"Bu cütlüklərin ömür yolu uzun olmur"- Sosioloqdan ETİRAZ

"Bu cütlüklərin ömür yolu uzun olmur"- Sosioloqdan ETİRAZ

Ailələr evlilik və toylarla bağlı böyük məbləğdə vəsait xərcləyir. Hər 3 evlənəndən biri isə sonradan ailədaxili problemlər səbəbindən, maddi çətinlik nəticəsi ilə və ya tərəflərdən biri ailə dəyərlərinə zidd addım atdığı hallarda boşanmalar qeydə alınır. Nəticədə hər iki tərəfə böyük məbləğdə maddi zərər dəyir. 

 

Bununla bağlı Sfera.az-a açıqlama verən sosioloq Lalə Mehralı evlənmədən öncə, nişanlananda, toya hazırlaşanda bu planların uzun-uzadı ölçülüb-biçilməli olduğunu bildirib. 


Sosioloqun sözlərinə görə, evləndikdən sonra borc batağında üzməmək, daha rahat həyat keçirmək, ömür-gün yoldaşı ilə düşüncələrin üst-üstə düşməsi kimi vacib detallar öncədən düşünülməlidir:

 

“Birlikdə yaşamaq, həyatı paylaşmaq və toya hazırlıq gənclərin ən şirin həyacanıdır, bu dövrü mal-mülk, bahalı restoran, daha bahalı zinət əşyaları, daha bahalı ev aşyaları haqqında dava-dalaşla keçirən tərəflərin ömür yolu da uzun olmur. Sağlam ünsiyyət və müzakirə mədəniyyəti ən vacib xırdalıqdır bu anlarda. Əgər tərəflər bu ünsiyyəti qura bilmirlərsə, müzakirə mədəniyyətləri yoxdursa və dünya malı üçün bir-birindən incik düşürsə bu evlilik başlamadan bitsə daha məqbuldur”.

 

L.Mehralı bəzi gənclərin evliliklərinin səbəbinin bahalı mal-mülk olduğunu vurğulayıb.

 

Onun sözlərinə görə, ailə büdcəsini evlilikdən öncə formalaşdıran, bütün proses boyunca ağıllı pul xərcləyən, gərəksiz xırdalıqlara fikir verməyən, bir-birinin fikrinə hörmət edən, bahalı və lazımsız prosedurlardan imtina edən gənclərin ailə həyatı da anlayışlı keçir:

 

“Bahalı toy, alınan borclar, xərclər evlilik ərəfəsində tərəflərin beynini o qədər məşğul edir ki fərqində olmadan depressiv vəziyyətə düşürlər, stresslə yol yoldaşı olurlar. Əgər tərəflər maddi cəhətdən yaxşı vəziyyətdədirlərsə, adətən xərclərin miqdarı ilə bağlı gərginlik olmur. Lakin bu halda da mübahisə ediləsi nəsə tapmaq olur. Bir tərəf evin qiymətinin yüksəkliyindən, digər tərəf isə bahalı cehizin vacibliyindən bəhs edir. Ümumi mənzərəni gördükdə insan, bu gənclərin bir-biri ilə evlənmə səbəblərinin bahalı ev və bir sərvət dəyərində cehiz olduğu qənaətinə gəlir”.

 

Fidan Hacızadə
 


OXŞAR XƏBƏRLƏR

Mehriban Əliyevadan Silahlı Qüvvələr Günü münasibətilə paylaşım

Birinci vitse-prezident Mehriban Əliyeva sosial şəbəkə hesablarında 26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə paylaşım edib.   Sfera.az xəbər veri...

Polkovnik Etibar Məhərrəmov yüksək vəzifəyə təyin olundu

Əlahiddə Ümumqoşun Ordusu Komandanının birinci müavini - Qərargah rəisi vəzifəsinə yeni təyinat olub.   Sfera.az-ın məlumata görə, müvafiq əmrə əsasə...

52 il bağırsaqlarından çıxarılan qəribə əşyadan xəbərsiz yaşayıb - FOTO

Çinin şərqindəki Anhui əyalətinin Yanq adlı 64 yaşlı sakini cəmi 12 yaşında olarkən bədənində yad cisim əmələ gəlib. O, bundan xəbərsiz 52 il yaşayıb.  ...

Aktiv vulkan kraterinə düşən qadının 3 gün sonra sağ olduğu məlum olub - FOTO

26 yaşlı braziliyalı rəqqasə Culiana Marins İndoneziyada təxminən 300 metr hündürlükdən yıxılaraq aktiv vulkanın kraterində ilişib qalıb. Xilasedicilər üçüncü g...

Evindən ona 76 min dollar qazandıran kitab tapdı - FOTO

Bir britaniyalı evdə nadir kitab tapıb.    Belə ki, İngiltərənin cənubunda yaşayan sakin gözlənilmədən onilliklər ərzində rəfdə toz yığan uşaq k...

Çində yarasalardan insanlara ötürülə bilən iki yeni virus aşkarlandı

Alimlər Çində yarasalardan insanlara keçə bilən yeni infeksiyalar aşkar ediblər. Onlar ağır beyin iltihabına və tənəffüs xəstəliklərinə səbəb ola bilər. &nbs...