İsrail ordusu Beyrutun cənubuna hücum edib: Ölən yaralananlar var

İsrail ordusu Beyrutun cənubuna hücum edib: Ölən və yaralananlar var

İsrail ordusu Beyrutun cənubuna hücum edib.

 

Sfera.az bildirir ki, Livan rəsmiləri İsrail təyyarələrinin aprelin 1-nə keçən gecə Beyrutun cənubunu vurduğu barədə məlumat yayıb. Məlumata görə, 3 nəfər ölüb, 7 nəfər yaralanıb.

 

İsrail ordusuna məxsus təyyarələr binalardan birinə iki raket atıb. İsrail ordusunun sözçüsü Avichai Adrai “X” sosial media saytında zərbənin endirilməsini təsdiqləyib. Onun sözlərinə görə, zərbənin hədəfi “HƏMAS”lı yoldaşlarına İsraildə terror hücumları hazırlamağa kömək edən “Hizbullah” terrorçusu olub.

 

Livan hakimiyyəti İsrailin hava hücumunu pisləyib və bunu ölkə üçün təhlükəli xəbərdarlıq adlandırıb. Livan prezidenti Cozef Aun deyib ki, İsrailin təcavüzü diplomatik əlaqələrin gücləndirilməsini və müttəfiqlərin səfərbər edilməsini tələb edir. 

 

Livanın baş naziri Navaf Salam deyib ki, İsrail ordusunun zərbəsi BMT-nin 1701 saylı qətnaməsi və atəşkəs razılaşmasının kobud şəkildə pozulmasıdır.

 

“The Times of Israel” qəzeti qeyd edir ki, İDF martın 27-də Beyrutun cənubundakı Dahieh şəhərciyində “Hizbullah”ın qalasına zərbələr endirib. “Hizbullah” hücuma görə məsuliyyəti rədd edir.

 

Aysel


OXŞAR XƏBƏRLƏR

52 il bağırsaqlarından çıxarılan qəribə əşyadan xəbərsiz yaşayıb - FOTO

Çinin şərqindəki Anhui əyalətinin Yanq adlı 64 yaşlı sakini cəmi 12 yaşında olarkən bədənində yad cisim əmələ gəlib. O, bundan xəbərsiz 52 il yaşayıb.  ...

Aktiv vulkan kraterinə düşən qadının 3 gün sonra sağ olduğu məlum olub - FOTO

26 yaşlı braziliyalı rəqqasə Culiana Marins İndoneziyada təxminən 300 metr hündürlükdən yıxılaraq aktiv vulkanın kraterində ilişib qalıb. Xilasedicilər üçüncü g...

Evindən ona 76 min dollar qazandıran kitab tapdı - FOTO

Bir britaniyalı evdə nadir kitab tapıb.    Belə ki, İngiltərənin cənubunda yaşayan sakin gözlənilmədən onilliklər ərzində rəfdə toz yığan uşaq k...

Çində yarasalardan insanlara ötürülə bilən iki yeni virus aşkarlandı

Alimlər Çində yarasalardan insanlara keçə bilən yeni infeksiyalar aşkar ediblər. Onlar ağır beyin iltihabına və tənəffüs xəstəliklərinə səbəb ola bilər. &nbs...

Rəqsanə həyat yoldaşından boşanıb?

Müğənni Rəqsanə İsmayılovanın həyat yoldaşı Fazil bəydən boşandığı iddia edilib.   Sfera.az xəbər verir ki, bu haqda "TikTok" platformasınd...

Azərbaycanda Məhərrəm ayı başlayıb

Bu gündən - iyunun 26-dan Azərbaycanda Məhərrəm ayı başlayıb.   Sfera.az xəbər verir ki, islam aləmində xüsusi əhəmiyyətə malik olan bu ay hicri...