"SpaceX"dən tarixi missiya: Qütb orbitinə ilk insanlı uçuş - FOTO

"SpaceX"dən tarixi missiya: Qütb orbitinə ilk insanlı uçuş - FOTO

"SpaceX" şirkəti “Fram2” missiyası çərçivəsində Yer kürəsinin qütb orbitinə ilk insanlı uçuşunu uğurla tamamlayıb. Missiyadan əldə edilən ilk görüntülər ictimaiyyətə təqdim edilib.

 

Sfera.az "NTV"yə istinadən xəbər verir ki, 31 mart tarixində start verilən missiya çərçivəsində "Crew Dragon Resilience" kapsulu Yer kürəsinin ən ucqar nöqtələrinin üzərinə göndərilib.

 

Dörd astronavtın iştirak etdiyi bu tarixi uçuşda, ekipaj üzvləri qütb bölgələrinin unikal mənzərələrini qeydə alaraq dünya ilə bölüşüblər.

 

"SpaceX" uçuş zamanı kapsulun pəncərəsindən qeydə alınan və qütb bölgələrinin qarla örtülü mənzərələrini əks etdirən bir video yayımlayıb. Şirkət bu görüntüləri “Dragon kapsulundan Yer kürəsinin qütb bölgələrinin ilk görüntüləri” adlandırıb.

 

Missiyanın komandiri kripto-milyarder Çun Vanq, norveçli kinoqraf Cannik Mikkelsen, avstraliyalı qütb tədqiqatçısı Erik Filips və alman robotika üzrə mütəxəssis Rabea Roggenin daxil olduğu "Dragon" kapsulu "Falcon-9" raketi ilə Florida ştatındakı Kennedi Kosmik Mərkəzindən buraxılıb.


Buraxılış yerli vaxtla 21:46-da baş tutub. "Falcon-9" raketinin ilk mərhələsi, yenidən istifadə oluna bilən texnologiya sayəsində Atlantik okeanında yerləşən “A Shortfall of Gravitas” adlı pilotsuz platformaya uğurla eniş edib.

 

Astronavtlar bu müddət ərzində uzunmüddətli kosmik missiyalar üçün insan sağlamlığı və performansına dair 22 elmi təcrübə aparacaq. Missiyanın dəqiq başa çatma tarixi hələ müəyyən olunmasa da, ekipajın Cənubi Kaliforniya sahillərində, Sakit okeana eniş edəcəyi açıqlanıb.

 

Bəsti Rəfizadə

 


OXŞAR XƏBƏRLƏR

Mehriban Əliyevadan Silahlı Qüvvələr Günü münasibətilə paylaşım

Birinci vitse-prezident Mehriban Əliyeva sosial şəbəkə hesablarında 26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə paylaşım edib.   Sfera.az xəbər veri...

Polkovnik Etibar Məhərrəmov yüksək vəzifəyə təyin olundu

Əlahiddə Ümumqoşun Ordusu Komandanının birinci müavini - Qərargah rəisi vəzifəsinə yeni təyinat olub.   Sfera.az-ın məlumata görə, müvafiq əmrə əsasə...

52 il bağırsaqlarından çıxarılan qəribə əşyadan xəbərsiz yaşayıb - FOTO

Çinin şərqindəki Anhui əyalətinin Yanq adlı 64 yaşlı sakini cəmi 12 yaşında olarkən bədənində yad cisim əmələ gəlib. O, bundan xəbərsiz 52 il yaşayıb.  ...

Aktiv vulkan kraterinə düşən qadının 3 gün sonra sağ olduğu məlum olub - FOTO

26 yaşlı braziliyalı rəqqasə Culiana Marins İndoneziyada təxminən 300 metr hündürlükdən yıxılaraq aktiv vulkanın kraterində ilişib qalıb. Xilasedicilər üçüncü g...

Evindən ona 76 min dollar qazandıran kitab tapdı - FOTO

Bir britaniyalı evdə nadir kitab tapıb.    Belə ki, İngiltərənin cənubunda yaşayan sakin gözlənilmədən onilliklər ərzində rəfdə toz yığan uşaq k...

Çində yarasalardan insanlara ötürülə bilən iki yeni virus aşkarlandı

Alimlər Çində yarasalardan insanlara keçə bilən yeni infeksiyalar aşkar ediblər. Onlar ağır beyin iltihabına və tənəffüs xəstəliklərinə səbəb ola bilər. &nbs...