Bakının mənzil bazarında "əl yandıran" qiymətlər: "Şişən balon partlayacaq"

Bakının mənzil bazarında "əl yandıran" qiymətlər: "Şişən balon partlayacaq"

Son illərdə Azərbaycanda, xüsusilə Bakı şəhərində mənzil qiymətlərinin kəskin artması müşahidə olunur. Hazırda paytaxtda bəzi mənzillərin qiymətləri Avropa şəhərlərindəki mənzillərlə müqayisədə daha yüksəkdir. Ekspertlərin fikrincə, bu artım süni amillərlə yanaşı, iqtisadi və sosial faktorlarla da bağlıdır.

 

Sfera.az-a yüksək qiymət artımları ilə bağlı açıqlama verən iqtisadçı-ekspert Natiq Cəfərli bildirdi ki, Azərbaycanda mənzil qiymətləri “məntiqsiz dərəcədə yüksəkdir” və bu, bir neçə əsas amillə bağlıdır:


“Bakıda mənzil qiymətləri həddindən artıq yüksəkdir. Bəzi hallarda şəhərin mərkəzindəki qiymətlər Avropadan da yüksəkdir. Bunun əsas səbəbləri sırasında tikinti prosesində əlavə xərclərin olması, materialların bahalaşması və binaların təhvilində yaranan əlavə ödənişlərdir”.


Bundan əlavə, ipoteka kreditlərinin artmasının da bazara təsir etdiyini deyən N.Cəfərli hesab edir ki, kreditləşmə imkanlarının genişlənməsi mənzil bazarında əlavə tələb yaradır:


“İpoteka kreditlərinin artması insanları daha çox mənzil almağa sövq edir. Bu da qiymətlərin yüksəlməsinə səbəb olur”.

 


Ekspert xaricdən göndərilən vəsaitlərin də bu prosesdə rol oynadığını qeyd edib:

 

“Xaricdə yaşayan azərbaycanlıların göndərdiyi vəsaitin bir qismi mənzil bazarına yönəlir. Bu da qiymətlərin artmasına təsir edən amillərdən biridir”.


Lakin iqtisadçı hesab edir ki, hazırkı qiymət artımı davamlı ola bilməz və bazarda “şişən balon” effekti müşahidə edilir:

 

“Bu cür həddindən artıq şişmiş qiymətlər uzun müddət davam edə bilməz. Günün birində bu balon partlayacaq və qiymətlərin enməsinə səbəb olacaq”.


Qiymətlərin stabilləşməsi və enməsi üçün regionların inkişafının vacibliyini də vurğulayan ekspert bir çıxış yolu təklif edir:

 

“Bakının dominant mövqeyi davam etdikcə, mənzil qiymətləri əsasən paytaxtda formalaşacaq. Amma regionlarda, məsələn, Gəncə, Mingəçevir kimi şəhərlərdə və işğaldan azad olunan ərazilərdə sosial-iqtisadi vəziyyət yaxşılaşarsa, insanların bu bölgələrə köçməyə marağı artarsa, Bakıda mənzil qiymətlərinin də aşağı düşməsini müşahidə edə bilərik”.

 


Bəsti Rəfizadə


OXŞAR XƏBƏRLƏR

52 il bağırsaqlarından çıxarılan qəribə əşyadan xəbərsiz yaşayıb - FOTO

Çinin şərqindəki Anhui əyalətinin Yanq adlı 64 yaşlı sakini cəmi 12 yaşında olarkən bədənində yad cisim əmələ gəlib. O, bundan xəbərsiz 52 il yaşayıb.  ...

Aktiv vulkan kraterinə düşən qadının 3 gün sonra sağ olduğu məlum olub - FOTO

26 yaşlı braziliyalı rəqqasə Culiana Marins İndoneziyada təxminən 300 metr hündürlükdən yıxılaraq aktiv vulkanın kraterində ilişib qalıb. Xilasedicilər üçüncü g...

Evindən ona 76 min dollar qazandıran kitab tapdı - FOTO

Bir britaniyalı evdə nadir kitab tapıb.    Belə ki, İngiltərənin cənubunda yaşayan sakin gözlənilmədən onilliklər ərzində rəfdə toz yığan uşaq k...

Çində yarasalardan insanlara ötürülə bilən iki yeni virus aşkarlandı

Alimlər Çində yarasalardan insanlara keçə bilən yeni infeksiyalar aşkar ediblər. Onlar ağır beyin iltihabına və tənəffüs xəstəliklərinə səbəb ola bilər. &nbs...

Rəqsanə həyat yoldaşından boşanıb?

Müğənni Rəqsanə İsmayılovanın həyat yoldaşı Fazil bəydən boşandığı iddia edilib.   Sfera.az xəbər verir ki, bu haqda "TikTok" platformasınd...

Azərbaycanda Məhərrəm ayı başlayıb

Bu gündən - iyunun 26-dan Azərbaycanda Məhərrəm ayı başlayıb.   Sfera.az xəbər verir ki, islam aləmində xüsusi əhəmiyyətə malik olan bu ay hicri...