“KANAL S”in yayımı 24 saatlıq dayandırılacaq


“KANAL S”in yayımı 24 saatlıq dayandırılacaq

Audiovizual Şura “KANAL S”in yayımının 24 saatlıq dayandırılması haqqında qərar qəbul edib.

 

Bu gün Azərbaycan Respublikası Audiovizual Şurasının onlayn iclası keçirilib.

 

Şuradan Sfera.az-a verilən xəbərə görə, iclasda “Kanal S” televiziya kanalında yayımlanan “Sözün bitdiyi an” proqramının 28 mart tarixində saat 11:00-12:46 efirə getmiş buraxılışında aparıcının səsləndirdiyi fikirlərin qanunvericiliyin tələblərinə uyğunluğu müzakirə olunub.

 

Müzakirələrdən sonra proqramda “Media haqqında” Azərbaycan Respublikası Qanununun 14.1.4-cü maddəsinin tələblərinin (irqi, dini, mənşə, cinsi, etnik və digər ayrı-seçkilik təbliğ olunmamalıdır) pozulmasının baş verdiyi ilə bağlı ümumi nəticəyə gəlinib. Aparıcı tərəfindən səslənən fikirlərdə etik davranış normalarından savayı, gender bərabərliyi, hər hansı bir ayrı-seçkiliyin təbliğinin yol verilməməsi ilə bağlı qanunvericilik tələblərinin kobud şəkildə pozulması aşkar edilib.

 

Sonda qeyd olunan pozuntu faktına görə qanunla müəyyən edilmiş ən uzunmüddətli yayımın dayadırılması sanksiyası tətbiq olunaraq “Kanal S” televiziya kanalının proqramlarının yayımının 4 aprel 2025-ci il tarixdə saat 06.00-dan 05 aprel 2025-ci tarixdə saat 06.00-dək 24 saatlıq dayandırılması ilə bağlı müvafiq qərar qəbul olunub.

 

Həmçinin, “Kanal S” MMC-nin rəhbərliyindən aparıcıların “Media haqqında” Qanuna uyğun fəaliyyət göstərmələrinin təmin edilməsi tələb olunub.

 

Bir sıra sosial şəbəkə istifadəçiləri Audiovizual Şuraya müraciət edərək bəzi televiziya proqramlarının bağlanmasını, hər hansı televiziya kanalının aparıcısının işdən azad olunmasını və ya efirdən uzaqlaşdırılmasını tələb edirlər.

 

"Bildiririk ki, Azərbaycan Respublikasında mediada senzura qadağandır, heç bir fiziki və ya hüquqi şəxs, qurum və ya dövlət orqanı media azadlığına müdaxilə edə bilməz. Proqramların hazırlanması və yayımlanması mövcud qanunvericilik çərçivəsində, kənardan heç bir müdaxilə olmadan məhz həmin yayımçı tərəfindən həyata keçirilir. Yalnız qanuni tələblərin pozulması halında (bu pozuntuya aparıcı, ekspert və ya qonaq tərəfindən yol verilməsindən asılı olmayaraq) məhz həmin yayımçıya qarşı qanunla müəyyən olunmuş inzibati tənbeh tədbirləri tətbiq oluna bilər", - məlumatda vurğulanıb.


OXŞAR XƏBƏRLƏR

Aktiv vulkan kraterinə düşən qadının 3 gün sonra sağ olduğu məlum olub - FOTO

26 yaşlı braziliyalı rəqqasə Culiana Marins İndoneziyada təxminən 300 metr hündürlükdən yıxılaraq aktiv vulkanın kraterində ilişib qalıb. Xilasedicilər üçüncü g...

Evindən ona 76 min dollar qazandıran kitab tapdı - FOTO

Bir britaniyalı evdə nadir kitab tapıb.    Belə ki, İngiltərənin cənubunda yaşayan sakin gözlənilmədən onilliklər ərzində rəfdə toz yığan uşaq k...

Çində yarasalardan insanlara ötürülə bilən iki yeni virus aşkarlandı

Alimlər Çində yarasalardan insanlara keçə bilən yeni infeksiyalar aşkar ediblər. Onlar ağır beyin iltihabına və tənəffüs xəstəliklərinə səbəb ola bilər. &nbs...

Rəqsanə həyat yoldaşından boşanıb?

Müğənni Rəqsanə İsmayılovanın həyat yoldaşı Fazil bəydən boşandığı iddia edilib.   Sfera.az xəbər verir ki, bu haqda "TikTok" platformasınd...

Azərbaycanda Məhərrəm ayı başlayıb

Bu gündən - iyunun 26-dan Azərbaycanda Məhərrəm ayı başlayıb.   Sfera.az xəbər verir ki, islam aləmində xüsusi əhəmiyyətə malik olan bu ay hicri...

Prezidentdən Silahlı Qüvvələr Günü paylaşımı - FOTO

Prezident İlham Əliyev 26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə sosial şəbəkə hesablarında paylaşım edib.   Sfera.az paylaşımı təqdim edir: ...