Sinqapurun qəribə qadağaları: Saqqız çeynəmək və evdə çılpaq gəzmək qadağandır

Sinqapurun qəribə qadağaları: Saqqız çeynəmək və evdə çılpaq gəzmək qadağandır

Dünyanın ən sərt qaydalarına sahib ölkələrindən biri olan Sinqapur, qeyri-adi qanunları ilə diqqət çəkir. Səyahət bloggeri Ben Morris, ölkəyə səfəri zamanı buradakı qəribə və ciddi qanunlar haqqında məlumat verib. Onun sözlərinə görə, Sinqapurda saqqız çeynəmək, evdə çılpaq gəzmək, hətta hava limanında su içmək belə qadağandır və bu qaydaları pozanlar yüksək cərimələrlə üzləşə bilər.

 

Sfera.az Türkiyə mediasına istinadən xəbər verir ki, Morris, Sinqapurdakı qanunları araşdırdığı videosunda “Bu ölkədəki bütün qəribə qaydaları pozmadan sizə izah etməyə çalışacağam” deyərək izləyicilərini məlumatlandırıb.


Onun diqqət çəkdiyi ilk qanunlardan biri piyadaların yalnız müəyyən edilmiş keçidlərdən yolu keçməsi tələbidir. Əks halda qaydanı pozanlar 50 Sinqapur Dolları (təxminən 63 AZN) cərimə edilə bilər.


Bundan başqa, ictimai tualetlərdə sifonu çəkməmək qanunsuz hesab olunur və bu qaydanı pozanlar da cərimələnə bilər.


Sinqapur, dünyanın ən müasir nəqliyyat sistemlərindən birinə sahibdir. Lakin burada sərnişinlər üçün ciddi qaydalar mövcuddur.


Morris metronun girişində MRT-də (Sinqapur metrosu) yemək və içməyin qadağan edildiyini vurğulayıb. Bu qadağaya su da daxildir. O, “Bu mənə inanılmaz görünür” deyərək təəccübünü ifadə edib.


Metroda yemək və içmək qaydasını pozan şəxslər 500 Sinqapur Dolları (təxminən 630 AZN) məbləğində cərimələnə bilər.


Sinqapur, təmiz və təhlükəsiz mühit yaratmaq məqsədilə ciddi qanunlar tətbiq edir. Bu qaydalar sayəsində ölkə həm iqtisadi baxımdan güclənir, həm də dünyanın ən zəngin 10 ölkəsi arasında yer alır.


Bəzi digər qadağalar arasında uçurtma uçurmaq, ictimai yerdə musiqi aləti çalmaq və açıq-saçıq mahnı oxumaq da var. Bundan əlavə, gecə saat 22:30-dan səhər 07:00-a qədər spirtli içki içmək və evdə çılpaq gəzmək də qadağandır.


Morris hava limanına yola düşərkən, Sinqapurun ən məşhur qanunu olan saqqız qadağasına toxunub.


O bildirib ki, “Sinqapurda hətta hava limanında belə saqqız almaq mümkün deyil” və bu qadağanın ciddi olduğunu vurğulayıb.
Saqqız satışı və ya ölkəyə gətirilməsinə görə 10 000 Sinqapur Dollarına (təxminən 12 600 AZN) qədər cərimə və ya iki il həbs cəzası nəzərdə tutulur.


Bəsti Rəfizadə


OXŞAR XƏBƏRLƏR

52 il bağırsaqlarından çıxarılan qəribə əşyadan xəbərsiz yaşayıb - FOTO

Çinin şərqindəki Anhui əyalətinin Yanq adlı 64 yaşlı sakini cəmi 12 yaşında olarkən bədənində yad cisim əmələ gəlib. O, bundan xəbərsiz 52 il yaşayıb.  ...

Aktiv vulkan kraterinə düşən qadının 3 gün sonra sağ olduğu məlum olub - FOTO

26 yaşlı braziliyalı rəqqasə Culiana Marins İndoneziyada təxminən 300 metr hündürlükdən yıxılaraq aktiv vulkanın kraterində ilişib qalıb. Xilasedicilər üçüncü g...

Evindən ona 76 min dollar qazandıran kitab tapdı - FOTO

Bir britaniyalı evdə nadir kitab tapıb.    Belə ki, İngiltərənin cənubunda yaşayan sakin gözlənilmədən onilliklər ərzində rəfdə toz yığan uşaq k...

Çində yarasalardan insanlara ötürülə bilən iki yeni virus aşkarlandı

Alimlər Çində yarasalardan insanlara keçə bilən yeni infeksiyalar aşkar ediblər. Onlar ağır beyin iltihabına və tənəffüs xəstəliklərinə səbəb ola bilər. &nbs...

Rəqsanə həyat yoldaşından boşanıb?

Müğənni Rəqsanə İsmayılovanın həyat yoldaşı Fazil bəydən boşandığı iddia edilib.   Sfera.az xəbər verir ki, bu haqda "TikTok" platformasınd...

Azərbaycanda Məhərrəm ayı başlayıb

Bu gündən - iyunun 26-dan Azərbaycanda Məhərrəm ayı başlayıb.   Sfera.az xəbər verir ki, islam aləmində xüsusi əhəmiyyətə malik olan bu ay hicri...