İctimai xadim Çingiz Abdullayevin 65 yaşı tamam olur

İctimai xadim Çingiz Abdullayevin 65 yaşı tamam olur

1 aprel 2025-ci il tarixində professor, texnika üzrə fəlsəfə və kulturologiya üzrə elmlər doktoru, Alman–Azərbaycan Cəmiyyətinin yaradıcısı və sədri, “Azərsu” ASC-nin sədrinin müşaviri, sülh səfiri, Azərbaycan Jurnalistlər və Yazıçılar birliklərinin fəxri üzvü, “Tərəqqi” medallı Çingiz Abdullayevin 65 yaşı tamam olur.

 

 

Sfera.az bildirir ki, Çingiz Əli oğlu Abdullayev 1 aprel 1960-cı ildə Ağstafa şəhərində ziyalı ailəsində anadan olub. 1977-1982-ci illərdə Azərbaycan Dövlət Neft Akademiyasının mühəndis-mexanik ixtisası üzrə təhsil alıb.  İş həyatına1982-1985-ci illərdə Keşlə maşınqayırma zavodunda mühəndis olaraq başlayıb. 1985-1990-cı illərdə Azərbaycan Dövlət Neft Akademiyasında əyani aspirant, elmi işçi və müəllim işləyib. 1990-1994-cü illərdə Alman–Azərbaycan Cəmiyyətinin Azərbaycanda nümayəndəsi olub. Dünyanın müxtəlif, aparıcı kitabxanalarında alman, ingilis, rus və italyan dillərində kitabları saxlanılır. Bundan başqa, onun həm Azərbaycanda, həm də xarici ölkələrdə ərsəyə gələn bir çox sənədli filmlərin ssenari müəllifi olub. 2008–2011-ci illərdə Bakı Slavyan Universitetinin V.f.Humbolt adına tədris və mədəniyyət mərkəzinin qurucusu və rəhbəri olub.

 

 

2011–2015-ci illərdə Bakı Slavyan Universitetinin Avropaşünaslıq kafedrasının professoru, Ölkəşünaslıq laboratoriyasının elmi işçisi vəzifəsində işləyib. 2013–2014-cü illərdə Azərbaycan Respublikası Prezidenti yaninda Ali Attestasiya Komissiyasının eksperti olub. 2011–2012 və 2015–2016-cı illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Dissertasiya Şurasının üzvü olub. 1994-cü ildən Alman-Azərbaycan Cəmiyyətinin sədridir. 2011-ci ildən “Azərsu” ASC-nin sədrinin müşaviridir. 2016-cı ildən Bakı Slavyan Universitetinin Azərbaycan Multikulturalizm kafedrasının professorudur.

 

 

Yola saldığı illər ərzində elmi dəyəri olan məqalələr qələmə alıb. Təkcə Azərbaycanda deyil, Almaniyada, İngiltərədə, Türkiyədə kitablar çap etdirib. Bunlardan bəziləri: “Almanlar Azərbaycanda”, “Almaniya-Azərbaycan əlaqələri”, “Azərbaycan odlar yurdu”, “Məhəmməd Əsəd Bəy (Qurban Səid)”, “Neft bumu və futbol”, “Dədəm Qorqud yollarında”, “Tağıyev. Lindley. Şorlar-100”, “Almaniyada Cümhuriyyət arzusu”, “Birlikdə-Zusammen.30+30”. Çingiz Abdullayev gerçək elm adamı, fədakar araşdırmaçı olaraq sənədli kinomuzda da imzasını qoymağı bacarıb. O, məsləhətçi və ssenari müəllifi kimi bir çox maraqlı sənədli filmlərin ərsəyə gəlməsində zəhmət sərf edib.

 

Sfera.az kollektivi adından alimimizi təbrik edir, ona uğurlar arzulayırıq!

 


OXŞAR XƏBƏRLƏR

İndiyədək üç milyard dollar...- “Sea Breeze”də daha nələr olacaq?

Xəbər verdiyimiz kimi, bu gün Azərbaycan Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri Bakıda “Sea Breeze” istirahət mərkə...

Hakimləri təhqir və təhdid edən baş məşqçiyə 5 oyunluq cəza verildi

Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.   Sfera.az xəbər verir ki, iclasda II Liqanın XXI turunun oyunları ilə bağlı aşağıdakı qərarla...

Prezident ailəsi ilə “Sea Breeze”dəki layihələrlə tanış oldu - FOTOLAR

Bu gün Azərbaycan Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri Bakıda “Sea Breeze” istirahət mərkəzinin ərazisində həyata...

CƏSARƏT VƏ SƏDAQƏT OLMADAN ƏDALƏT TƏMİN EDİLMİR

Prezident İlham Əliyev aprelin 9-da ADA Universitetində keçirilən beynəlxalq Forumda dünya nizamının yeni cağırışları ilə bağlı mühüm mesajlar verdi. Forumda nü...

Azərbaycana PUA ilə narkotik keçirtmək istədilər - FOTO

Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunları Komandanlığının “Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində narkotik vasitənin pilotsuz uçuş apar...

Daha bir tiktokerin həbs müddəti uzadıldı

Polis tərəfindən “TikTok” əməliyyatlarında saxlanılan “Magerramov” ləqəbli tiktoker Əmrah Məhərrəmovun həbs müddəti uzadılıb.   ...