Almaniyaya yaraşmayan addım: "Azərbaycana qarşı qərəzli addımlarını dayandırmalıdır"

Almaniyaya yaraşmayan addım: "Azərbaycana qarşı qərəzli addımlarını dayandırmalıdır"

Almaniya Prezidenti Administrasiyası bu ölkənin Prezidentinin sosial media profilində yerləşdirilmiş postla bağlı Azərbaycan tərəfinə üzrxahlıq edib.

 

Almaniya Prezidentinin sosial media profilində artıq keçmişin qalığı olan qondarma rejimin bayrağının yerləşdirilməsi və onun altında yazılan mətn Azərbaycan tərəfinin ciddi narazılığına səbəb olub.

 

Dərhal iki ölkənin Prezident administrasiyaları və Xarici İşlər nazirlikləri arasında təmaslar başlayıb. Almaniya tərəfi bu postun səhvən yerləşdirildiyini etiraf edərək onu dərhal çıxarıb.

 

Almaniya Prezidenti Administrasiyasının rəhbəri adından ünvanlanmış məktubda baş vermiş bu hadisəyə görə üzrxahlıq ifadə olunaraq, məktubun mediaya verilməsinə razılıq bildirilib.

 

Mövzu ilə bağlı Milli Məclisin deputatı Vüqar İskəndərov Crossmedia.az saytına açıqlamasında bildirib ki, Almaniya Prezidenti Ştaynmayerin Cənubi Qafqaza səfərinin Ermənistandan başlaması və orada səsləndirdiyi fikirlər ümumiyyətlə Almaniyanın, Azərbaycanın Vətən müharibəsində qələbəsindən sonra bu məsələ ilə bağlı tutduğu mövqeyi əks etdirir:

 

"Almaniya zaman-zaman neytrallığını göstərməyə çalışsa da, bu məsələdə Fransa qədər açıq-aşkar düşmənçilik mövqeyində olmasa da, Azərbaycanın qələbəsi və suverenliyini bərpa etməsindən sonra bölgədə yaranmış geosiyasi vəziyyətə dair mövqeyi xoş təsir bağışlamır. Bu səfər çərçivəsində baş verən təxribatlar dediklərimizin bariz nümunəsidir".

 

Müsahibin sözlərinə görə, üzərində müəyyən ifadələr olan parçanın prezidentin sosial şəbəkə səhifəsində göstərilməsi və onun orada əks olunması Azərbaycan tərəfinin kəskin reaksiyasına səbəb oldu:

 

"Nəticədə Almaniya rəsmi şəkildə Azərbaycandan üzr istədi. Əgər üzr istəməsəydi, Almaniya prezidentinin Azərbaycana gəlişinin hansı nəticələrlə yadda qalacağını təsəvvür etmək çətin olmazdı. Təbii ki, bu məsələdə Azərbaycan tərəfi öz gücünü ortaya qoydu. Təxribatın  nə məqsədlə edildiyi, Almaniya tərəfinin bununla hansı mesajı verməyə çalışdığı isə sonrakı məqamlarda üzə çıxmalıdır".

 

O həmçinin əlavə edib ki, Almaniyanın "Döçi Velli" televiziya kanalında nümayiş etdirilən sənədli filmin başdan-ayağa təxribatlarla dolu olması riyakarlıqdır: "Bu filmin Almaniyada yayımlanması və bu qədər qərəzli yanaşmanın sərgilənməsi bir çox məqamları üzə çıxarır. Burada əsasən Fransanın təsiri görünür. Fransa Prezidenti Emmanuel Makronun siyasətinin əlaltıları, erməni lobbisinin Avropadakı mövqeyi və onunla qidalanan, korrupsiyaya bulaşmış, rüşvətlə yaşayan şəxslər bu təxribatda rol oynayıblar. Ola bilsin ki, filmi çəkənlərin bölgə və Azərbaycanla bağlı kifayət qədər məlumatı yoxdur, lakin təxribatçı qruplar və burada marağı olan erməni dairələri bu prosesdə əsas rol oynayıblar".

