilən mistik şəxsiyyətlərdən biridir.


Son günlərdə isə onun 2025-ci il üçün verdiyi bəzi öncəgörmələrin reallaşmağa başladığı iddia olunur. Belə ki, 28 martda Asiya ölkələri Myanmar və Tailandda 7,7 bal gücündə güclü zəlzələ baş verib. Yeraltı təkanlar böyük dağıntılara səbəb olub, minlərlə insanın həyatını itirdiyi bildirilib. Eyni zamanda, Okeaniyada yerləşən Tonqa adası da 7,1 bal gücündə bir zəlzələ ilə sarsılıb və bölgədə tsunami təhlükəsi elan edilib.

 

Baba Vanqanın 2025-ci il üçün öncəgörmələri bunlarla bitmir. Onun proqnozlarına görə:

 

Avropada dağıdıcı müharibə baş verəcək və bu, qitənin əhalisinin sayına ciddi təsir göstərəcək, dünya iqtisadi böhranla üzləşəcək bu isə qlobal maliyyə sistemini sarsıdacaq və insanlığın çöküşü başlayacaq. Bu proses illərlə davam edəcək.

 

Baba Vanga, insan sivilizasiyasının gələcəyi ilə bağlı daha uzaq tarixlər üçün də bəzi öncəgörmələr verib:

 

2028: İnsanlar enerji mənbəyi kimi Veneranı kəşf edəcəklər.
2033: Qütblərdəki buzlar tamamilə əriyəcək və dəniz səviyyəsi xeyli yüksələcək.
2076: Kommunizm bütün dünyada yayılacaq.
2130: İnsanlar yadplanetlilərlə əlaqə quracaq.
2170: Quraqlıq dünyanı məhv edəcək.
3005: Dünya Marsdakı varlıqlarla müharibə edəcək.
3797: İnsanlar Yer üzünü tərk edəcək, çünki dünya yaşanılmaz hala gələcək.
5079: Dünyanın sonu gələcək.

 

Fidan Hacızadə


OXŞAR XƏBƏRLƏR

Bakıda hərbi orkestrlərin müşayiəti ilə yürüşlər başladı

Bu gün Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının 107 ili tamam olur.   Sfera.az xəbər verir ki, bu münasibətlə Bakının müxtəlif mərkəzi küçə və pr...

Bütün sosial ödənişlər verildi

İyun ayının müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımları bu gün tam ödənilib.   Bu barədə Sfera.az-a  Dövlət Sosial Müdafiə Fondundan mə...

Kamaləddin Qafarov: “Azərbaycan ordusu regional sülhün və təhlükəsizliyin əsas qarantıdır”

“Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən ölkəmizin dövlət müstəqilliyinin bəyan olunmasından az müddət sonra- 1918-ci il iyunun 26-da milli hökumətin qəra...

Kəlbəcərdə yük avtomobili dərəyə aşdı, ölən var

Kəlbəcərdə yük avtomobili dərəyə aşıb, ölən var.   Sfera.az-ın məlumatına görə, Tovuz rayon sakini 1998-ci il təvəllüdlü Orxan Mustafayev Kəlbəcər ra...

Mehriban Əliyevadan Silahlı Qüvvələr Günü münasibətilə paylaşım

Birinci vitse-prezident Mehriban Əliyeva sosial şəbəkə hesablarında 26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə paylaşım edib.   Sfera.az xəbər veri...

Polkovnik Etibar Məhərrəmov yüksək vəzifəyə təyin olundu

Əlahiddə Ümumqoşun Ordusu Komandanının birinci müavini - Qərargah rəisi vəzifəsinə yeni təyinat olub.   Sfera.az-ın məlumata görə, müvafiq əmrə əsasə...