"ABŞ Yaxın Şərqdə hərbi gücünü artıracaq" - Pentaqon

"ABŞ Yaxın Şərqdə hərbi gücünü artıracaq" - Pentaqon

ABŞ Müdafiə Nazirliyi (Pentaqon) Yaxın Şərqdəki hərbi varlığını gücləndirəcəyini açıqlayıb. Müdafiə Naziri Pit Heqsetinin əmri ilə bölgəyə əlavə döyüş təyyarələri göndəriləcək və hava hücumundan müdafiə qabiliyyəti artırılacaq.

 

Sfera.az Türkiyə mediasına istinadən xəbər verir ki, Pentaqonun sözçüsü Şon Parnell Yaxın Şərqdə sabitliyi dəstəkləmək, təcavüzkar davranışları əngəlləmək və sərbəst ticarət axışını qorumaq məqsədilə hərəkətə keçdiklərini bildirib. 


O, həmçinin Müdafiə Naziri Pit Heqsetinin "İran Yaxın Şərqdəki ABŞ maraqlarını təhdid etdiyi təqdirdə hərəkətə keçəcəklərini” vurğuladığını qeyd edib.


ABŞ Prezidenti Donald Tramp 7 martda İran lideri Ayətullah Əli Xamneyə həm təhdid, həm də danışıqlar təklif edən bir məktub yazmışdı. Lakin Xamney məktubun cavabında ABŞ-nin danışıqlarla problemləri həll etmək yox, öz tələblərini qəbul etdirmək istədiyini bildirib.


İran tərəfi Trampın təhdidlərini davam etdirdiyi müddətdə birbaşa danışıqların mümkün olmayacağını açıqlayıb və yalnız nüvə məsələsi üzrə dolayı yolla müzakirələrə hazır olduqlarını bildirib.


Tramp ABŞ ilə razılaşmanın əldə edilməyəcəyi təqdirdə İranı “heç vaxt görmədikləri şəkildə bombalayacaqları” ilə təhdid etmişdi. Xamney isə bu təhdidləri ciddi qəbul etmədiklərini, amma hər hansı bir hücuma güclü cavab verəcəklərini bəyan edib.


Bəsti Rəfizadə


OXŞAR XƏBƏRLƏR

Mehriban Əliyevadan Silahlı Qüvvələr Günü münasibətilə paylaşım

Birinci vitse-prezident Mehriban Əliyeva sosial şəbəkə hesablarında 26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə paylaşım edib.   Sfera.az xəbər veri...

Polkovnik Etibar Məhərrəmov yüksək vəzifəyə təyin olundu

Əlahiddə Ümumqoşun Ordusu Komandanının birinci müavini - Qərargah rəisi vəzifəsinə yeni təyinat olub.   Sfera.az-ın məlumata görə, müvafiq əmrə əsasə...

52 il bağırsaqlarından çıxarılan qəribə əşyadan xəbərsiz yaşayıb - FOTO

Çinin şərqindəki Anhui əyalətinin Yanq adlı 64 yaşlı sakini cəmi 12 yaşında olarkən bədənində yad cisim əmələ gəlib. O, bundan xəbərsiz 52 il yaşayıb.  ...

Aktiv vulkan kraterinə düşən qadının 3 gün sonra sağ olduğu məlum olub - FOTO

26 yaşlı braziliyalı rəqqasə Culiana Marins İndoneziyada təxminən 300 metr hündürlükdən yıxılaraq aktiv vulkanın kraterində ilişib qalıb. Xilasedicilər üçüncü g...

Evindən ona 76 min dollar qazandıran kitab tapdı - FOTO

Bir britaniyalı evdə nadir kitab tapıb.    Belə ki, İngiltərənin cənubunda yaşayan sakin gözlənilmədən onilliklər ərzində rəfdə toz yığan uşaq k...

Çində yarasalardan insanlara ötürülə bilən iki yeni virus aşkarlandı

Alimlər Çində yarasalardan insanlara keçə bilən yeni infeksiyalar aşkar ediblər. Onlar ağır beyin iltihabına və tənəffüs xəstəliklərinə səbəb ola bilər. &nbs...