 

Parlamentari tarixən Azərbaycan və Almaniya arasındakı münasibətlərin normal inkişaf etdiyini, indiyə qədər iki ölkə arasında hər hansı kəskin qarşıdurma baş vermədiyini vurğulayıb: "Təəssüflər olsun ki, Avropa İttifaqında (Aİ) Almaniyanı təmsil edən deputatların qərəzli və riyakar yanaşmaları, bəyanatları və münasibətləri düşündürücüdür. Onlar Azərbaycanın Vətən müharibəsindəki qələbəsindən sonra aktivləşdilər və bu, onu deməyə əsas verir ki, "düyməyə basılıb". O "düyməni basan" isə erməni lobbisi və onun əlaltıları -Fransa və digər maraqlı qruplardır. Onlar Azərbaycan və Almaniya arasındakı münasibətlərə xələl gətirmək istəyirlər. Lakin burada yalnız Almaniya itirə bilər. Azərbaycanın mövqeyi bəllidir və Azərbaycan Prezidenti öz qətiyyəti və uğurlu siyasəti ilə Avropa ölkələri ilə ikitərəfli münasibətlərdə səmimi siyasət yürüdür".

 

"Biz dəfələrlə bəyan etmişik ki, bizə qarşı səmimi və düzgün siyasət yürüdən ölkələrlə ikitərəfli və çoxtərəfli münasibətlərin qurulması və inkişafında maraqlıyıq. Almaniya da bu ölkələrdən biri ola bilər. Təəssüf ki, Almaniyanın Xarici İşlər Nazirliyinin və prezidentinin fikirləri onların beynəlxalq hüququn yanında deyil, daha çox təxribat və digər maraqların tərəfində olduğunu göstərir. Biz Almaniyaya bunu yaraşdırmırıq. Almaniya Azərbaycanla münasibətlərinə daha diqqətli yanaşmalı və bu cür sənədli filmlərin, qərəzli məqalələrin yayılmasını dayandırmalıdır. Almaniya həm Azərbaycanla münasibətlərinə, həm də beynəlxalq hüquq normalarına ciddi riayət etməlidir", - deputat əlavə edib.

 


OXŞAR XƏBƏRLƏR

İndiyədək üç milyard dollar...- “Sea Breeze”də daha nələr olacaq?

Xəbər verdiyimiz kimi, bu gün Azərbaycan Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri Bakıda “Sea Breeze” istirahət mərkə...

Hakimləri təhqir və təhdid edən baş məşqçiyə 5 oyunluq cəza verildi

Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.   Sfera.az xəbər verir ki, iclasda II Liqanın XXI turunun oyunları ilə bağlı aşağıdakı qərarla...

Prezident ailəsi ilə “Sea Breeze”dəki layihələrlə tanış oldu - FOTOLAR

Bu gün Azərbaycan Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri Bakıda “Sea Breeze” istirahət mərkəzinin ərazisində həyata...

CƏSARƏT VƏ SƏDAQƏT OLMADAN ƏDALƏT TƏMİN EDİLMİR

Prezident İlham Əliyev aprelin 9-da ADA Universitetində keçirilən beynəlxalq Forumda dünya nizamının yeni cağırışları ilə bağlı mühüm mesajlar verdi. Forumda nü...

Azərbaycana PUA ilə narkotik keçirtmək istədilər - FOTO

Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunları Komandanlığının “Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində narkotik vasitənin pilotsuz uçuş apar...

Daha bir tiktokerin həbs müddəti uzadıldı

Polis tərəfindən “TikTok” əməliyyatlarında saxlanılan “Magerramov” ləqəbli tiktoker Əmrah Məhərrəmovun həbs müddəti uzadılıb.   ...